GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xəstəxana və apteklərə bu şprisləri KİM VERİR? - ARAŞDIRMA

Xəstəxana və apteklərə bu şprisləri KİM VERİR? - ARAŞDIRMA

Tarix: 13-05-2022, 14:49 Bölmə :Cəmiyyət Baxış: 71

“Dövlət xəstəxanalarına, poliklinikalara və apteklərə külli miqdarda mənşəyi məlum olmayan, keyfiyyətsiz, hətta yararsız olduğu görünən şprislər paylanılıb. Bu şprislər ölümlərə səbəb ola bilər”. Gundemxeber.az xəbər verir ki, bu barədə Bizim.Media-ya “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) rəhbəri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə bu ilin fevralından etibarən AİİB-in qaynar telefon xəttinə məsələ ilə bağlı coxsaylı istehlakçı zəngi daxil olur:

“İstehlakçıların bildirdiyinə görə standartlara uyğun olmayan, qara porşenli və hətta silindir üzərindəki bölgü şkalası əllə toxunmaqla pozula bilən, porşenin sonluğunda yağa bənzər maddə olan, iynələrinin sonluğu paslanmış şprislər barədə məlumatlar verirlər, nümunələrini ofisimizə gətirirlər. AİİB-ə daxil olan və ardı kəsilməyən istehlakçı zəngəri bizi məcbur etdi k,i apteklərdə kiçik bir manitorinq aparaq və 2019-cu ildən bu sahədə bu günə olan dəyişikliyə nəzər yetirək. Məlum oldu ki bazarın 80%-dən çox apteklərində 2019-cu ildə ekspertizada standartlara uyğunsuzluğu təsdiqlənən şprislər bu gün də satılır. Üstəlik çeşid bolluğu var”.
Eyyub Hüseynov saxta şprislərlə bağlı Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-nin direktoru Murad Süleymanovun AİİB-ə ünvanlanmış məktubundan da söz açıb.
O, deyib ki, qurum rəsmisi cavab məktubunda “sizdəki şprislərin hansı mal partiyası ilə və kim tərəfindən gətirildiyini müəyyən etmək mümkün deyil. Əgər idxalina icazə verilməyibsə, bu məsələ inzibati və cinayət məsuliyyəti yaradır ki, bu hüquq mühafizə orqanlarının səlahiyyətləri daxilindədir” yazıb.
AİİB sədri həmçinin müxtəlif apteklərdən tələblərinə cavab verməyən şprislər aldıqlarını, kassa qəbzi ilə birlikdə ofislərində saxlanıldığını bildirib:
“A.A.Mirqasımov ev 2, S. Vurğun küçəsi, ev 112 ünvanında “Buta farm” MMC –də satışda olan İnjekt şprisləri istehsalçı adı “Nicomed LTD” göstərilsə də, istehsalçı haqqında digər məlumatlar ünvan, website, telefon nömrəsi və s. ümumiyyətlə qeyd olunmayıb.
Araşdırmamız zamanı məyyən olub ki, belə bir istehsalçı ümumiyyətlə mövcud deyil. Bu ad altında “Nicomed MMC” yerli şirkət çıxıb ki, onlar da istehsalçı deyillər. İstisna olunmur ki, “Nicomed” şirkəti bu şprisləri ölkəyə öz adı altında naməlum istehsalçıdan idxal edir və ya gizli bir şəraitdə özü istehsal edir.
Ağa Nemətulla küçəsi, ev 45, m 32 ünvanında yerləşən “Avis” aptekindəki (Maymed-Avis” MMC) “Braumann” şprisləri, istehsalçı adı “Care Medical Anhui” göstərilsə də digər məlumatlar qeyd olunmayıb. Belə bir istehsalçı da mövcud deyil.
Daha sonra Mirzəbala Məmmədzadə ev11 ünvanında yerləşən “Loğman”Aptekində satılan şprislərinin idtehsalçı adı “Nicomed LTD” göstərilib. əlavə məlumatlar barədə heç nə yoxdur. “Dr Para” şpirsləri, istehsalçı adı “Fada Medical Disposable İnstruments” göstərilib.
Belə bir istehsalçılar da mövcud deyil. Azadlıq prospekti, ev132, m5-də yerləşən “Sonar Farm” MMC (Elnur Depo kimi tanınan) “Regula” şprislərinin etiketlərinin üzərində istehsalçı məlumatları yoxdur, sifarişçi kimi isə “Doc. Pharma Srl” göstərilib. Həmin şirkət adı altında da məlumat tapmaq mümkün olmayıb.
Ən təhlükəlisi isə odur ki, şprisin üzərində “Paraldehidlə istifadə olauna bilməz” sözləri yazılıb. “istehsalçı” etiketdə xammalın tərkibi ilə bağlı əhəmiyyətli neqativ bir həqiqəti ortaya qoysa da, belə bir şpris növü heç bir standarta cavab vermir. Üstəlik heç bir istifadəçi xarici dildə, xırda şriftlərlə yazılmış bu yazıya əhəmiyyət vermir”.
Eyyub Hüseynv xatırladıb ki, “Regula” şprisləri ilə bağlı məsələ 2019-cu ildə də gündəmdə olub. Hətta, 2020-ci ildə bu təhlükəli şprislərlə bağlı ölüm hadisəsi baş verib.
“Həmin dövrdə dövlət orqanlarının səyi ilə təhlükəli şprislər bir müddət apteklərdə görünmədi. Bu gün yenidən ölkəni saxta və təhlükəli şprislər bürüyüb. Maraqlıdır, ölkəyə bu şprisləri kim idxal edir və idxal zamanı “Analitik Ekspertiza Mərkəzi” hansı rəyi bildirib? Gömrük Komitəsi təhlükəli şprislərin idxalında hansı mövqeni tutub? Ola bilsin ki, hansısa mərhələdə yenə də xeyir-dua məsələsi öz işini görüb”.
Qeyd edək ki, AİİB əldə olunan materialları təhlil edərək, istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə törədən şprislərin bazardan yığişdırılıb, ictimai məhvedilməsi üçün Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə, Analitik Ekspertiza Mərkəzinə, Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Səhiyyə Nazirliyinə rəsmi müraciətlər göndərib.
Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutunun o zamanki direktoru Namiq Tağıyev ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan, insan sağlamlığı üçün təhlükə törədən şprislərin satıldığı barədə məlumat yaymışdı. Namiq Tağıyevin bu açıqlamasından sonra təhlükəli şprislərin aptek və klinikalara daxil olması müəyyən qədər məhdudlaşmışdı.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ehtiyatlı olun, apteklərdə TƏHLÜKƏ - Nazirliyə xəbər verildi - FOTO

    Ehtiyatlı olun, apteklərdə TƏHLÜKƏ - Nazirliyə ...

    15-08-2017, 17:37

  • 
  • “Kontakt Home”dakı fırıldaqçılığa görə nazirə müraciət olundu - HƏBSLƏR OLA BİLƏR

    “Kontakt Home”dakı fırıldaqçılığa görə nazirə ...

    15-04-2019, 11:08

  • 
  • “”Kontakt Home” hüquqları pozmaqda davam edir, ehtiyatlı olun!”

    “”Kontakt Home” hüquqları pozmaqda davam edir, ...

    12-04-2018, 22:29

  • 
  • Gələn ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılmasına başlanılacaq

    Gələn ildən Azərbaycanda şprislərin fiziki ...

    11-12-2019, 11:00

  • 
  • "Aynur Humbətova məni incidərək..." - GİLEY

    "Aynur Humbətova məni incidərək..." - ...

    25-05-2018, 14:39


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (425)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu