Ümumi təhsil səviyyəsi üzrə 9 və 11-ci siniflər üzrə keçirilən buraxılış imtahanları başa çatıb.
Ancaq dərs ili hələ başa çatmayıb və buna görə də şagirdlər məktəbə getmək məcburiyyətindədirlər. Lakin hazırda məhz buraxılış imtahanında iştirak etdikləri üçün şagirdlərin məktəbə getmədikləri, dərslərin boş keçdiyi deyilir.
Doğrudanmı buraxılış imtahanlarından sonra məktəblərdə davamiyyət kəskin aşağı düşüb? Gundemxeber.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, buraxılış və qəbul imtahanlarının önə çəkilməsinin, məktəblərdə tədris prosesini ciddi şəkildə pozması ilə bağlı fikirlərini bildirib:
“Ancaq çox təəssüflər olsun ki, DİM hələ də bildiyini edir. İstər buraxılış, istərsə də qəbul imtahanlarının dərs ili bitmədən keçirilməsi məktəblərdə intizamsızlıq, o cümlədən davamiyyətsizlik məsələsinə kütləvi şəkildə rəvac verir. Hazırda ölkədə davamiyyət olan tək-tək məktəblər var. Bu da onunla bağlıdır ki, “Gəlməsəniz, 2 yazacağıq”, - deyə şagirdləri qorxudurlar. Xüsusilə də 9-11-ci siniflərdə davamiyyət bərbad vəziyyətdədir. İndi şagirdlərin heç 30 faizi məktəblərdə yoxdur. 20 şagirdi olan sinifdə ən yaxşı halda 3-5 şagird var. Bunu öncədən bilirdik ki, belə olacaq. Məktəb direktorları, müavinlər və müəllimlərin bütün cəhdlərinə baxmayaraq, məktəblərdə davamiyyəti düzəltmək mümkün deyil. Demək olar ki, may ayının əvvəlindən məktəblərdə vəziyyət belədir”.
Sorğu
Yeni dizaynımız necədir?