GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Çəkinmədən deyirlər ki, 5-10 manat ver” - Adı pulsuz, özü pullu tibbi sığorta...

“Çəkinmədən deyirlər ki, 5-10 manat ver” - Adı pulsuz, özü pullu tibbi sığorta...

Tarix: 3-06-2022, 17:15 Bölmə :Cəmiyyət Baxış: 365


Sosial Tədqiqatlar Mərkəzi (STM) 23-25 may 2022-ci il tarixlərində Bakı, Abşeron, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Yuxarı Qarabağ, Aran və Gəncə-Qazax iqtisadi rayonlarını əhatə etməklə əhali arasında icbari tibbi sığortadan istifadəyə dair telefon sorğusu keçirib.

Sorğu çərçivəsində 386 respondentin rəyi öyrənilib. Sorğu çərçivəsində respondentlərin “İcbari tibbi sığortadan istifadə etmisinizmi?” sualına respondentlərin cavablarının təhlilinə əsasən rəyi öyrənilənlərin 23,3%-i icbari tibbi sığortadan istifadə etdiyini qeyd edib. Ümumi olaraq respondentlərin əksəriyyəti (70%) icbari tibbi sığortadan istifadə etmədiyini bildirib. 18-25 yaş arasında olan respondentlərlə (61,3%) müqayisədə 65 yaşdan yuxarı olan respondentlər (79,5%) daha çox bu mövqedə qərarlaşıblar. Bununla yanaşı, analoji mövqe üzrə göstəricilər şəhər əhalisində nisbətən daha çox müşahidə edilib (müvafiq olaraq şəhər əhalisi 74,1%, kənd əhalisi 63,7%). Respondentlərin 6,7%-nin isə ümumilikdə bu barədə məlumatı yoxdur.

Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən bütün ölkə ərazisini əhatə edən icbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

Ancaq bu gün STM tərəfindən keçirilən sorğuya nəzər salsaq görərik ki, İcbari Tibbi Sığortanın əlçatanlığı lazımi səviyyədə deyil. Belə ki, bu gün əhalinin bir çoxu heç İTS zərfinə hansı xəstəliklərin, hansı tibbi xidmətlərin daxil olduğunu bilmir. Yaxud bu gün xəstəliyi olan vətəndaşlar dövlət xəstəxanaları ilə özəl xəstəxanalar arasında gedib-gəlirlər. Yəni onlar dəqiq bilmir ki, İTS hansı xəstəxanalarda keçərlidir. Digər bir problem isə odur ki, bu gün pasientlər, məsələn, narkozun dövlət xəstəxanalarında ödənişsiz olduğunu bilmirlər. Bunun isə əsas səbəbi vətəndaşların kifayət qədər məlumatının olmamasıdır. Əgər bu gün rəyi soruşulanların 70 faizi İTS-dən istifadə etmirsə, demək ki, lazımi səviyyədə təbliğat aparılmayıb. Xəstəxanalarda isə vətəndaşlara bu barədə demək olar ki, heç bir məlumat verilmir. Buradan belə aydın olur ki, bu istiqamətdə İTS tərəfindən bu barədə KİV, avtobus, dayanacaq və digər vasitələrlə təbliğatın daha da genişləndirilməsinə ehtiyac var.

Hazırda xəstəxanalarda növbə gözləyən, eləcə də özəl-dövlət-poliklinika arasında gedib-gələn vətəndaşlar İTS ilə bağlı ətraflı məlumata malik deyilsə, bunun günahı kimdədir? Gundemxeber.Az-ın məlumatına görə, həkim-terapevt Rasif Bağırov bununla bağlı Cebhe.info-ya bildirib ki, müəyyən qrup icbari tibbi sığortadan istifadə edir:

“Bu da əsasən bahalı əməliyyatlar, MRT, kompüter müayinələrindən keçməkdir ki, bunlar baha başa gəldiyindən əvvəlcə poliklinikalara, oradan da müəyyən istiqamətlərə göndərilirlər. Beləliklə, vətəndaşlar yollarda qalır. Həmin yerlərdən keçən vətəndaşlar olur, ancaq bəzi yerlərdə nəsə istəyirlər, xəstə onu verməyə də bilər, xəstələri öyrəşdirmək istəyirlər ki, bunu etməlisən. Məsələn, əvvəllər bir anjio etmək üçün 400 manat verirdilər, indi 50-100 manat alarlar. Yəni bu da əvvəlki dövrlə müqayisədə çox yaxşıdır. Ancaq terapevtik müalicələrlə bağlı o istiqamətdə həkimlərə müraciətlər azdır. Yəni çox aşağı səviyyədədir. Çünki dünənə qədər həmin xəstələr onsuz da terapevtik müalicə ilə bağlı gedib özəl klinikada daha çox tanınan, savadlı həkimə müraciət edirdi. O poliklinikadakı həkimi əvvəldən də görürdü, lazım olsaydı, ona müraciət edərdi. Görürdü ki, onu qane etmir, özəl xəstəxanaya gedirdi. İndi İcbari Tibbi Sığorta olsa belə, yenə bu sahədə vəziyyət dəyişməyib. Yəni icbari sığorta həmin həkimin savadını artırmır”.

Həkim deyir ki, aparatlardan istifadə edən xəstələrin hamısı məlumatlı deyil, biləndə ki, pulsuz keçmək mümkündür, müraciət edirlər:

“Bu da daha geniş yayılmayıb, yəqin ki, bu barədə məlumat daha geniş yayılanda müraciət edənlər daha da artacaq. Şəxsən mən özəl xəstəxanada çalışıram, mənim yanıma xəstə gəlib deyəndə ki, məsələn, MRT-dən keçmək istəyirəm, onu göndəririk ki, gedib poliklinikadan bir göndəriş al və pulsuz keç. Yəni özümüz də onu istiqamətləndiririk ki, insanlar o qədər pul verməsinlər. Bu gün müraciətlərin əksəriyyəti aparat və cərrahi proseslərlə bağlı olur. Ümumiyyətlə, İcbari Tibbi Sığorta dövlət xəstəxanalarına şamil olunur, ancaq bəzi əməliyyatlar var ki, dövlət xəstəxanalarında mümkün deyil, orada mütəxəssis, yaxud aparat yoxdursa, o zaman onu özəl klinikaya göndərirlər. Həmin özəl klinikaya da onun pulunu köçürürlər. Dövlətin sığorta haqqında qəbul etdiyi qanuna görə, özəl klinikalar oraya daxil deyil”.

Bu gün xəstəxanalarda xəstələrin bir sıra tibbi vasitələrdən istifadə ilə bağlı məlumatsız olması, nəticədə həkimə ödəniş etməsi ilə bağlı terapevt deyir ki, burada əsas problemlərdən biri xəstənin öz hüququnu bilməməsidir:

“Çünki adətən İcbari Tibbi Sığortadan əvvəl “Səhiyyə haqqında” Qanunda yazılmışdı ki, tibbi xidmət pulsuzdur. İTS da vətəndaşdan pul alır, amma deyir ki, pulsuzdur. Burada heç nə dəyişmədi, elə yerində qaldı, bəs nə xeyri oldu? Ona görə də həmin dövrdə pul almağa öyrəşiblər, indi də İTS ilə də yaxınlaşanda çəkinmədən yenə deyirlər ki, 5-10 manat ver. Gərək xəstə öz hüququnu bilsin. Mənə elə gəlir ki, vətəndaşları sığorta ilə yanaşı pul verməyə də öyrəşdirəcəklər. Çünki hər yerdə mənə də rast gəlir ki, çəkinmədən o sözü deyirlər. Ümumiyyətlə, İTS ilə bağlı KİV-lərdə vətəndaşlara geniş məlumat verilməlidir. Bu barədə az informasiyanın nəticəsidir ki, əhali geniş məlumata malik deyil”.

Göründüyü kimi, tətbiqindən ötən bir il ərzində əhalinin 70 faizi İTS-dən yararlanmırsa, bu istiqamətdə 100 faiz istifadəçi sayına çatmaq üçün bizə uzun illər lazım olacaq. Onu da xatırladaq ki, bəzi ölkələrdə vətəndaşlar nəinki xəstəxanalar, hətta həkim reseptini apteklərə təqdim edərkən belə, sığortadan yararlanırlar.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Əhmədov icbari tibbi sığortadan danışdı

    Əli Əhmədov icbari tibbi sığortadan danışdı ...

    14-06-2018, 16:27

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?

    Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan ...

    28-01-2022, 12:40

  • 
  • Bəzi şəhər və rayonlarda icbari tibbi sığorta iyul - sentyabrda baş tutacaq - QƏRAR

    Bəzi şəhər və rayonlarda icbari tibbi sığorta ...

    26-03-2020, 21:38

  • 
  • Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə keçirdi

    Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə ...

    29-12-2019, 19:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu