“Məlum olduğu kimi may ayının 8-də jurnalist Aytən Məmmədovaya qarşı bıçaqlı hücum olmuş və o, cinayətkarın adını çəkmədiyi məhkəmə işi ilə bağlı hədələnmişdir. Hadisə zamanı Aytən Məmmədova boğaz nayihəsindən bıçaqla yüngül zədə almış, üstəlik 12 yaşlı övladı ilə də təhdid edilmişdir. Aytən Məmmədovanın son vaxtlar ən çox ictimailəşdirdiyi məsələ isə İlkin Süleymanovun məhkəmə işi ilə bağlı olmuşdur. Halbuki həmin işin bilavəstə polislə bağlı olduğu da iddia edilir.
ADR Partiyası bu hücumu kəskin pisləyir və hücum etmiş şəxsin dərhal aşkara çıxarılmasını müvafiq qurumlardan tələb edir.
ADR Partiyası olaraq hesab edirik ki, dekabr ayında tanınmış siyasi fəal Tofiq Yaqublunun vəhcicəsinə döyülməsi, fevral ayında reportyor Əvəz Hafizlinin amansızlıqla qətlə yetirilməsi, ictimai fəal Bəxtiyar Hacıyevin oğurlanması və ona qarşı şiddət göstərilməsi, nəhayət Aytən Məmmədovaya qarşı sui qəsd cəhdinin baş verməsi ölkədə tənqidçi şəxslər üçün amansız mühitin formalaşdırıldığının göstəricisidir.. Törədilmiş cinayətlərin açılmaması isə baş verənlərin sistemli olmasının sübutudur.
ADR Partiyası olaraq sistemli şəkil almış bu cinayətlərin subyeklərinin tapılıb cəzalandırılmasını əlaqədar strukturlardan tələb edir, həmin cinayətlərin aşkar edilmədiyi halda məsuliyyətin birbaşa hakimiyyətin üzərinə düşdüyünü bildirir, baş vermiş cinayət hadisələrinə və hüquq mühafizə orqanlarının həmin cinayət hadisələrinə qeyri-adekvat münasibətinə etiraz əlaməti olaraq 14 may 2022-ci il tarixdə saat 15-də ictimai fəalların və jurnalistlərin təşkilatçılığı ilə Bakının Fəvvarələr Meydanında keçirilməsi nəzərdə tutulmuş aksiyaya dəstəyimizi ifadə etdiyimizi bəyan edirik.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?