İtaliyanın beyin cərrahı Sergio Kanavero bir meymun üzərində baş nəqli əməliyyatını müvəffəqiyyətlə reallaşdırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, cərrah insanlar üzərində baş nəqli əməliyyatı həyata keçirməyə hazır olduğunu söyləyib.
Onun sözlərinə görə, baş nəqli əməliyyatı 2017-ci ilin sonuna kimi həyata keçiriləcək. Beyin cərrahı hesab edir ki, əməliyyat iflic xəstələrinin tamamilə müalicəsinə imkan verəcək.
Həkimlə işləyən qrup baş nəqli edilən meymunun video və foto görüntülərini dərc edib.
İlk baş nəqli əməliyyatı isə dünyaya gələndən bədənindəki əzələlərin 90 faizi işləmədiyi üçün əlil arabasına bağlı şəkildə yaşayan Valeri Spiridonov üzərinə aparıla bilər.
Hər şey planlaşdırıldığı kimi gedəcəyi halda, Spiridonovun əməliyyatı 2017-ci ildə baş tutacaq. Təxminlərə görə, Spiridonov əməliyyatdan sonra bir ay ərzində komada olacaq, daha sonra isə tədricən yaxşılaşacaq.
Sorğu
Yeni dizaynımız necədir?