GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “II Xarıbülbül” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib

“II Xarıbülbül” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib

Tarix: 11-05-2022, 19:07 Bölmə :Cəmiyyət Baxış: 307

Mayın 11-də Dendrologiya İnstitutunda Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “II Xarıbülbül” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni-tarixi irsini daha dərindən mənimsəmək, Vətən müharibəsində Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə cəmiyyətə çatdırmaq olub. Tədbirdə könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak ediblər. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.

Öncə müsabiqəyə təqdim olunmuş rəsm əsərlərinə baxış keçirib.


Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov çıxış edib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edib, bu kimi tədbirlərin keçirilməsinin gənclərin asudə vaxtlarında intellektual səviyyələrini inkişaf etdirmələrində mühüm rol oynadığını bildirib. Akademik Arif Həşimov məktəbəqədər yaşlı uşaqlara, orta məktəb şagirdlərinə və gənclərə Vətənə məhəbbət hisslərini aşılamaqda, onların dünyagörüşlərinin formalaşmasında maarifləndirici xarakterli belə tədbirlərin təşkilini dəstəklədiyini vurğulayıb.

AMEA rəhbəri sərgi iştirakçılarının əsərlərinin onların Azərbaycanın həqiqətlərinə dərindən bələd olduqlarını göstərdiyini söyləyib. O, bu baxımdan Azərbaycan dövləti və xalqının gələcəyinin etibarlı əllərdə olduğunu vurğulayıb. Gənclərimizlə fəxr etdiyini deyən akademik Arif Həşimov onların valideynləri və müəllimlərinə minnətdarlığını bildirib, yaradıcı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Bakı Şəhər İcra Hakimiyyəti İctimai-siyasi Elmlər Bölməsinin müdiri Emin İmanov tədbir iştirakçılarını qurumun rəhbərliyi adından salamlayıb. Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd edildiyini xatırladan natiq ən böyük rəsm əsərinin – müstəqil Azərbaycanın müəllifinin məhz Ulu Öndər olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, böyük dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi dövrdə elə bir Azərbaycan tablosu yaradıb ki, məhz onun strategiyasını uğurla davam etdirməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuz tarixi torpaqlarımızı azad etməyə nail olmuşdur. Bu gün biz torpaqlarımızın yadelli əsarətindən azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızı dərin hörmət və minnətdarlıqla yad edir, onların ölməz və əbədi ruhu qarşısında baş əyirik.

“Bu gün sərgidə iştirak etməklə bir daha necə böyük bir istedada malik xalqın nümayəndələri olduğumuza əmin olduq. Qədim, zəngin və çoxəsrlik tariximizi mənimsəyərək yaşadan gənc istedadları xalqımıza layiqli vətəndaşlar kimi formalaşdıran müəllimlərə dərin minnətdarlığımızı bildiririk”, – deyə Emin İmanov əlavə edib.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova gənclərin intellektual səviyyələrini inkişaf etdirmək üçün bu kimi müsabiqələrin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, sərgidə insanlarımıza və təbiətimizə qarşı erməni cəlladlarının həyata keçirdikləri cinayətləri, hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa döyüşlərini, şəhid və qazilərimizə aid rəsm əsərlərini diqqətlə izlədiyini söyləyib. Vitse-prezident “II Xarıbülbül” mövzusunda müsabiqə formatında uşaq və gənclərin inkişafının təşviqi, ekoloji mədəniyyətin formalaşdırılmasında yaradıcılığa cəlb edilməsi, onlarda Vətənə, elmə, təbiətə maraq yaratmaqla, belə tədbirlərin təşkilinin sevindirici hal olduğunu vurğulayıb.

Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Vətən müharibəsinin hər gününü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazaraq igid oğullarımız dayanmadan irəliyə getdi. Qarış-qarış azad edilmiş doğma torpaqlarımızda müqəddəs üçrəngli Azərbaycan bayrağı dalğalandı. 28 illik həsrətdən sonra azadlığına qovuşan Şuşanı xilaskar İlham Əliyev belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir!”.

“Ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən söyləmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun bariz nümunəsi idi. Azərbaycan xalqı otuz ilə yaxın müddət ərzində işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. İnanırıq ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi 270 illiyi qeyd olunacaq doğma Şuşa şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, onun əvvəlki əsrarəngiz gözəlliyinin və möhtəşəmliyinin geri qaytarılmasına, yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə töhfələr verəcək”, – deyə İradə Hüseynova diqqətə çatdırıb.

Cari ilin sentyabr ayında Şuşa şəhərində AMEA-nın təşkilatçılığı ilə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda konfransın keçiriləcəyini diqqətə çatdıran vitse-prezident sözügedən tədbirdə də bu kimi sərgilərin təşkilinin məqsədəuyğun olduğunu söyləyib.

Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov institutun təşkilatçılığı ilə silsilə olaraq təşkil edilən əyləncəli, metodik layihələrdən bəhs edib. O, Azərbaycanı gənc nəslə tanıtmaq, II Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, Vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə bu kimi tədbirlərin təşkilinin davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, “II Xarıbülbül” müsabiqəsinə ideyası, rəng seçimi və kompozisiyaların motivi əsas götürülməklə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından, AMEA-nın müxtəlif institutlarından, Lənkəran-Astara, Gəncə, Qazax və digər bölgələrin orta ümumtəhsil mərkəzlərindən qatılan gənc və yeniyetmələrin 400-dək rəsm və əl işləri təqdim olunub.

Məktəblilərin hazırladıqları şeir və rəqs nömrələrindən ibarət kompozisiyalar təqdim olunduqdan sonra müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. İlk üç yerin qalibinə diplom və pul mükafatları təqdim olunub.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Macarıstan günləri" çərçivəsində sərginin açılışında iştirak edib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ...

    18-03-2017, 12:13

  • 
  • Mügənninin milyonlarla pul xərclədiyi rəsm əsərləri saxta çıxıb

    Mügənninin milyonlarla pul xərclədiyi rəsm ...

    28-05-2013, 17:09

  • 
  • Serj Sarkisyanın qardaşı oğlundan silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlanıb

    Serj Sarkisyanın qardaşı oğlundan silah, narkotik ...

    6-07-2018, 09:43

  • 
  • ADMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək

    ADMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə ...

    2-04-2019, 11:22

  • 
  • Şuşanın işğaldan azad olunmasından 1 il ötür

    Şuşanın işğaldan azad olunmasından 1 il ötür ...

    8-11-2021, 10:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu