GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ordumuz bu istiqaməti nəzarətə götürdü – Şok detallar

Ordumuz bu istiqaməti nəzarətə götürdü – Şok detallar

Tarix: 9-06-2022, 11:42 Bölmə :Cəmiyyət Baxış: 208


Biz İkinci Qarabağ müharibəsindən sonra davamlı şəkildə belə informasiyalarla rastlaşırıq. Ya Rusiya sülhməramlıları adlandırılan hərbi kontingent hansısa əraziləri nəzarətə götürməyə çalışır, yaxud da Azərbaycan Ordusu təhlükəsizlik tədbirləri üçün hansısa əraziyə qalxır. Bu proses permanent, yəni daimi gedən prosesdir. 


GUNDEMXEBER.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Aşağı Şorca kəndi yaxınlığındakı mövqeləri Azərbaycan Ordusunun nəzarətə götürməsi ilə bağlı yayılan informasiyalar haqda danışan təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu deyib.
Ekspertin sözlərinə görə, hazırda strateji nöqtələr uğrunda mübarizə gedir:
“Etiraf etmək lazımdır ki, burada bəzən dezinformasiya, qeyri-dəqiq məlumatlar olur. Məsələn, Fərrux kəndi və yüksəkliyi ilə bağlı məsələdə də həddindən artıq ziddiyyətli məqamlar var idi. Hələ də bəhs etdiyimiz məsələdə qeyri-müəyyənliklər qalmaqdadır. Hətta Fərrux kəndində rus sülhməramlılarının bayraq sancmalarının da görüntüləri yayıldı.
Burada söhbət nədən gedir? İlk növbədə qeyd etməliyəm ki, rus sülhməramlıları Qarabağın dağlıq hissəsinə yerləşdirildikləri zaman bütün strateji nöqtələri, yüksəklikləri öz nəzarətlərinə götürməyə çalışdılar. Onlar Laçında, Şuşanın ətrafında bəzi nöqtələrdə, eyni zamanda bizim üçün vacib əhəmiyyətli Ağdərə məsələsində qismən buna nail oldular. Müharibə zamanı torpaqlarımızı işğaldan azad etməyimiz Azərbaycanın məğlub statusundan qalib statusuna keçməsi deməkdir. Amma bütün müharibələrin arxasında regional siyasi və geosiyasi amillər dayanır. Bu mənada Qarabağ müharibəsi, ümumiyyətlə, oradakı separatizmin hələ SSRİ dönəmindən başlayaraq qızışdırılması, stimullaşdırılması, dəstəklənməsi, Azərbaycan torpaqlarının faktiki olaraq Rusiya tərəfindən işğal edilərək Ermənistana verilməsi ilk gündən etibarən geosiyasi məsələ olub. Əgər biz aparılan işlərə, atılan addımlara diqqətli şəkildə nəzər yetirsək, onda kəndlərin, yüksəkliklərin, üçüncü dərəcəli önəmli məntəqələrin ələ keçirilməsi uğrunda gedən gizli mübarizənin əsasən strateji nöqtələrin ətrafında getdiyini görərik”.
Ərəstun Oruclu Aşağı Şorca kəndinin Basarkeçər-Ağdərə yolu üzərində yerləşdiyini, sözügedən yolun isə Ağdərənin, Tərtərin və digər bölgələrin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Bizim bəhs etdiyimiz Aşağı Şorca kəndi də Basarkeçər və Ağdərə yolunun üzərindədir. Diqqət yetirirsinizsə, Azərbaycan Ordusu da həmin yolun yaxınlığındadır. Hədəf isə ən azından həmin yola artilleriya məsafəsində yaxınlaşmaqdır. Bütün hallarda söhbət həmin yola nəzarətdən gedir. Biz həm də rus sülhməramlılarının və onların himayə etdikləri separatçı tör-töküntülərin silahlı dəstələrinin Tərtər istiqamətində fəallaşdığını müşahidə etdirik. Bu, təsadüfi deyil. Ağdərəyə çıxışı təmin edən həmin Basarkeçər-Ağdərə yoludur. Təbii ki, Azərbaycan Ordusu o yolu atəş nəzarətinə götürməlidir ki, sabah hansısa bir gərginlik yarandığı halda Ağdərəni əldə saxlasın. Rus-erməni koalisiyasının Ağdərədən Tərtər istiqamətində fəallaşması isə oranı təhlükə altında qoymaqdır. Çünki Tərtər strateji əhəmiyyət kəsb edir, hazırlanmış düşmən planına görə, 44 günlük müharibə ərzində işğal olunmalı idi. Rus qoşunları yalnız Qarabağın dağlıq hissəsinə deyil, həm də Goranboya daxil olmalı idi ki, Gəncə dəhlizini nəzarətə götürsün. Bu, faktiki olaraq Azərbaycanı iki yerə bölmək, o cümlədən Bakı-Tiflis-Qars dəmir yoluna, Bakı-Tiflis-Ceyhan neft kəmərinə, TANAP qaz kəmərinə, Trans-Avropa-Asiya internet və kommunikasiya xəttinə, Bakı-Tiflis avtomobil yoluna nəzarət demək idi. Mübarizə kommunikasiya xətləri uğrunda gedir. Ona görə də Azərbaycan Ordusunun Basarkeçər-Ağdərə yolunu nəzarəti bərpa etmək, yaxud onu təmin etməklə bağlı atdığı addım strateji məsələdir. Çünki Azərbaycana təhdid yarana biləcək nöqtələrdən biri, bəlkə də birincisi Ağdərədir. Məhz o səbəbdən Rusiya Ermənistanı Kəlbəcərdən çıxmağa və rayonu Azərbaycana qaytarmağa məcbur etdi, lakin Ağdərədə bunu etmədi. Kəlbəcərə gedən yol Ağdərə ərazisindən keçir. Azərbaycana Basarkeçər-Ağdərə yolunun nəzarətə götürülməsi çox ciddi üstünlük qazandırır”.
Ekspert Azərbaycanda Rusiya üçün əhəmiyyətli olan üç strateji istiqamətdən də bəhs edib:
“Azərbaycanda Rusiya üçün əhəmiyyətli olan üç strateji istiqamət var. Bunlardan biri Gəncə dəhlizinə çıxmaq və onu kəsmək üçün Tərtər istiqamətidir, digəri Tovuz istiqamətidir, üçüncüsü isə Şuşadan keçməklə Cəbrayıl istiqamətidir. Cəbrayıldan Xudafərin nəqliyyat-kommunikasiya xətti İrana, oradan da Yaxın Şərqə keçir. Bu, Azərbaycan üçün böyük siyasətin tam mərkəzində, ortasında olmaq deməkdir. Diqqət yetirsək görərik ki, əslində İkinci Qarabağ müharibəsi 2020-ci ilin iyul ayında Tovuzdan başladı. Çünki Tovuz Gəncə dəhlizinin çıxışına ən yaxın məsafələrdən biridir. İkinci yaxın məsafə Tərtərdir.
Biz hər üç nöqtədə təxribatları gördük. İyulda Tovuza, sentyabrda Tərtərə hücum oldu. Nəticədə müharibə başladı və Azərbaycan çox unikal əməliyyat keçirərək Şuşanı işğaldan azad etdi. Sonra Şuşaya iki “İsgəndər” raketi atıldı. Bu fakt artıq sübut olunub və nəhayət biz bəhs etdiyimiz üç istiqamətdə Azərbaycan Ordusunun öz mövqelərini gücləndirdiyini görürük. Komandolar üçün Cəbrayıl istiqamətində yeni hərbi hissələrin, bazaların inşası təsadüfi deyil. Azərbaycan Şuşada, Kəlbəcər istiqamətində güclənir, Tovuz istiqamətində də yəqin ki, mövqelərimiz möhkəmləndirilir. Bütün sadaladığımız addımların atılması, qarşı tərəfin təhdid yarada biləcəyi strateji yollara, yüksəkliklərə nəzarət ərazi bütövlüyümüz üçün zərurətdir”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi ekspert: “Azərbaycan Ermənistanı üçtərəfli bəyanatın öhdəliklərinin icrasına məcbur edəcək”

    Hərbi ekspert: “Azərbaycan Ermənistanı üçtərəfli ...

    25-03-2022, 17:24

  • 
  • Ağcabədi qarışdı - Polis kəndi nəzarətə götürdü

    Ağcabədi qarışdı - Polis kəndi nəzarətə götürdü ...

    4-01-2014, 00:18

  • 
  • Putinin Azərbaycana ARAİK TƏZYİQİ... - NƏ BAŞ VERİR?

    Putinin Azərbaycana ARAİK TƏZYİQİ... - NƏ BAŞ ...

    19-04-2022, 11:36

  • 
  • İsrail əsgərləri 5 yaşındakı uşağı nəzarətə götürdü

    İsrail əsgərləri 5 yaşındakı uşağı nəzarətə ...

    12-07-2013, 02:27

  • 
  • Ordumuz bu əraziləri AZAD ETDİ - İrəvanın sirlərini açan erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR

    Ordumuz bu əraziləri AZAD ETDİ - İrəvanın ...

    27-09-2018, 15:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu