Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Meymun çiçəyi” Avstraliyaya da çatdı
Avstraliyada Avropadan qayıdan turistdə “meymun çiçəyi”nə ilk yoluxma halı müəyyən edilib.
40 yaşlı kişi Avropadan qayıdandan bir neçə gün sonra xəstəxanaya getdikdə onda xəstəlik aşkarlanıb.
Eyni xəstəlik Kanadanın Kvebek əyalətində iki nəfərdə təsdiqlənib. Onlardan biri ölkəyə gələn ABŞ vətəndaşıdır.
“Meymun çiçəyi” nadir virus infeksiyasıdır və insanlar arasında da yayılır. Xəstəlik adətən yüngül keçir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər.
Onun ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.
Çox vaxt üzdən başlayan və sonra bədənin digər hissələrinə yayılan səpki ilə də müşahidə edilir.
Xatırladaq ki, bu yaz Avropada çox sayda insan “meymun çiçəyi”nə yoluxub. İspaniya və Portuqaliyada 40-dan çox yoluxma halı qeydə alınıb. Fransa, Britaniya, ABŞ, İtaliyada da analoji hallar aşkar edilib.
Gundemxeber.az
16-09-2014, 11:12
19-11-2013, 04:59
13-02-2017, 14:32
22-01-2016, 13:35
29-11-2017, 18:49
Sorğu
Yeni dizaynımız necədir?