Ukrayna Dövlət Sərhəd Xidməti ölkə ərazisinə 16 yaşdan 60 yaşa qədər Rusiya vətəndaşı olan kişilərin girişinə qadağa qoyub.
Gundemxeber.az xəbər verir ki, bunu idarənin rəhbəri Pyotr Tsigikal deyib.
“Buraxılış məntəqələrində gücləndirilmiş yoxlama işləri aparılır. Hazırda əcnəbilərin, ilk növbədə Rusiya Federasiyası vətəndaşlarının girişi məhdudlaşdırılıb. Yaşı 16 ilə 60 arasında kişi cinsindən RF vətəndaşlarının buraxılması qadağan edilib”, - Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə toplantıda Tsigikal bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?