Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyi İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və digərlərinin işi üzrə məhkəmə prosesi keçirilir.
GundemXeber.Az sitat.info-ya istinadla bildirir ki, həmin məhkəmə prosesində M.Şıxəliyev tez-tez qızının ruhuna and içir. Zərərçəkənlər isə fakt və sübutlarla onun yalan danışdığını ortaya qoyurlar. M.Şıxəliyev ölən qızının ruhuna and içdiyindən zərərçəkənlər də onun qızının qəbrini axtarıb tapıb. Qurd Qapısı qəbiristanlığına gedən zərərçəkənlər Şıxəliyevin qızının ruhuna dua oxutdurub, atasının onun ruhunu tex-tez narahat etdiyini deyərək, mərhumənin ruhundan üzr istəyiblər. Bildiriblər ki, M.Şıxəliyev yalandan, dünya malına, varidatına görə yalandan qızının ölümündən istidafə edir, ruhuna narahatlıq verir.. Halbuki faktlar, sübutlar bunun əksini sübut edir. Dəfələrlə olub ki, məhkəmə prosesində M.Şıxəliyevə necə yalan danışdığı sübut olunub. Belə məqamlarda o, susmaqla cavab verib. Zərərçəkənlər də bu baxımdan onun qızının məzarı qarşısında tədbir keçirərək, onu ictimailəşdiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?