GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Vaxtı keçmiş məhsulları "bəzəyib" satışa qaytarırlar" - Tanınmış ekspertdən İTTİHAM

"Vaxtı keçmiş məhsulları "bəzəyib" satışa qaytarırlar" - Tanınmış ekspertdən İTTİHAM

Tarix: 20-05-2022, 15:44 Bölmə :Cəmiyyət Baxış: 253

Bəzən marketlərdə, mağazalarda üzərində yararlılıq müddəti olmayan, üzərindəki etiketi dəyişdirilən, yararlılıq müddəti silinən keyfiyyətini itirmiş məhsullara rast gəlirik. Çox zaman istehlakçı olaraq buna etirazımızı bildirsək də, hər hansı bir yolla məsələ bağlanır.


Bəs mağazalarda yaralılıq müddəti bitən məhsullar distribütora qaytarılandan sonra həmin məhsullarla nə edilir?
Başqa ölkələrdə yararlılıq müddətinin bitməsinə az qalmış və görünüşü pozulan, ancaq keyfiyyətini itirməyən məhsulların satılması üçün xüsusi mağazalar var. Azərbaycanda isə, əksər hallarda məhsullar bir haldan digər hala keçirilərək, yenidən satışa qaytarılır. Əslində isə bu məhsullar istehlaka yararsız məhsullar hesab edilir.
İstehlaka yarasız məhsul nədir? Gundemxeber.az-ın məlumatına görə, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istehlaka yararsız məhsul insanın tələbatını ödəməyən məhsuldur. Hər bir məhsul üçün müəyyən standart var. Standarta uyğun olmayan və istehlakçının təlabatını ödəməyən məhsullar istehlaka yararsız məhsullar adlanır. Azərbaycan Respublikasının qanunvericiliyində yararlılıq vaxtı keçmiş ərzaq məhsullarının satılması qadağandır. Belə məhsulları satan şəxslər aşkarlanan zaman onları 1500 manat cərimə gözləyir.
“Bu gün mən Beynəlxlaq Təşkilat FAO-nun toplantısında idim. Yararsız ərzaq mallarının tullantılara çevrilməsi məsələsi, insanların israfçılıq məsələsini necə azaltmaq olar və s. məsələlər müzakirə edildi. Belə müəyyən edilib ki, hər il hər vətəndaşa 93 kiloqram ərzaq mallarının tullantısı düşür. Demək olar ki, dünyada olan istehsalın 3/1 i tullantıya çevrilir. Biz bu gün məhz bu mövzuları müzakirə etdik” - deyə ekspert bildirib. O, qeyd edib ki, “ərzaq məhsullarının yararlılıq müddəti bitəndən sonra onunla nə etməli” sualına gəldikdə isə, bu Azərbaycanda könüllülük prinsipinə əsaslanır. Yəni istehsalçılar istəsələr onu məhv edə bilər, istəməsələr onun başına hər cür oyunu açıb, geri istehlakçıya qaytararlar.

“Təşkilatımız, keçən ay 100 tona qədər ərzaq məhsulunun Sumqayıt Poliqonunda məhv olunmasında iştirak edib. Təşkilatımızın Sumqayıt Şöbəsinin sədri İbrahim İbrahimovun bu barədə aktları var. Burada əsas təşəbbüskar istehsalçının özü olmuşdu. AQTA da burada iştirak etmişdi. Burada cəmi biz iki şirkətin fəaliyyətini müşahidə edirik. Bura “Sun Food” şirkəti və “Milla” şirkətləri istehlaka yarasız məhsullarını könüllü şəkildə məhv edirlər.
Bəs qalan şirkətlər öz yararsız məhsullarını necə məhv edir? Bu isə onu sübut edir ki, ölkə ərazisində bu alqoritm işləyir. Dükanlardan vaxtı keçmiş mallar distributora qaytarılır. Distributora onu "bəzəyir", bir haldan başqa hala salıb istehlakçıya qaytarır. Bu da ərzaq tullantılarının yaranmasına səbəb olur. Çünki keyfiyyətsiz məhsulu istehlakçı tullantıya çevirir. Biz, bu sahədə də iş aparırıq. Xüsusi bir qurum yaradılmalıdır və hər gün çıxan 10 tonlarla yararsız məhsullar yığılmalıdır” - deyə sədr bildirib.
Eyyub Hüseynov, aztəminatlı ailələr üçün ayrıca dükanlar şəbəkəsi yaradılmasını təklif edib. Qeyd edib ki, həmin mağazalara insanlar vəsiqə ilə buraxılmalıdır.
Yararlılıq müddət keçməmiş, etiketi cırılmış və ya nisbətən əzilmiş məhsulları istehlakçılar mağazalardan almır. Yararlılıq müddəti keçməmiş və keyfiyyətini itirməmiş məhsulları həmin şəbəkəyə keçirmək lazımdır ki, orada insanlar daha ucuz qiymətə malları alsınlar. Və yaxud bu məhsulları hansısa yemə çevirmək olar. Təəssüf ki, bu məsələlər həll edilməmiş qalır. AQTA bu sahədə sadəcə məsləhət verə bilər. Bu işləri biznes qurumları öz vəsaitləri hesabına etməlidirlər. Qidaların tullantıya çevrilməsinin qarşısı alınmalıdır.
Bəzi Avropa ölkələrində xüsusi mağazalar var. Orada yararlılıq müddəti az qalmış məhsullar ora keçirilir və nisbətən ucuz satılır. Yararlılıq vaxtı keçmiş məhsullardan qaz və müxtəlif gübrələr alınır. Ancaq Azərbaycanda bu baş vermir. Yalnız utilizasiya həyata keçirilir”- deyə təşkilat sədri əlavə edib.
Eyyub Hüseynov, digər şirkətləri də şəffaf məhvetməyə qoşulmağa çağırır.
“Mağazalar şəbəkəsi yararlılıq müddəti bitmiş məhsulları geri qaytarmalıdır. Nazirlər Kabineti bununla bağlı müəyyən qaydalar tətbiq etməlidir. Təəssüf olsun ki, bu kimi qanunvericiliklərdə boşluqlar var. Mən çıxışımda bildirim ki, “hökumət biznes qurumları üçün qeyri-adi toxunulmazlıq şəraiti yaradıb. Hökumətin bu siyasəti səhvdir. Hökumət biznes qurumları üçün rahat şərait yaratmaqla yanaşı istehlakçı hüquqlarını önə çəkməlidir. Çünki bazarın şahı istehlakçıdır.
İsrafsız istehlakçı davranışına nail olmaq üçün müqəddəs kitabımız Quran-i Kərimə baxmaq lazımdır. “Qidanı elə qəbul et ki, gözün onun arxasınca qalsın”. Deyilir. Bundan böyük düstur ola bilməz”,- deyə ekspert bildirib.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda "Darenka" firmasının məhsulu kiflənmiş çıxdı - FOTOLAR

    Bakıda "Darenka" firmasının məhsulu ...

    14-11-2017, 14:36

  • 
  • “Oba” market malların istehsal tarixlərini dəyişirmiş – AQTA rəsmən açıqladı

    “Oba” market malların istehsal tarixlərini ...

    6-03-2021, 12:49

  • 
  • "Neptun" supermarketlərində istifadə müddəti bitmiş məhsullar satılır (FOTO)

    "Neptun" supermarketlərində istifadə ...

    16-07-2018, 21:59

  • 
  • Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var - PROBLEM

    Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var ...

    19-05-2018, 15:45

  • 
  • 700 kq-a yaxın yararsız məhsullar aşkarlanıb

    700 kq-a yaxın yararsız məhsullar aşkarlanıb ...

    3-02-2014, 21:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (346)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu