GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Milli Şura: "Beynəlxalq birliyi Bakıya qarşı daha tələbkar olmağa çağırırıq"

Milli Şura: "Beynəlxalq birliyi Bakıya qarşı daha tələbkar olmağa çağırırıq"

Tarix: 25-05-2022, 10:51 Bölmə :Cəmiyyət Baxış: 267

Demokratik Qüvvələrin Milli Şurası beynəlxalq ictimaiyyəti insan haqları mövzusunda rəsmi Bakıya münasibətdə daha tələbkar olmağa çağırıb. Milli Şuranın açıqladığı bəyanatda deyilir ki, "dəyişən dünyanın yeni reallıqlarını dərk və qəbul etməsi üçün beynəlxalq birlik Azərbaycan hakimiyyəti ilə daha sərt və açıq danışmalıdır".

"Milli Şura olaraq beynəlxalq birliyi fundamental insan haqları mövzusunda rəsmi Bakıya qarşı daha tələbkar olmağa çağırırıq", bəyanatda deyilir.

Milli Şuranın bəyanatında Azərbaycanda siyasi motivli həbslər və polis zorakılığının yeni dalğası ilə bağlı narahatlıqlar ifadə edilib.

"Təəssüf ki, Azərbaycan hakimiyyəti dünyada baş verənləri anlamır və beynəlxalq çağırışları ciddiyə almır. Hələ də belə hesab edir ki, xalqın azadlıq və demokratiyaya keçid istəyini sona qədər polis zorakılığı və sifarişli həbslərlə boğa biləcək" - deyə, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, Azərbaycanda son dövrlərdə ayrı-ayrı ictimai-siyasi xadimlərə, müstəqil media mənsublarına qarşı artan təhdid və zorakılıqlara etiraz olaraq Bakıda mayın 14-də keçirilən ictimai fəalların yürüş-mitinqindən əvvəl və aksiya zamanı fəallardan 30 nəfərə qədəri saxlanılıb.

"Onlar sonradan Bakıdan xeyli uzaq yerlər də daxil olmaqla, müxtəlif ərazilərdə sərbəst buraxıldı. Aksiya istirakçılarına qarşı şiddətli olmasa da, polis zorakılıqları törədildi", bəyanatda deyilir.

Milli Şuranın bəyanatında bildirilir ki, bloqçu, keçmiş siyasi məhbus Rəşad Ramazanov qurama ittihamla həbs edilib.

"Mayın 21-də bəlli olub ki, bloqçu, keçmiş siyasi məhbus Rəşad Ramazanov yenidən həbs edilib. Bu dəfə də onu narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham edərək, barəsində 4 ay (ilkin istintaq dövrü üçün) həbs qətimkan tədbiri seçiblər. İttihamın qurama olduğu şübhə doğurmur. Rəşad Ramazanov həbsdən çıxandan sonra bir müddət muhacir həyatı yaşayıb və bu dövrdə də hakimiyyətə qarşı sərt tənqidlərini davam etdirib. Ona görə də ölkəyə qayıdan kimi təqib altına alınıb və sonunda həbs edilib"- deyə, bəyanatda qeyd olunub.

Milli Şura bəyanatda Müsəlman Birliyi Hərəkatının Razi Hümbətovun məhkəməsi zamanı məhkəmə binası önünə toplaşan hərəkat üzvlərinin saxlanılmasına toxunub. Razi Hümbətov mayın 20-də məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bəyanatda Razi Hümbətovun Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə həbs edildiyini bildirilib.

"Razi Hümbəyov da narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurdu. Halbuki o, ictimaiyyət arasında məhz narkomaniya ilə mübarizəsinə görə tanınıb. O da hakimiyyətə tənqidi münasibətinə və ictimai fəaliyyətinə, xüsusən də, MBH üzvü olduğuna görə şərlənərək həbs edilib" - sənəddə bildirilir.

Demokratik Qüvvələrin Milli Şurası AXCP üzvü Ceyhun Rzayevin həbs təhlükəsi ilə üz-üzə qaldığı ilə bağlı narahatlığını ifadə edib.

"Mayın 14-də Bakıdakı aksiyaya dəstək məqsədilə Mingəçevirdə "Kriminal dövlət istəmirik!" şüarı qaldıraraq, təkbaşına aksiya keçirmiş AXCP fəalı Ceyhun Rzayev mayın 17-də polislər tərəfindən bir neçə saatlığa saxlanılıb. Bu müddətdə DİN-in sözçüsü mediaya açıqlama verib ki, Ceyhun Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Bu isə narahatlığa əsas verir ki, Ceyhun Rzayev hazırda sərbəst olsa da, hər an narkotik ittihamı ilə şərlənərək həbs edilə bilər".

Bəyanatda AXCP Ali Məclisinin üzvü Orxan Cahangirovun Bakıdakı 14 may aksiyasından sonra həbs olunmaq təhlükəsi, mayın 19-da Almaniyadan Azərbaycana qaytarılan mühacir fəal Ziya İbrahimlinin Bakı hava limanında saxlanılması, həmçinin Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yenidən xüsusi ittiham qaydası ilə məhkəməyə verilməsi kimi məsələlərə toxunulub.

Öz növbəsində, rəsmi Bakı ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini, insanların siyasi baxışlarına görə təqib edilmədiyini bildirir. Azərbaycan hakimiyyəti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, söz, mətbuat, birləşmək, toplaşmaq azadlıqlarının tam təmin edildiyini, dini tolerantlığın hökm südüyünü bəyan edir./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Birliyi və Avropa Şurasından iki sərt bəyanat

    Avropa Birliyi və Avropa Şurasından iki sərt ...

    10-02-2013, 11:41

  • 
  • Milli Şura: Növbədənkənar seçkilər saxtalaşdırılıb və xalqın iradəsini əks etdirmir

    Milli Şura: Növbədənkənar seçkilər ...

    10-02-2020, 14:53

  • 
  • Milli Şura Donald Tusk və Torbörn Yaqlandın təbrikinə təəssüflə yanaşıb

    Milli Şura Donald Tusk və Torbörn Yaqlandın ...

    16-04-2018, 17:34

  • 
  • Milli Şura seçkilərin nəticələrini tanımır

    Milli Şura seçkilərin nəticələrini tanımır ...

    12-04-2018, 11:26

  • 
  • Polis: Milli Şura və digər qüvvələrin mitinqində 1000 nəfərədək insan iştirak edib - YENİLƏNİB

    Polis: Milli Şura və digər qüvvələrin mitinqində ...

    14-04-2018, 20:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu