GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vahid Qarabağlı: İran dövləti türk dilinin rəsmi qurumlara girməsinə icazə vermir

Vahid Qarabağlı: İran dövləti türk dilinin rəsmi qurumlara girməsinə icazə vermir

Tarix: 30-05-2022, 15:28 Bölmə :Cəmiyyət Baxış: 261


Sosioloq Vahid Qarabağlı Amerikanın Səsi ilə söhbətdə İranda qeyri-fars dillərə qarşı tətbiq edilən məhdudiyyətlər və qadağaları tənqidi sosilinqvistik aspekdən dəyərləndirib. Onun sözlərinə görə, İran dövləti türk dilininin rəsmi qurumlara girməsini əngəlləyərək onu legitimsizləşdirir.

“Dil məsələsinə sosiolinqvistik yanaşma dili bir ictimai, bir sosial fenomen olaraq görməkdir. Yəni, dilin toplum içindəki yeri, toplum üzərindəki təsiri və toplumdan aldığı təsirlər tədqiq edilir. Dil bizim yaşadığımız toplumda bizim əlaqələrimizə, düşüncələrimizə və bizim qurumlarla münasibətimizə təsir edir. Dilimiz bu qurumlardan, o cümlədən televiziyadan və dövlət qurumlarından təsir alır,” Qarabağlı söyləyir.

Dil məsələsinə sosiolinqvistik yanaşma dili bir ictimai, bir sosial fenomen olaraq görməkdir. Yəni, dilin toplum içindəki yeri, toplum üzərindəki təsiri və toplumdan aldığı təsirlər tədqiq edilir.

Onun dediklərinə görə, sosiolinqvistikada, həmçinin dilin fərqli siniflər arasında nə şəkildə işlədilməsi, dilin cinsiyyətlə əlaqəsi, habelə fərqli etnik icmaların dilinin toplumda, təhsil sistemində və mediadakı yeri ələ alınır.

Sosioloq hesab edir ki, İrandakı dil məsələsini anlamaq üçün ən yaxşı vasitə tənqidi sosiolinqvistik yanaşmadır: “Tənqidi sosiolinqvistik yanaşmada dillərin qurumlardakı funksiyası, habelə dil ve güc münasibətləri sorğulanır.”


Lalə Cavanşir
SEE ALSO:

Lalə Cavanşir: İranda türkcə sadəcə duyğu ifadəsi dili halına gəlir, artıq bu dildə düşünmürük

Vahid Qarabağlının sözlərinə görə, insanların bir toplumda danışılan fərqli dillərə baxışını güc münasibətləri müəyyənləşdirir.

“Tənqidi sosiolinqvistikaya görə, insanların fərqli dillərə baxışı təbii şəkildə deyil, ictimai-siyasi qərarlar ilə, güc münasibətlərinə görə yaradılır. Məsələn İranda farscanın tək rəsmi dil olmasına, tək təhsil dili olmasına və milli kimliyin fars dili əsasında təriflənməsinə İranın dövlətləşmə prosesində bəlli bir elit qrup qərar verib. Bu proses fərqli ola bilərdi. İranda çoxdilli bir sistem də yaradıla bilərdi. Tənqidi sosiolinqvistik yanaşmada bu təsislər, bu baxış və bu ictimai, siyasi və ideoloji qərarlar tənqid edilir. Bu yanaşmaya görə, bu təriflər bəlli qrupların xeyrinə və başqa qrupların kənarlaşdırılması bahasına müəyyənləşdirilib. Bu qərarlar nəticəsində digər dillər legitimsizləşdirilib və azlıq dili durumunu salınıblar.”


İranda yalnız fars dili ölkənin rəsmi qurumlarının dili, təhsil dili, medianın dili və məhkəmənin dili olaraq legitimləşdirilib və institutlaşdırılıb. Türk dili isə qurumlarda yeri olmayan, sadəcə insanların arasında danışıq dili səviyyəsinə endirilib.

Sosioloq hesab edir ki, dil aktivizmi də əsasən dilin legitimləşdirilməsi və institutlaşdırılması yönündə mücadilə etməkdən ibarətdir.

“İran konstitusiyasında yalnız fars dili ölkənin rəsmi qurumlarının dili, təhsil dili, medianın dili və məhkəmənin dili olaraq legitimləşdirilib və institutlaşdırılıb. İranda bütün qurumların dili yalnız farsca olub. Türk dili isə qurumlarda yeri olmayan, sadəcə insanların arasında danışıq dili səviyyəsinə endirilib. Önəm və rol olaraq türk dili legitimsizləşdirilib.”


Vahid Qarabağlı
SEE ALSO:

Vahid Qarabağlı: Türkiyənin tarixi serialları İrandakı türklərə alternativ bir tarix anlayışı təqdim edir

Qarabağlı əlavə edir, “dil aktivizmi, yəni azlıqlaşdırılmış qrupların dil haqlarını müdafiə üçün etdiyi mücadilə də əslində dillərini legitimləşdirmə mücadiləsidir. Bunun üçün dillərinin institutlaşdırılmasına çox önəm verirlər. Məsələn istəyirlər ki, Azərbaycanda yaşayan ailələrin uşaqları türk dilini televiziyada görsün. Bir türk uşağı məktəbə getdiyində öz ana dilini o sistemin içində görmürsə, onun gözündə o dilin dəyəri olmur. Amma o dil məktəbdə oxudulmağa və təhsil dili olmağa başladılsa, o uşağın və ailəsinin gözündə məşru bir dil olaraq görünər. O dildə kino-filmlər və seriallar yaradılsa, insanlar o filmləri gedib kinoteatrlarda izləsələr, o dil məşruiyyət və ağırlıq qazanar. Bunun üçün türk fəallar öz dillərində yazaraq, kitablar çıxararaq, o dildə filmlər çəkərək türk dilinin ictimai həyatın bir parçası olduğunu göstərməyə çalışırlar.”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türk dili, yoxsa azərbaycan dili?

    Türk dili, yoxsa azərbaycan dili? ...

    11-08-2016, 00:25

  • 
  • Rus dili Qarabağda dövlət dili ELAN OLUNDU

    Rus dili Qarabağda dövlət dili ELAN OLUNDU ...

    25-03-2021, 19:07

  • 
  • “İran Azərbaycanında uşaq nikahının artması problemi ciddiyə alınmalıdır”

    “İran Azərbaycanında uşaq nikahının artması ...

    29-05-2019, 15:19

  • 
  • Araikdən növbəti təxribat: Rus dili Qarabağda rəsmi dil elan olundu

    Araikdən növbəti təxribat: Rus dili Qarabağda ...

    17-02-2021, 12:13

  • 
  • Fars-molla rejiminin TÜRK QORXUSU... - FAKT

    Fars-molla rejiminin TÜRK QORXUSU... - FAKT ...

    7-01-2019, 12:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu