Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bazar-marketlərdə mövsümi meyvələrin son qiyməti - satan da narazı, alan da...
Artıq yaz fəslinin meyvələri - gilas, alça, çiyələk, gilənar kimi mövsümi meyvələrin vaxtı olmasına baxmayaraq qiymətlər hələ də yüksəkdir. Alıcılar düşünürlər ki, mövsümi meyvələrin qiyməti hər kəsin cibinə uyğun olmalıdır.
Hələ bu ilin aprel-may aylarında müşahidə edilən kəskin hava şəraitindən sonra mütəxəssislər xüsusilə meyvə və tərəvəzlərin baha olacağını anons eləmişdilər. Bəs bazar və marketlərdə mövsümi meyvə-tərəvəzlərin qiyməti nə yerdədir?
Bu məqsədlə paytaxtda kiçik bir reyd keçirdik.
“Yaşıl bazar” adlı ərazidə olduğumuz zaman öyrəndik ki, hazırda bazarda müştərilər azdır. Satıcıların sözlərinə görə, əvvəlki illərdə müştəri sayı daha çox olub. Hazırda məhsul qıtlığı yaşandığına görə qiymətlər əvvəlki illərə nisbətən yüksəkdir.
Qiymətlərin özünə gəldikdə, çiyələk 4-5 manat, alça 4-10 manat, gilas bəzi yerlərdə 8 manatdan başlayır. Hətta bazarda bəzi satıcılar gilası 20 manata da təklif edir.
Ağ və qara tutun arasında qiymət fərqi yoxdur - hər ikisi 6-8 manata təklif edilir. Şaftalı 5-7 manat arası, ərik 6 manata, yemiş və qarpız isə kilosu 2.50 manata müştərilərə təklif olunur.
Qeyd edək ki, bəzi meyvə satıcılarından piştaxtada qiymətlərin niyə yerləşdirilmədiyini soruşduqda bizə “qiymət alıcıya görə dəyişir” cavabını verdilər.
Qiymətlərlə bağlı müştərilərin də fikrini öyrəndik. Müştərilər bildiriblər ki, hazırda qiymətlər bahadır. Meyvələr isə dərmanlıdır. Əhali əsasən də yerli məhsullara üstünlük verir. Yay mövsümünün meyvələrini alıb nübar etdiklərini, lakin kiloqram ilə meyvə hələ ki, almadıqlarını dedilər.
Marketlərdə satılan meyvələrin qiymətləri ilə də maraqlandıqq.
Burada gilas 18 manat, alça 7 manat, şaftalı 9 manat, ərik 11 manat, çiyələk 4.50 manat, qarpız 1.80 manat (kilosu), yemiş isə 4.50 manata (kilosu) müştərilərə təklif olunur. Müştəri sayı isə marketdə bazara nisbətən çox idi.
Beləliklə, bazar və marketlərdə olduğumuz zaman bu qənaətə gəldik ki, hər iki satış məkanında qiymətlər demək olar ki, eynidir. Məhsul az, qiymət isə digər illərə nisbətən yuxarıdır.../musavat.com/
18-07-2013, 00:42
23-08-2013, 18:31
7-07-2016, 22:19
11-12-2013, 12:41
17-03-2020, 20:20
Sorğu
Yeni dizaynımız necədir?