GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycana qarşı təxribat törədən, öz kimliyinə xəyanət edən “RİA Novosti”yə bir sual, bir məsləhət

Azərbaycana qarşı təxribat törədən, öz kimliyinə xəyanət edən “RİA Novosti”yə bir sual, bir məsləhət

Tarix: 3-06-2022, 14:40 Bölmə :Cəmiyyət Baxış: 234

Rusiya mətbuatında Azərbaycana qarşı qərəzli mövqe nümayişi, vaxtaşırı olaraq təxribatlara əl atılması prosesi davam edir.

Növbəti belə addımı “RİA Novosti” atıb. Belə ki, nəşr Artak Beqlaryan adlı separatçı ilə müsahibə edib və müsahibə başdan-sona ölkəmizə qarşı təxribat xarakterli fikirlərlə dolu olub. RİA-nın müsahibi Azərbaycana qarşı iftiralar atıb, ölkəmizi ittiham etməkdən çəkinməyib.


Ən pisi isə odur ki, istifadə olunan başlıqlardan birində separatçıların qondarma qurumu hansısa müstəqil ölkə kimi qələmə verilməyə çalışılır, separatçı Artak Beqlaryan isə ona yaradılmış bu cür platformadan maksimum istifadə edərək, Azərbaycanla münasibətləri şərh etmək cürətini belə özündə tapır.

Qeyd:

“RİA Novosti” - 2013-cü ildə ləğv olunub və onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılıb.

“RİA Novosti”nin sayt kimi tərkibinə daxil olduğu bu agentliyin “haqqımızda” bölməsindəki bəndlərdən birində bu cür qeydə rast gəldik:

“Rusiya Federasiyasının dövlət siyasətinin və ölkənin ictimai həyatının işıqlandırılması”.

Belə olan halda isə “RİA Novosti”nin təxribatının miqyasının təkcə Azərbaycanla məhdudlaşmadığını görürük. Bu sayt və tabe olduğu agentlik həm də Rusiya Federasiyasının dövlət maraqlarını şübhə altında qoyur, açıq şəkildə dövlətlərarası münasibətlərə xələl gətirən təxribata yol açır.

RİA-nın özbaşınalığı həm də Rusiyada Azərbaycan mətbuatına qarşı senzuranı da yenidən xatırladır. Rusiyada heç bir əsas olmadan Azərbaycan mətbuatının haqlı və ədalətli mövqeyi bloklanır. Rusiyanın maraqlarına uyğun hesab etmədiyi Azərbaycanın müstəqil media orqanları “Roskomnadzor”un əli ilə “qara siyahı”ya salınır. Halbuki, kifayət qədər əsaslar olmasına baxmayaraq, Azərbaycan analoji addımı atmır. Azad mətbuat prinsiplərinə Azərbaycanda hörmətlə yanaşılır. “Rossiya Seqodnya” mediaqrupuna daxil olan “Sputnik Azərbaycan”ın ölkəmizdə hələ də fəaliyyətini davam etdirməsi məhz buna əyani sübutdur.

Ancaq görünən odur ki, Rusiyada bəzi dairələr Azərbaycanın bu cür demokratik yanaşmasından sui-istifadə edirlər. Belə olan halda isə mətbuat azadlığı prizmasından uzaqlaşaraq, aşkar təbliğat və təxribatlara keçirlər. Məhz bu fakt isə Azərbaycanı istənilən qərarında haqlı mövqeyə daşıyır. “Sputnik Azərbaycan”ın, eləcə də “RİA Novosti” kimi təxribat-təbliğat maşınının ölkəmizdə bloklanmasını həm legitimləşdirir, həm də zəruri edir. Bu məsələ artıq Azərbaycanın ən təbii hüququna və ədalətsizliyə qarşı ortaya qoyacağı haqlı mövqeyə çevrilib.

Necə deyərlər, “nüsh ilə yola gəlməyəni etməli təkdir, təkdir ilə uslanmayanın haqqı – kötəkdir”!

“RİA Novosti”yə məsləhət

Xüsusən mətbuat sahəsində ən vacib məqamlardan biri sözün qüdrətini dərk edə bilməkdir. Sözün ifadə imkanlarından, onun təsir gücündən istifadə edə bilməkdir. Bu incə detalları peşəkar mətbuatda hər kəs bilməlidir. Biz bu məqamı bildiyimiz üçün RİA-ya elə onun öz “səfeh”liyi barədə məsləhəti özümüzə borc bilirik.

Yuxarıda qeyd etdiyimiz kimi, bu sayt və tabe olduğu beynəlxalq agentlik özünün “haqqında” bölməsində Rusiya Federasiyasının dövlət siyasətini işıqlandırdığını iddia edir. Belə olan halda isə RİA özünün təxribatını həm də öz dövlətinə aid edir, onu separatçılığı dəstəkləyən, dost Azərbaycana qarşı qərəzli mövqeyə qoyur. Rusiya dövlətinin rəsmi mövqeyi isə RİA-nın yazdıqları ilə uzlaşmır.

O zaman haqlı olaraq RİA-da kimliyini təsdiq etmək zərurəti, kimlik problemi olduğu üzə çıxır. RİA kimlərin maraqlarına cavab verir, hansı maraqlara əsaslanıb bu cür provokasiyalara yol verə bilir? Əgər bu - nəşrin qeyd olunan bölməsində iddia olunduğu kimi, Rusiya dövlətidirsə, o zaman Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycan XİN-dən müvafiq reaksiyanı gözləməyə dəyər. Yox, əgər RİA hansısa ermənipərəst, separatçı dairələrin təsiri altında “özbaşına” hərəkət edibsə, o zaman da layiq olduğu cəza verilsin, kim olduğu xatırladılsın.

Ola bilər ki, bu nəşrdə etdiyimiz tövsiyənin Azərbaycan dilində olması səbəbilə bizi anlamasınlar, elə isə RİA-ya rus dilində, həm də bir zamanlar Azərbaycandan çıxıb Rusiyada da olduqca populyar olan bir ifadə ilə məsləhətimizi çatdıraq: “RİA, ты кто такой?” (RİA, sən kimsən?). Əgər bunu müəyyən etməkdə problem varsa, RİA və onun kimi Azərbaycana qarşı aşkar təxribatlara yol verən bütün Rusiya nəşrlərinə sadəcə bir cavabımız olmalıdır: “давай, до свидания!”/oxu.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “RİA Novosti” ləğv olundu- Prezident sərəncamı

    “RİA Novosti” ləğv olundu- Prezident sərəncamı ...

    9-12-2013, 12:15

  • 
  • Azərbaycana qarşı TƏXRİBAT

    Azərbaycana qarşı TƏXRİBAT ...

    2-09-2014, 15:16

  • 
  • “RİA Novosti Ukrayna” Agentliyinin baş redaktoru həbs edildi

    “RİA Novosti Ukrayna” Agentliyinin baş redaktoru ...

    17-05-2018, 23:39

  • 
  • Azərbaycana növbəti təxribat

    Azərbaycana növbəti təxribat ...

    19-06-2014, 10:25

  • 
  • İranın Kərbəladakı konsulluğuna hücum olub, 5 nəfər ölüb - YENİLƏNİB

    İranın Kərbəladakı konsulluğuna hücum olub, 5 ...

    4-11-2019, 14:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu