GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Keçmiş bələdiyyə işçisi sədr haqqında elə sözlər dedi ki... - ŞOK AÇIQLAMALAR

Keçmiş bələdiyyə işçisi sədr haqqında elə sözlər dedi ki... - ŞOK AÇIQLAMALAR

Tarix: 23-05-2022, 16:19 Bölmə :Cəmiyyət Baxış: 308

Gundemxeber.az bildirir ki, dogruxeber.az redaksiyasına Mingəçevir şəhər Bələdiyyəsinin keçmiş işçisi Abdullayev Fərhad Ənvər oğlu tərəfindən şikayət dolu müraciət məktubu daxil olmuşdur.

Məktubda yazılanları diqqətinizə çatdırırıq:
"Mənim şikayətim Mingəçevir Bələdiyyəsinin sədri R.S.Əliyevin mənə qarşı etdiyi qanunsuz hərəkətlərindəndir.
Belə ki,mən 16 mart 2017-ci il tarixdən Mingəçevir Bələdiyyəsində Vergi nəzarətçisi vəzifəsinə işə qəbul olunmuşam. Həmin tarixdən Mingəçevir Bələdiyyəsi sədri ilə bağlamış olduğum əmək müqaviləsi, növbəti 2018-2019-2020-ci illər üçün qüvvədə olub. 2020-ci ildə Mingəçevir Bələdiyyəsinə yeni təyin edilmiş R.S.Əliyev, 05 yanvar 2021-ci il tarixində əvvəlcədən heç bir xəbərdarlıq etmədən, müqavilə müddətinin bitdiyini bəhanə gətirərək, məni işimdən azad etdi. Bəhanələrdən biri də o idi ki, "Bələdiyyə özünü maliyyələşdirən orqandır. Vəsait çatışmır". Məni - 4 illik iş təcrübəsi olan, indiyədək işində heç bir nöqsana yol verməmiş, aylıq əmək haqqısı 271 manat olan işçini işdən azad etdi. Qısa bir zamanda həmin şöbəyə heç bir təcrübəsi olmayan iki nəfəri işə götürdü və hər birinə 380 manat əmək haqqı təyin etdi. Əvvəlki bələdiyyə sədrinin aylıq əmək haqqı 600 manat olduğu halda, R.S.Əliyev öz əmək haqqını 2000 manata qədər artırdı. Bu bir daha onu göstərir ki, məni işdən azad etməsi müqavilənin müddətinin bitməsi, yaxud maliyyə çatışmamazlığı ilə əlaqəli deyil. O, tapşırıq və tanışlıq zəminində daha çox işçi götürməyə çalışır. Ona belə sərf eləyir. İşçilərin təcrübəsi və bacarığı onun üçün vacib deyil.
R.S.Əliyev bələdiyyəyə sədr təyin olunduğu ilk gündən hamının qarşısında söz verdi ki, bələdiyyə qulluqçularının hamısını işdən çıxarıb, öz adamlarını işə götürəcək. Dediklərini ciddi qanun pozuntuları ilə də olsa yerinə yetirir. O, bələdiyyəyə öz "şəxsi firması" kimi baxır. Qanunlara məhəl qoymadan, istədiyi işçini işdən azad edir və öz adamlarını onların yerinə işə təyin edir. Bu zaman bələdiyyə iclasının qərarı da onun üçün vacib deyil.
Çünki, R.S.Əliyev bələdiyyə sədri təyin edildikdən sonra, bələdiyyə iclası da keçirilmir. Bir çox bələdiyyə üzvü onun iclaslarına gəlməkdən imtina edib. Əvvəlcədən hazırlanmış iclasın qərarlarının axırıncı səhifəsi bələdiyyə üzvlərinə imzalamaq üçün təqdim edilir. Onlar da əvvəlki səhifələrinə yazıldığına baxmadan vərəqi imzalayırlar. R.S.Əliyev də belə vəziyyətdən istifadə edərək, istədiyi məsələni iclasdan keçirə bilir.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 2020-ci ildə Mingəçevir Bələdiyyəsinin sədri təyin edilmiş Ramiz Əliyev ilk gündən bələdiyyəyə öz "şəxsi firması" kimi baxır. Qanunlara məhəl qoymadan, istədiyi işçini işdən azad edir və öz adamlarını işə təyin edir. Bu yolla əvvəllər müxalifət partiyasının fəal üzvləri olmuş, xalqı mitinqlərə çağıran, AXCP-nın fəal üzvü olan Hüseynov Sahib Teymur oğlu və Qasımlı Zahid Allahverən oğlu üçün heç bir işə yaramayan şöbələr açıb, yüksək əmək haqqı ilə onları şöbə müdüri təyin etdi. R.S.Əliyev köhnə iş yeri MİS-də “qara işlərində” ona köməkçisi və mühasibi olmuş, orta təhsilli, pensiya yaşına çatmış Hüseynova Yeganə Nağı qızını baş iqtisadçı təyin etdi. Hüseynova Yeganə indi də icbari tibbi sığorta müəssisəsində işləyir. Hər iki müəssisədə tam ştatla necə işləmək olar?!

Qohumu - orta təhsilli Yusubov İsgəndər Qiyas oğlunu Vergi şöbəsinə müdür təyin etdi.Belə işçilərlə işləmək ona daha rahatdır.
Saxta diplomlu və orta təhsilli şəxsləri vəzifəyə təyin etməyinin nəticəsidir ki, Mingəçevir Bələdiyyəsinin nüfuzu sıfırın altına enib. Bələdiyyə tərəfindən məktub və ya əmr hazırlanarkən, ən azı 5-6 müəssisəyə yardım üçün müraciət edilir. Bələdiyyənin qeyri-rəsmi baş məsləhətçisi isə orta təhsilli MİS işçisidir. S.T.Hüseynovun rəhbərlik etdiyi şöbənin və digərlərinin əsasnamə və vəzifə təlimatları Bələdiyyə iclasında təsdiq edilməli olduğu halda, belə bir əsasnamə və ya vəzifə təlimatı ümumiyyətlə yoxdur.
AR Qanunu ilə 01 yanvar 2015-ci il tarixdən, ödəyicilərdən nəğd qaydada vergi və ödəniş alınması qadağan edilsə də, R.Əliyev bu şöbənin işçilərini nağd vergi yığmağa məcbur edir. Hətta o, özü də belə qanunsuz işlə məşğul olur. Ali təhsilli və təcrübəli işçiləri isə işdən azad etməklə "uçot şöbəsi"ni ləğv etdi. Bildirdi ki, "uçotu özüm cibimdə aparacam". Öz adamlarını vəzifələrə təyin etməkdə məqsədi o idi ki, saxta-qanunsuz görülən işləri onların vasitəsilə gizlədə bilsin. Belə işlərdə onun təcrübəsi böyükdür.
R.S.Əliyev özü də bədən tərbiyəsi işçisi olub. Yazıb-oxumaqda çox çətinlik çəkir, hətta öz tərcümeyi halını belə yaza bilmir.
2015-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsində işlədiyi vaxt Heydər Əliyev fondunun Mingəçevir şəhərində tikdirdiyi uşaq baxçasının tikintisi üçün təhsil şöbəsindən, mədəniyyət şöbəsindən, tibb işçilərindən, onları aldadaraq, pul yığmışdır. Heydər Əliyev Fondunun adına yaraşmayan bu nalayiq hərəkətinə görə tutduğu vəzifədən qovulmuşdur.
Mingəçevir əhalisi bu hadisəni çox yaxşı xatırlayır. Prezident Aparatında da bu adamın hərəkəti yəqin ki yaddadır.
Bələdiyyənin nə olduğunu bilməyən bu adam, ancaq öz mənafei üçün çalışır. Şəhər üçün, əhali üçün heç bir iş görmür. Bələdiyyənin gəlirlərinin 90%-ni özünə və yaxınlarına mükafat və əmək haqqı kimi istifadə edir. Əhalisinin əksəriyyəti ziyalılardan ibarət olan Mingəçevir şəhərinə belə savadsız, (əl yazmasının bir nümunəsini təqdim edirəm) ancaq öz mənafeini güdən, lovğalanaraq özünü “şəhər uşağı” adlandıran, təkəbbürlü bələdiyyə sədri təyin edilməsi böyük haqsızlıq və bizə qarşı təhqirdir. Xahiş edirəm Əliyev Ramizin çox nadir əlyazmalarından birinə baxın və qiymət verin, görün bu neçənci sinif şagirdinin yazısına oxşayır?!
Nə yazıldığı anlaşılırmı?
Adını və soyadının yazılışını, tarixini yazmaq lazım olduğunu bilmir, yaxud yaza bilmir. Belə bir adam “MOZAMBİK”də bələdiyyə sədri işləyə bilər.
Əmək haqqısı 2000 manat olan Ramiz Əliyevin gözləri puldan doymur. Həmkarlar təşkilatının hesabında olan pulları da istədiyi kimi xərcləyir. İkinci Qarabağ müharibəsində 3 nəfər işçimiz iştirak etdi. Ramiz Əliyev bir dəfə də olsun onlarla və onların ailəsi ilə maraqlanmadı. Həmkarlar təşkilatı tərəfindən onlara yardım edilməsinə icazə vermədi. Həmkarlar təşkilatı hesabına özü üçün yemək-içmək məclisləri düzəldir.
Dövlətdən aldığı dotasiyanı da öz bildiyi kimi xərcləyir. Belə də deyir: - “Bu pulları mən min bir əziyyətlə alıram. Bunun heç kimə aidiyyatı yoxdur”.
Mingəçevir Bələdiyyəsinin idarəçiliyində olan, şəhərin “Sağ sahil” qəbirstanlığın nəzarətçisi R.Məmmədov hər dəfndən 40 manat ödəniş alır. Bələdiyyə büdcəsinə isə hər ay yalnız 1000 manat ödəyir. Deyir ki, R.Əliyevin tapşırığıdır. Mənə aylıq plan verib, bundan artıq ödəmək olmaz! Qalan pullar necə olur? Bunu araşdırmaq lazımdır.

Bələdiyyədə 3 yeni və lazımsız şöbə yaratdı.10 nəfərdən çox adamını işə götürdü. Biz bələdiyyə qulluqçularının əməkhaqqısını kəsərək, özünün və ətrafındakı bələdiyyə üzvlərinin əməkhaqqını artırdı. Halbuki, işin böyük əksəriyyətini biz yerinə yetirirdik.
Yaxşı olardı ki, həmin 80 min manat dotasiyanı Qarabağın bərpasına yönəldəsiniz. Onsuzda bu pulların nə bələdyyəyə, nə şəhərimizə heç bir xeyiri yoxdur. Qoy elə Ramiz Əliyev də hər ay aldığı 2000 manat əmək haqqısını "Qarabağın dirçəlişi fondu"na köçürsün. Onsuz da onun bu əmək haqqına ehtiyacı yoxdur.
Mingəçevir Bələdiyyəsi tərəfindən subsudiya hesabına 2019-cu ildə tikilmiş “Bələdiyyə Bazarı” obyektində onlarla yeni iş yerləri açılması nəzərdə tutulduğu halda, Ramiz Əliyev həmin obyekti tanışlıq əsasında, qanunları pozaraq, bir sahibkarın icarəsinə verib. Halbuki, subsudiya ayrılarkən, şərt kimi yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdu.
"Mənim arxamda Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov durub və mən İcra başçısının kirvəsiyəm."- deyir.
Mən də könüllü olaraq 2-ci Qarabağ müharibəsinə getmək üçün ərizə yazdım, nə ərizəmi qəbul etmədilər nədə aparmadılar ki, 3 uşağın var, onlara kim baxacaq. Amma, R.S.Əliyev 3 uşağım olmağına baxmadı, məni işimdən azad etdi.
R.S.Əliyev bələdiyyəyə gəldiyi ilk gündən məni işdən azad edəcəyi və yerimə öz adamını gətirəcəyi ilə hədələyirdi.
Mən 16.03. 2017 tarixdən Mingəçevir Bələdiyyəsi ilə əmək müqaviləsi bağlayaraq, əmək fəaliyyətinə başlamışam.
Əmək müqaviləmə nə vaxt, nə zaman xitam verilməsi haqqında mənimlə heç bir Əmək müqavilə bağlamamış, R.S.Əliyev mənim işdən çıxarılmağım barədə qanunsuz əmr verdi. Aliment alan uşağımı və yanımda saxladığım 2 uşağımı aclığa məruz qoydu. Ünvanlı sosial yardım alan aztəminatlı ailəmin qanuni hüquqlarına mühüm maddi və mənəvi ziyan vurdu.
Axtarmadığım iş qalmayıb. Ailəmin təminatını ödəyə bilmirəm. 1-ci nigahdan olan 1 uşağımın saxlanılması üçün məhkəmə tərəfindən sabit pul məbləğində təyin edilmiş 110 manat alimenti ödəyə bilmirəm. 4 nəfərdən ibarət olan ailəmi işsiz vəziyyətimdə mən necə saxlamalıyam?
Hörmətli prezident, sizin rəhbərliyinizlə ermənilərin bizə qarşı törətdikləri soyqırımına son qoyuldu. Amma, Ramiz Əliyevin mənə və işdən azad etdiyi digər işçilərə qarşı haqsızlıqları cəzasız qalıb.
Məhkəmələr onun bizləri qanunsuz olaraq işdən azad etməsinə hüquqi don geydirsələr də, təəssüf ki, hadisənin mənəvi tərəfinə qiymət verən yoxdur. Necə ola bilər ki, məni - 3 uşaq atasını 271 manat əmək haqqından məhrum edərək, ailəmi ac qoyan bu adam, özünə rahatlıqla 2000 manat əmək haqqı təyin edə bilir. Bu hansı mənəviyyata sığışır?!

Mən işimə bərpa olunmağım üçün məhkəmələrə müraciət etsəm də, çox təssüf ki, hər 3 məhkəmədə mənim işə qəbul olunduğum və əmək müqaviləsinin ilkin yazılış tarixinin 16 mart 2017-ci ildən başladığını nəzərə alan yoxdur.
Əmək müqaviləsi 16 mart 2017-ci ildən bağlandığı üçün, növbəti ilin 16 mart tarixinədək qüvvədə olmalıdır. R.S.Əliyev isə mənim müqaviləmin müddətinin bitməsinə 2 ay qalmış, mənə əvvəlcədən heç bir xəbərdarlıq etmədən, ona xitam verdi. Mən 09.01.2021-ci il tarixdən ƏƏSMN-nin yanında Dövlət Məşğulluq Xidmətin də işsiz kimi qeydiyyatdayam. Həyat yoldaşım da işləmir. 3 azyaşlı uşaqlarımız var. Bir uşağa görə də 110 manat aliment ödəyirəm.İşdən çıxarıldığım gündən yeni iş axtarıram. Amma, bir nəticəsi yoxdur.

R.S.Əliyev mənə qarşı şəxsi-qərəzlik zəminində etdiyi bu haqsızlığa son qoyaraq, bu işə yenidən baxılmasını, pozulmuş qanuni hüquqlarımın bərpa olunmasının təmin edən tədbirlərin görülməsini sizdən çox çox xahiş edirəm.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev xalqa müraciətində insanları incidən, insanların Konstitusiyada təsbit olunmuş qanuni hüquqlarına mühüm maddi və mənəvi ziyanlar vuran vəzifəli şəxslər barədə məlumat verin, bu məlumatları araşdırıb yoxlayaq və lazımi tədbirlər görək.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev hüquq mühafizə orqanlarına daima Tapşırır ki, korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa və özbaşınalığa qarşı aparılan mübarizə kəskin gücləndirilməlidir. Ən xırda bir qanunsuzluğa son qoyulmalıdır. Dövlət Qanunları göz bəbəyi kimi qorunmalıdır. Dövlət Qanunları sözsüz icra olunmalıdır.
Qərarının ləğv edilməsini, bu işə hüquqi savadı olan hakimlər tərəfindən yenidən baxılmasını, pozulmuş qanuni hüquqlarımın bərpa olunmasının təmin edən tədbirlərin görülməsini Sizdən çox-çox xahiş edirəm.

Qeyd edim ki, bütün bunlar R.S.Əliyevin mənə məlum olan qanunsuz hərəkətlərinin bir hissəsidir.

Hörmətlə: Abdullayev Fərhad Ənvər oğlu
Ünvan: Mingəçevir ş. M.Fəruxxov küçəsi ev 31 A"

Qeyd edək ki, Fərhad Abdullayev, əgər konstitusiya məhkəməsi də iddian ırədd edərsə, Avropa məhkəməsinə müraciət edəcəyini deyir.
Yazıda adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mingəçevir şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayev səkiləri satır…

    Mingəçevir şəhər bələdiyyəsinin sədri Coşqun ...

    7-06-2019, 15:27

  • 
  • Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edib - SƏRƏNCAM

    Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra ...

    17-12-2018, 16:02

  • 
  • Mingəçevir İcra Hakimiyyətindən şəhidlərə hörmətsizlik - FOTO

    Mingəçevir İcra Hakimiyyətindən şəhidlərə ...

    23-01-2020, 10:36

  • 
  • Mingəçevir şəhərində şəhidəvə təhsilə edilən hörmətsizlik - VİDEO

    Mingəçevir şəhərində şəhidəvə təhsilə edilən ...

    20-04-2015, 22:52

  • 
  • Mingəçevir sakini bıçaqlandı

    Mingəçevir sakini bıçaqlandı ...

    13-06-2017, 15:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu