GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dünyadakı taxıl böhranı Azərbaycanı da HAQLAYIB... - NƏ ETMƏLİ?

Dünyadakı taxıl böhranı Azərbaycanı da HAQLAYIB... - NƏ ETMƏLİ?

Tarix: 21-05-2022, 10:09 Bölmə :Cəmiyyət Baxış: 306

"Sağlam Cəmiyyət" Hərəkatının rəhbəri Elçin Bayramlı taxıl böhranı ilə bağlı həyəcan siqnalı çalıb. Dünyada ərzaq, xüsusən taxıl qıtlığının güclənməsindən yazan ekspert artıq bir çox dövlətlərin xeyli taxıl depoladığını da qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyi tələbi ilə 1 milyon tona yaxın (ən azı 800 min ton) taxıl ehtiyatı olmalıdır:

“Lakin hazırda ehtiyatın nə qədər olduğu haqda heç bir məlumat yoxdur. Taxıl Fondu ehtiyatın həcmi ilə bağlı konkret açıqlama verməlidir. Yerli istehsal ideal halda belə tələbatın yarısını ödəyə bilmir. Üstəlik Taxıl Fondu yerli buğdanın keyfiyyətsiz olduğunu deyib götürmürdü. İndi necə edəcək, bu "keyfiyyətsiz" buğdanı götürəcək, yoxsa başqa planetdən taxıl idxal edəcəyik? İndi idxalçı monopoliyası ölkəni xilas edə biləcəkmi, hansısa ölkədən taxıl ala biləcəkmi? Bu artıq demək olar ki mümkün deyil. Qlobal taxıl istehsalı azalır, gözlənilən quraqlıq və su böhranı vəziyyəti daha da pisləşdirəcək. İri ixracatçılar artıq ixracı dayandırıblar. Yerli istehsalı qoyub idxalçıların ümidinə qalanda belə olacaqdı”. GUNDEMXEBER.AZ xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da “Şərq”ə açıqlamasında dünyada taxıl qıtlığı yaşanacağı ilə bağlı verilən proqnozları doğrulayıb:

“Rusiya - Ukrayna müharibəsindən əvvəl taxıl bazarının əsas satıcılarından olan Rusiya və Ukrayna aparıcı mövqelərə sahib idilər. Ukrayna dünya taxıl ixracının yüksək payına malik olduğundan ölkədə baş verənlər bazara təsir etməli idi. Ən azından ona görə ki, Ukrayna isə Qara dənizdə ticarətini Xerson, Odessa limanları üzərindən aparırdı.
Bu gün üçün də Ukraynanın Qara dənizə çıxışı məhdudlaşdırılıb. Ukraynadan 20 milyon tona yaxın buğda digər ölkələrə ixrac edilməli idi. Müharibə səbəbindən lojistik problem yaşayan Ukrayna bu ixracı edə bilmir.
Əsas üstünlük Rusiyanın əlinə keçib və Rusiya da taxıl ixracını əvvəlki səviyyədə etmir. Əvvəlki illərdə Rusiyadan buğda idxal edib özünə ehtiyat depolayan Gürcüstan yavaş-yavaş bu buğdadan istifadə edirdi. Amma indi belə bir imkanı yoxdu. Rusiya Gürcüstana yalnız un ixrac edərək həm əlavə qazanc əldə edir, həm də ölkələri bu yolla özündən asılı vəziyyətə salır. Azərbaycanla bağlı da belə bir problemin yaranması istisna deyil. Bu barədə rəsmi açıqlama verilməsə də, mövcud proseslər buna doğru gedir. Sual oluna bilər ki, unla buğdanın nə fərqi? Əsas odur ki, Rusiya ixracı dayandırmasın. Amma bu qədər bəsit deyil. Buğdanı alıb uzun müddət saxlamaq mümkündür. Unu saxlamaq isə mümkün deyil. Mütəmadi olaraq Rusiyadan unu idxal etmək lazımdır. İxrac razılaşması ilə bağlı hər hansı bir problem yaranarsa da, bu ölkədə çörək qıtlığının yaranmasına səbəb olar”.

V.Məhərrəmovun sözlərinə görə, Qazaxıstan və Hindistan kimi ölkələr fürsətdən istifadə edib öz gəlirlərini artırmaq istədi, amma proseslər istədikləri kimi getməyəndə belə bir qərar verməyə məcbur qaldılar:

“Hindistan 2 milyon 100 ton buğda ixrac edirdi. Bu isə dünya bazarına çıxarılan taxılın bir faizindən bir az çox edir. Bazara 191 milyon ton buğda çıxarılır və onun 1 milyon 500 min tonunu Azərbaycan idxal edir. Hindistan istədi ki, bu il 10 milyon ton buğdanı dünya bazarına çıxartsınlar və Ukraynada müharibə səngiyib ixrac davam edəndə ucuz qiymətə buğda alıb öz təminatlarını ödəsinlər. Amma sonradan gördülər ki, bu, son nəticədə onların ziyanına olacaq. Qazaxıstan isə Rusiya taxılına ümid edib eyni manevri işlətdi. Rusiya taxıl ixracına kvota müəyyən etdikdə isə məlum bəyanatı yaydılar”.

Ekspertin fikrincə, bu gün üçün dünyanın taxıl ehtiyatı yüksək olsa da, növbəti illər üçün ciddi risklər var. Ukrayna buğdası əlçatan deyil, Rusiya isə süni problemlər yaradır. Əsas təhlükə isə odur ki, pandemiya dövründə əksər ölkələr özlərinin taxıl fondunu artırmaq haqqında qərar qəbul etdilər: “Yəni taxıl idxal edən ölkələr idxal faizini artırdı. Buğda istehsal edən ölkələr isə ixrac faizini azaldaraq özləri üçün ehtiyat buğda depolamağa başladılar. Həm də ehtiyac yaranacağı halda daha baha qiymətə bazara çıxartmaq üçün. Deməli, dünyanın taxıl bazarında qeyri-sabitlik var. Bu qeyri-müəyyənlik fonunda idxaldan asılı (75 faiz) olan Azərbaycan nə edir və ya nə etməlidir sualı hər kəs üçün aktualdır. Təəssüflər olsun ki, Azərbaycan gözlənilən taxıl böhranına qarşı heç nə eləmir. Və nə edəcəyini də bilmir. Deyirlər ki, İsrail Azərbaycana taxıl yetişdirmək üçün texnologiya verəcək. Görün, nə günə qalmışıq ki, adi buğdanı istehsal edib, 10 milyonluq əhalinin tələbatını ödəyə bilmirik!? Bütün günü kənd təsərrüfatının inkişafından, şişirdilmiş statistikadan danışır, bizə həyata keçirilən islahatların ciddi nəticə verəcəyi ilə bağlı vədlər verirlər. İsrailli fermerlər gəlib Azərbaycanda torpaq sahəsi götürüb buğda yetişdirəcək!?

Bu ölkədə buğda əkə biləcək fermer, mütəxəssis yoxdur ki? Var, sadəcə torpaq sahələrinin çoxu məmurların xüsusi mülkiyyəti hesab olunduğundan onlara imkan verən yoxdur”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubada 25 hektar biçilməmiş taxıl sahəsi yanıb

    Qubada 25 hektar biçilməmiş taxıl sahəsi yanıb ...

    9-07-2013, 18:50

  • 
  • İsmayıllıda 100 hektar biçilmiş taxıl sahəsi yanıb

    İsmayıllıda 100 hektar biçilmiş taxıl sahəsi yanıb ...

    31-07-2017, 11:50

  • 
  • Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə taxıl istehsal olunub

    Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə ...

    18-07-2013, 17:29

  • 
  • Şamaxıda taxıl sahəsində yanğın - FHN məlumat yaydı

    Şamaxıda taxıl sahəsində yanğın - FHN məlumat ...

    13-06-2019, 11:34

  • 
  • Şabranda 20 hektar taxıl sahəsi yanıb

    Şabranda 20 hektar taxıl sahəsi yanıb ...

    21-06-2018, 10:32


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (339)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu