Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ASC-nin İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib.
Bankdan bildirilib ki, Taleh Kazımov Mərkəzi Bankın sədri vəzifəsinə təyin edildiyindən, “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdır. “PAŞA Bank”ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə Bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev təyin edilmişdir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun tarixindən etibarən C.Quliyev “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, C. Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 23 fevral 2016-cı ildə isə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib. Xatırladaq ki, Cavid Quliyev 2022-ci il aprelin 12-dən etibarən “PAŞA Bank”ın İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edir.
Sorğu
Yeni dizaynımız necədir?