GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin Azərbaycana ARAİK TƏZYİQİ... - NƏ BAŞ VERİR?

Putinin Azərbaycana ARAİK TƏZYİQİ... - NƏ BAŞ VERİR?

Tarix: 19-04-2022, 11:36 Bölmə :Dünya Baxış: 235


"Rusiyanın sülhməramlıları bu fəaliyyətini davam etdikcə Azərbaycan ortaya məsələ qoymalıdır. Bu məsələ də, o olmalıdır ki, “Rusiya sülhməramlısı” adlandırılan hərbi kontingenti Qarabağdan çıxsın. Mən başqa seçim görmürəm”. 


Gundemxeber.Az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu separatçıların lideri Araik Arutunyanın son bəyanatını PİA.az-a şərh edərkən qeyd edib.
Şənbə günü separatçıların lideri Araik Arutunyan bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə birlikdə “Qarabağ”da yeni təhlükəsizlik sistemi formalaşdırılır. Separatçıların liderinin sözlərinə görə, “Arsax” müstəqil dövlət quruculuğu prosesini dayandırmadan öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi uğrunda mübarizəni davam etdirir.
Separatçıların bu kimi bəyanatlarını necə dəyərləndirmək olar və Rusiya sülhməramlılarının separatçılarla iş birliyi içində olaraq onların təhlükəsizlik sistemi formalaşdırması üçtərəfli bəyanatın və missiyanın mahiyyətinə nə qədər uyğundur?
Sülhməramlıların növbəti oyununu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.
Bu gün yeni təhlükəsizlik sisteminin formalaşdırılması kimi bəyanatın səsləndirilməsinin nə Araik Arutunyanın nəzarət etdiyi icmanın resursları ilə, nə də Ermənistanın dəstəyi ilə mümkün olmadığını düşünən siyasi-şərhçi fikrini bununla əsaslandırıb ki, Ermənistan rəhbərliyi ilə Qarabağ separatçıları arasında artıq kifayət qədər dərin uçurum görünür:
“Bu gün Qarabağın dağlıq hissəsində, istərsə sülhməramlılarının nəzarəti olan hissədə, istərsə də Ermənistanın özündə baş verənlər sinxron fəaliyyətdir. Yəni uzlaşdırılmış fəaliyyətdir və eyni mərkəzdən idarə olunur. Mərkəz də bu günkü gündə ən azı iki məqsəd güdür:

1. Azərbaycana qarşı təxribatlar törətmək;

2. Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq.

Şübhəsiz ki, əgər Dağlıq Qarabağ adlanan ərazidə və yaxud Qarabağın dağlıq hissəsində məskunlaşmış erməniləri təmsil etdiklərini deyən həmin o qondarma qurum, hansıkı, üçtərəfli bəyanatdan sonra onlar öz fəaliyyətlərini dayandırmalı idi, hətta orada yerli idarəetmə belə məntiqlə “Rusiya sülhməramlıları” deyilən hərbi kontingentə keçməli idi. Bütün proseslər göstərir ki, bunların hamısının arxasında “sülhməramlılar” durur. Əgər belə olmasaydı Araik Arutunyanın bu bəyanatına Rusiya tərəfi reaksiya verməli idi. Əvvəl Rusiya tərəfi bu cür addımlara qarşı hansısa reaksiya verirdi. Amma indi heç nə etmirlər.
Bu iş birliyi müəyyən qədər maskalanırdısa, indi açıq şəkildə göstərilir. Məqsəd də Azərbaycana təzyiq etməkdir. Məqsəd bu gün Azərbaycanı nələrdənsə, çəkindirməkdir. Onlar Azərbaycanı hansısa şərtləri qəbul etməyə şövq edirlər. Yəni bunların hamısı təzyiq vasitələridir. Amma biz bunun tək təzyiq vasitəsi olduğunu düşünməklə özümüzü aldatmamalıyıq. Çünki daha ciddi təhdidlər ola bilər.
Etiraf etməliyik ki, sülh yoxdur, amma atəşkəs var. Azərbaycan-Ermənistan sərhəddində hərbi qarşıdurmanın alovlandırılması, Ermənistanın, Azərbaycanın daxilində sabitliyin pozulması üçün əməliyyatların həyata keçirilməsinə görə Rusiyanın bütün resursları var. Buna görə də düşünürəm ki, onların hər bir qeyri-qanuni addımına Azərbaycan tərəfi adekvat reaksiya verməlidir. Bu reaksiya da effektiv olmalıdır.
Harada lazım olsa, orada diplomatik stildə cavab vermək, lazım olan halda siyasi bəyanatlarla, lazım olanda isə, hərbi kontingentlə cavab verməliyik. Bu gün yeni təhlükəsizlik sisteminin formalaşdırılması kimi, bəyanatın səsləndirilməsi nə Araik Arutunyanın nəzarət etdiyi icmanın resursları ilə, nə də Ermənistanın dəstəyi ilə mümkün deyil. Çünki Ermənistan rəhbərliyi ilə Qarabağ separatçıları arasında artıq kifayət qədər dərin uçurum görünür.
Bu Rusiyanın fəaliyyətdir. Azərbaycan tərəfi də artıq bunu nəzərə almalı və buna açıq, adekvat reaksiya verməlidir. Azərbaycan hər şeyi öz adı ilə səsləndirməlidir. Qalan bütün hallarda bu proses davam edəcək. Rusiyanın sülhməramlıları bu fəaliyyətini davam etdikcə, Azərbaycan ortaya məsələ qoymalıdır. Bu məsələ də, o olmalıdır ki, “Rusiya sülhməramlısı” adlandırılan hərbi kontingenti Qarabağdan çıxsın. Mən başqa seçim görmürəm”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Separatçıların lideri: "Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir"

    Separatçıların lideri: "Azərbaycan Ordusu ...

    29-10-2020, 21:14

  • 
  • Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb - Yeni təxribat PLANI

    Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam ...

    15-07-2020, 17:50

  • 
  • Separatçıların rəhbəri kilsənin ümidinə qalıb

    Separatçıların rəhbəri kilsənin ümidinə qalıb ...

    22-10-2020, 15:43

  • 
  • Araik Arutunyan barəsində cinayət işi açılıb

    Araik Arutunyan barəsində cinayət işi açılıb ...

    5-10-2020, 15:30

  • 
  • Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib

    Araik Arutunyan barəsində cinayət işi başlanıb və ...

    30-10-2020, 15:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu