Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vüsal Hüseynov müharibə başlayandan Ukraynadan Azərbaycana gələn şəxslərin sayını AÇIQLADI
“Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər həm Ukrayna vətəndaşlarının, həm soydaşlarımızın Azərbaycana təxliyəsi həyata keçirilib. Təxliyə çərçivəsində 4200-dən artıq Ukrayna vətəndaşı Azərbaycana gəlib və hazırda buradadır”.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Azərbaycanda olan Ukrayna vətəndaşlarının ümumi sayı 8247 nəfərə yaxındır:
“Bu şəxslər hazırda ölkəmizdə yaşayırlar. Ümumi olaraq Azərbaycanda 142 min əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs yaşayır”.
Gundemxeber.Az
17-03-2021, 12:36
28-03-2020, 12:37
9-02-2016, 11:39
30-11-2018, 12:51
28-11-2019, 12:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?