Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sayt rəhbəri barəsində dələduzluğa görə cinayət işi başlanıb
Jurnalist Etibar Əliyev (Etibar Toğrul) barəsində cinayət işi başlanıb.
Jurnalist beş nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Əliyev Etibar Xasay oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq ilkin istintaq aparılıb.
Hazırda cinayət işi ilə bağlı toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Etibar Toğrul “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.
O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portalının rəhbəridir./APA/
6-04-2018, 12:00
1-06-2017, 21:00
29-07-2013, 17:23
25-12-2014, 23:16
14-05-2015, 12:48
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?