İclasda iki məsələ müzakirə olunub. Gündəlikdə duran birinci məsələ Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü televiziya yayımının gücləndirilməsi ilə bağlı olub. Belə ki, Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" Radio-televiziya yayım stansiyasının yenidən bərpa edilməsi ilə əlaqədar həmin stansiyadan və həmin regionda yerləşən digər RTYS-larından açıq (sosial) televiziya yayım paketinin yayımlanması üçün TV yayım kanallarıının ayrılması müzakirə olunub. Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən daxil olmuş məktub və Şuranın Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin rəyi nəzərə alınaraq Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri", Zəngilan rayonu ərazisində yerləşən "Mincivan", Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" və "Balasoltanlı", Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" radio-televiziya yayım stansiyalarından açıq televiziya yayım paketi üçün müvafiq yeni televiziya yayım kanalları ayrılıb.
İclas zamanı həmçinin, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin ümumölkə radio kanalı olan "REAL FM" üçün bölgələrdə radiotezliklərinin ayrılması məsələsi də müzakirə olunub. Şuranın Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin və "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin birgə həyata keçirdiyi təhlil və monitorinqlərin nəticəsində "REAL FM"-in ümumölkə radio yayımını həyata keçirmək üçün zəruri radiotezliklər müəyyən olunub. Şuranın qəbul etdiyi müvafiq qərar ilə ölkə üzrə 8 bölgədə yerləşən radio-televiziya yayım stansiyalarından müvafiq radiotezliklər "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin istifadəsinə ayrılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?