GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Direktor müavini dedi ki, uşaqlar həmin narkotiki məktəbdə çəkirlər” - TƏFƏRRÜAT

“Direktor müavini dedi ki, uşaqlar həmin narkotiki məktəbdə çəkirlər” - TƏFƏRRÜAT

Tarix: 10-06-2022, 12:54 Bölmə :Cəmiyyət Baxış: 192

Bakı Ağır Cinayətlər Məhkəməsində bağ evinin həyətində narkotik bitkiləri əkib becərən şəxsə hökm oxunub. Gundemxeber.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Nizami Ağayev Fatmayıdakı bağ sahəsində xüsusi üsullarla çətənə kolları becərdiyi üçün Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən N.Ağayev bildirib ki, o, narkotik bitkiləri elmi araşdırmalar məqsədilə əkib: “Özümü elan edilmiş ittiham üzrə təqsirli bilmirəm, lakin ittiham aktında yazılanların hamısı düzdür. Belə ki, narkotik vasitəni elmi fəalliyyətlə məşğul olmaq üçün əkmişəm. Narkotik vasitənin tibbdə bir çox xəstəliklərin müalicəsində faydası misilsizdir. Buna misal olaraq şəkərli diabet, vərəm, xərçəng, dərialtı ləkələr kimi bir sıra xəstəlikləri göstərmək olar. Bundan əlavə, narkotik vasitə kulinariya sahəsində də geniş istifadə edilsə, insan orqanizmi üçün daha faydalı olar. Eləcə də müqəddəs kitab “Qurani-Kərim”də “şəfa otu” deyərkən məhz narkotik vasitə nəzərdə tutulur. Bu barədə çoxsaylı kitablarım çap olunub, eyni zamanda, onlar müxtəlif dillərə tərcümə edilib. Mənim gördüyüm işlər barədə hakimiyyət nümayəndələri xəbərdardırlar. Belə ki, onlar öz nümayəndələrini yanıma göndəriblər və aramızda danışıqlar gedib və onlar bu görüşlərin nəticəsi olaraq mənim düz danışdığımı bildiriblər. Uzun illər tədqiqat aparmış bir şəxs kimi onu deyə bilərəm ki, narkotik vasitənin toxumundan tutmuş, göyərib boy atmasına qədər insan fəlsəfəsinə bənzəyir”.

Araşdırmalar zamanı məlum olub ki, Nizami Ağayev 2015-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. O, həbsxanada olarkən həyat yoldaşına Fatmayıdakı bağ evini tərk etməsini və azadlığa çıxandan sonra orada tək yaşayacağını deyib.

Məhkəmədə şahid qismində çıxış edən N.Ağayevin həyat yoldaşı onun əkdiyi narkotik bitkilərin məktəbli uşaqlar arasında yayıldığını bildirib: “Hazırda restoranda xadimə işləyirəm. Nizamini 2010-ci ildən tanıyıram və 2013-cü ildə onunla rəsmi nikaha daxil olmuşam. Evləndikdən sonra Binəqədi rayonu Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evində yaşadıq. 2015-ci ildə Nizami həbs olundu. Biz uşaqlarla həmin bağ evində yaşayırdıq. Nizami cəzaçəkmə müəsissəsindən azad olunmamışdan əvvəl telefonla xəbər göndərdi ki, uşaqları da götürüb bağ evini boşaldım, çıxandan sonra özü orada tək qalacaq. 2020-ci il fevralında evi boşaldıb, uşaqları da götürüb bir müddət kirayədə, daha sonra isə anamgildə qalmağa başladım.

Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə onunla rəsmi şəkildə boşandım, Nizamiyə aliment də kəsildi. 2020-ci ilin mart ayında Nizami azadlığa çıxandan sonra Fatmayıdakı bağ evində tək qalmağa başladı. 22 sentyabr 2021-ci il tarixdə uşağı məktəbə apardıqda həmin ərazidə yaşayan valideynlər və ətrafda qalanlar mənə yaxınlaşaraq bildirdilər ki, Nizami “nəşəxorluq” edir, ağzında “nəşə” küçədə gəzir, bunu da uşaqlar görür. Daha sonra direktor müavini Aygün xanım məktəbli uşaqların Nizaminin həyətində əkdiyi narkotik otlardan gətirib çəkdiklərini bildirdi. Bundan sonra qızımla birgə bağ evinə getdim. Nizaminin saçı-saqqalı çox uzanmışdı. Daha sonra bağ tərəfə gedəndə orada uzun, yaşıl bitkilər gördüm. Hansı ki onları əvvəllər görməmişdim. Nizami həmin bitkilərə damcı halında su verirdi, qulluğunda dururdu. Nizamidən həmin bitkilərin nə olmasını soruşduqda “sənlik deyil, özüm üçün əkmişəm, heç kimə demə, özüm bilərəm, görürsən özünü görməməzliyə vur”, dedi. Həmin bitkilərin şəklini telefona çəkib internetdə onlar haqqında maraqlandıqda narkotik tərkibli bitki olduqlarını öyrəndim. Daha sonra növbəti dəfə Nizaminin yaşadığı evə gələndə onu yenə də pis vəziyyətdə gördüm. Buna görə də Daxili İşlər Nazirliyinin “102” xidmətinə və təcili tibbi yardıma zəng etdim. Ümumiyyətlə, Nizami dəfələrlə mənə zəng edib evə çağıraraq özünü doğramaqla hədələyib. Eyni zamanda, azyaşlı qızıma da zəng edib hədə-qorxu gələrək öldürməklə, yandırmaqla hədələyib”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2022-ci il tarixli hökmü ilə Nizami Ağayevə 5 il müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda narkotik yetişdirən polis mayoruna hökm oxundu

    Bakıda narkotik yetişdirən polis mayoruna hökm ...

    27-11-2017, 17:20

  • 
  • Həyətində narkotik əkib-becərən şəxs saxlanıldı

    Həyətində narkotik əkib-becərən şəxs saxlanıldı ...

    2-06-2018, 20:00

  • 
  • Qaxda narkotik bitkilər becərən ata, oğul və qızı tutuldu

    Qaxda narkotik bitkilər becərən ata, oğul və qızı ...

    29-06-2017, 15:33

  • 
  • Xəzər rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb -FOTO

    Xəzər rayonunda narkotik bitkilər əkib-becərən ...

    22-06-2020, 17:30

  • 
  • Salyanda narkotik tərkibli  bitkilər əkib-becərən şəxs saxlanılıb -FOTOLAR

    Salyanda narkotik tərkibli bitkilər əkib-becərən ...

    12-08-2020, 16:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu