GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Korrupsiya idarəsinin ƏMDX-də keçirdiyi əməliyyatlarda dah kimlər yana bilər

Korrupsiya idarəsinin ƏMDX-də keçirdiyi əməliyyatlarda dah kimlər yana bilər

Tarix: 3-06-2022, 21:19 Bölmə :Cəmiyyət Baxış: 557

Dünən dövrü mətbuat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə rayonda əməliyyat keçirilməsi barədə məlumatlar yaydı. Əməliyyatın İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə etdiyi bildirilir. Yayılan məlumatlara görə əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb.  Həmçinin əməliyyat çərçivəsində ƏMDX-nin Şəki ərazi şöbəsinin müdiri Mübariz Bəşarət oğlu Paşayevin də həbs edildiyi yayılıb. Baş prokurorluq bu məlumatları şərh etməyib, lakin bu gün əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

Əmlak Məsələləri Dövlət Xidmətinin bölgələrdəki şöbələrində nələr baş verir? Şəki və Beyləqandan başqa daha hansı rayonlarda əməliyyat keçirilib, yəqin yaxın vaxtlarda rəsmən açıqlanacaq. Amma bu açıqlamalara qədər qeyd etmək istərdik ki, buna səbəb çox güman ki, bölgələrdə torpaq sahələrinə qanunsuz çıxarışların verilməsi olub. Çünki son dövrlər Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbələrinin fəaliyyətindən çoxsaylı şikayətlər, insanlara məxsus olan daşınmaz əmlakını sənədləşdirməsi işindən narazılıqlar yayılıb.

Xatırladaq ki, buna qədər Komitə kimi fəaliyyət göstərən quruma uzun illər hazırda ölkə Prezidentinin köməkçisi, Prezident Administrasiyasının dövlət nəzarəti məsələləri şöbəsinin müdiri vəzifəsini daşıyan Kərəm Həsənov rəhbərlik edib. Sözügedən şəxsin dövründə Bakıda magistral neft kəmərinin, qaz xəttinin, su kəmərinin, yüksək gərginlikli elektrik xətlərinin, ARDNŞ-in balansında olan muhafizə zonasında, o cümlədən rayonlarda inşa olunan yalnız imkanlı şəxslərə məxsus, yaşayış və qeyri-yaşayış sahələrinə, heç bir hüquqi sənədi olmayan tikililərə çıxarış verməsi barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlara rast gəlmək mümükündür.

Bu kimi qanun pozuntularından başqa Kərəm Həsənovun vaxtı ilə rəhbərlik etdiyi qurumda dövlət vəsaitlərinin müxtəlif yollarla talanması halları da mövcud olub. Məlum olduğu kimi Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsindən 29 noyabr 2019-cu ildə azad olunub. Elə həmin il iyunun 29-da verdiyi açıqlamasında tezliklə Gəncə və Xaçmazda Əmlak Xidmətləri Məkanının açılacağını bildirib. Gindemxeber.az bildirir ki, aktualinfo.org-un apardığı araşdırmalarda bu məqsədlə dövlət vəsaitlərinin ayrıldığı, hətta tenderlərin belə keçirildiyi məlum olub. Amma sözügedən şəhərlərdə qeyd etdiyimiz məkanın açılışından hələ də bir xəbər yoxdur.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi məqsədi ilə keçirilmiş tenderin qalibi “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Belə ki, müsabiqənin başlama tarixi 21.11.2019-cu il göstərilən tenderdə zərflərin açılış tarixi 20.12.2019-cu il tarix göstərilib. Amma nədənsə tərəflər arasında müqavilənin bağlanılması 21.02.2020-ci ildə baş tutub. Müqavilənin şərtlərinə görə “AZNOF” MMC-yə “Əmlak Xidmətləri Məkanı”nın inşaasına görə 4 693 715.59 manat vəsait ödənilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Gəncə şəhəri, Z.Əliyeva pr. 166 ünvanında “Əmlak Xidmətləri Məkanı”nın inşaası üzrə ikinci bir müqavilənin də bağlanıldığı göstərilir. Burada tərəflər arasında 3 999 821.34 manat məvləğində satınalma müqaviləsinin 25.02.2020-ci ildə bağlanıldığı göstərilir. Lakin burada “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i kimi təqdin olunan (2300338141) şirkətə aid deyil. Axtarışlarımız zamanı sözügedən VÖEN-in Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə məxsus olduğu ortaya çıxdı.

Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Tender Komissiyasının 25.02.2020-ci ildə yerləşdirdiyi bildirişdə isə qeyd olunur ki, Gəncə şəhəri, Z.Əliyeva pr.166 ünvanında Əmlak Xidmətləri Məkanının inşasının satınalınmasına 19 noyabr 2019-cu il tarixdə başlamış açıq tenderin qalibi AZNOF MMC elan olunmuş və 24 dekabr 2019-cu il tarixində yekun protokol tərtib olunmuşdur. 28 dekabr 2019-cu il tarixində müqavilə imzalanmış, qediyyatdan keçdikdən sonra 24.02.2020-ci il tarixdən qüvvəyə minmişdir. Burada nədənsə müqavilənin qiyməti açıqlanmayıb.

Həmin dövrdə elektron kütləvi informasiya vasitələrində Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə “AZNOF” MMC arasında imzalanan müqavilənin qiymətinin 21 fevral 2020-ci ildə 4 milyon 693 min 716 manat, 26.02.2020-ci ildə isə 3 milyon 999 min 821 manat olduğu barədə məlumatlar da yayılıb. Məsələyə aydınlıq gətirmək məqsədi ilə əlaqə saxladığımız Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin baş mühasibi Elxan Cəfərovun sözlərinə görə 4 milyon 693 min 716 manat ilkin qiymətləndirmə olub.

Lakin burada sual yaranır. Necə olur ki, 3 saylı Gəncə Ərazi İdarəsi 28 dekabr 2019-cu il tarixində müqavilə imzalanması barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə bildiriş verir və müqavilənin qiymətini açıqlamır? Amma üstündən iki ay keçdikdən sonra 21-25 fefral tarixlərində, yəni üç gün ərzində fərqli məbləğlərlə tenderin qalibini açıqlayır. Burada daha bir neçə sual yaranır. Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisinə nə qədər vəsait ayırıb? 3 999 821.34 manat, yoxsa 4 693 715.59 manat? Necə olur ki, MMC üç gün ərzində, birdən-birə 693 min manat güzəştə gedib? Burada ya sifrişçı 693 min manatlıq işi layihədən çıxarıb, ya da başqa şübhəli məqamlar var.

Layihə demişkən. İdarənin 13.05.2019-cu il tarixdə verdiyi elanda göstərilir ki, Gəncə şəhərində inşa ediləcək “Əmlak Xidmətləri Məkanı”nın smeta lahiyə işlərinin hazırlanmasının satın alınması üzrə “Gentechs” MMC keçirilən kotirovka sorğusunun qalibi elan olunmuş 45000 (qırx beş min) manat məbləğində müqavilə tətib edilərək 13 may 2019- cu il tarixindən qeydiyyatdan keçməsi barədə məktub alındığı tarixdən 29.04.2020-ci il tarixnə kimi qüvvədədir.

Göründüyü kimi Gəncə şəhərində inşa ediləcək “Əmlak Xidmətləri Məkanı”nın smeta lahiyə işləri də hazırlanıb və buna da vəsait ayrılıb. Lakin Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi hələ başa çatmayıb. Amma Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi artıq mebelləri də alıb. Hələ təməli qoyulmamışdan. Qurumun 10.02.2020-ci il tarixdə verdiyi bildirişdə qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasına mebel avadanlıqlarının satın alınması üzrə keçirdiyi elektron açıq tender yekunlaşdırılmış və qiymətləndirilmişdir. Tenderin qalibi”İDEAL DİZAYN OFFİCE” MMC müəyyən edilmiş və 02.02.2020 ci il tarixində satınalma müqaviləsi imzalanmışdır. Müqavilənin məbləği 134593,16 (yüz otuz dörd min beş yüz doxsan üç manat manat 16 qəpik) manatdır.

Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin baş mühasibi Elxan Cəfərovun sözlərinə görə bütün bu elanların verilməsinə baxmayaraq vəsait çatışmazlığından müqavilələrə xitam verilib və “Əmlak Xidmətləri Məkanı”nın tikintisi yarımçıq qalıb. Onda Elxan Cəfərova daha bir sual veririk. Müqavilələrə xitam verilibsə nə Qanunla müəyyən olunmuş qaydada ictimaiyyətə açıqlama verilməyib? Axı onlar bilməlidir ki, müqavilə bağlananada da, xitam verilməsinin səbəbləri də elanın dərc olunduğu mətbu orqanda 5 bank günü ərzində ictimaiyyətə açıqlama verilməlidir. Verilməyibsə, deməli burada nə isə qaranlıq məsələlər var.

Qeyd edək ki, belə bir şübhəli tenderi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də keçirib. Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə eyni vaxtda Xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsi də “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Xaçmaz şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi işlərinin satın alınması üzrə müqavilə bağlayıb. Qeyd edək ki, 2019-cu ildə başlanmış bu tender üzrə 4 707 900.68 manat məbləğində satınalma müqaviləsinin bağlanılması dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 22.01.2020-ci il tarixdə açıqlanıb.

Lakin üstündən 3 il keçməsinə baxmayaraq nə Gəncədə nə də Xaçmazda Əmlak Xidmətləri Məkanının açılışı baş tutmayıb. Yəni, işlər yarımçıq qalıb. Bunlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi rəsmi bir dövlət qurumunun açıqladığı məlumtlardır. İşlərin yarımçıq qalma səbəbləri, dövlət vəsaitlərinin ayrılıb-ayrılmamasını, xərclənib-xərclənməməsini araşdırmaq da  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işidir.

O ki, qaldı tenderlərin qalibi kimi adı çəkilən “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyətinə. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2010-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev 189, qanuni təmsilçisi kimi isə Murtuzova Sevda İsgəndər qızı qeyd olunub.

MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Əmlak Məsələləri Dövlət Xidmətinə tabeli iki qurumun barəsində heç bir məlumat olmayan bir MMC ilə tikintisi baş tutmamaış işlər üçün külli miqdarda dövlət vəsaiti ayırmalı çox şübhələr yaradır. Buna yəqin ki, aidiyyatı qurumlar aydınlıq gətirəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 6 may tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə Mətin Eynullayev təyin edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumun rayon şöbələrində aparılan yoxlamaları Mətin Eynullayevin təmizləmə əməliyyatı da ola bilər. Əgər bu ehtimal doğru çıxarsa Dövlət Reyestri Xidmətinin regional idarələrində bir çoxlarının canı yana bilər. Çünki qurumun rayon şöbələrində qanunsuz sənədlərin verilməsi barədə çoxsaylı şikayətlər olunur. O cümlədən də Gəncədə və  Xaçmaz idarələrinin rəislərinin də. Ötən ilin noyabr ayında yayılan məlumatlara görə Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Abdulla Abdullayev tutduğu vəzifədən kənarlaşdırılıb. Amma bu onun məsuliyyətdən kənar qalması anlamına gəlməməlidir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərindəki Əmlak Xidmətləri Məkanının tikintisi ətrafına yaranan şübhələrə aydınlıq gətirilənə qədər.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəzifəli şəxsin həbs edilməsi üçün əməliyyat keçirib.

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə ...

    4-09-2020, 15:35

  • 
  • İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı - Daha kimlər həbs oluna bilər?

    İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı - ...

    6-03-2021, 12:11

  • 
  • İcra başçısı, müavini və şöbə müdiri saxlanılıb

    İcra başçısı, müavini və şöbə müdiri saxlanılıb ...

    19-08-2020, 14:52

  • 
  • Kərəm Həsənovun Qaradağda reyestr imperiyası

    Kərəm Həsənovun Qaradağda reyestr imperiyası ...

    3-04-2014, 12:06

  • 
  • Korrupsiya idarəsi xüsusi əməliyyat keçirib

    Korrupsiya idarəsi xüsusi əməliyyat keçirib ...

    3-02-2013, 11:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu