GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanın Zuckerberqi, yoxsa Təhsil Nazirliyin sevimlisi? – Ülvi Aslanovun “karyera kodu”...

Azərbaycanın Zuckerberqi, yoxsa Təhsil Nazirliyin sevimlisi? – Ülvi Aslanovun “karyera kodu”...

Tarix: 13-06-2022, 18:35 Bölmə :Cəmiyyət Baxış: 289

Bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi xüsusi rol oynamalıdır”. Prezident İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bu fikirlər özünü yenilikçi, novator, müasir hesab edən yeni kadrlar üçün mesaj kimi qiymətləndirilə bilər.

2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Ötən dörd il ərzində ölkəboyu həyata keçirilən instusional islahatlar, 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfər, vəzifəyə şəxsi status və qazanc mənbəyi kimi baxan məmurların yola salınması, idarəetməyə yeni nəfəs gətirilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılandı. Nəhayət dövlət satınalmaları zamanı ədalətsizliyin aradan qalxacağına, tenderlərin şəffaf keçiriləcəyinə, özəl sektorun tərəqqisinə, məmurlara arxalanan biznes subyektlərinin çökəcəyinə ciddi ümidlər yarandı.

Lakin nə qədər acı olsa da, bir çox sahələrdə vəziyyət olduğu kimi qaldı. Köhnələrin gedişi yalnız şəxslərin dəyişməsi şəklində özünü göstərdi ki, bu da öz növbəsində köhnə ənənələrin davam etməsinə şərait yaratdı. Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və digər qurumların fəaliyyəti ilə bağlı ortaya çıxan narazılıqlar, davamlı şikayətlər bunun bariz nümunəsidir.

Təhsil Nazirliyinin neqativ fəaliyyətindən bəhs edərkən bu qurumdan dəstək alan şirkətlərin fəaliyyəti də diqqətdən yayınmır. Nə qədər qəribə olsa da, nazirliyin dəstəyilə böyük layihələr həyata kçeirdiyini iddia edən şirkətlərin özündə ciddi problemlər mövcuddur. Belə qurumlardan biri də “Code Academy”dir.

2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” iddia edir ki, yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Təkbətək görüş əsasında karyera məsləhəti verdiyini, seminarlar təşkil etdiyini, şəxsi portfolio-nun təşkilinə dəstək olduğunu, CV-nin hazırlanma mərhələsində köməklik göstərdiyini, şirkətlər (rəhbərlər və HR mütəxəssisləri) ilə əlaqələr qurduğunu və bununla da fərdi inkişafa zəmin hazırladığını, İT biliklər verdiyini iddia edən şirkətin rəhbərinin özünün diplomu yoxdur. Ölkədə onminlərlə ali təhsilli gəncin işsiz qaldığı, karyera böhranı keçirdiyi bir dövrdə elementar universitet diplomu əldə edə bilməyən birinin sahib olduğu şirkətə Təhsil Nazirliyinin qucaq açması, əsas tərəfdaşlarından birinə çevrilməsi böyük və haqlı suallar doğurur. Doğrudanmı təhsil göstəriciləri Təhsil Nazirliyi üçün əhəmiyyət kəsb etmir? Yoxsa Aslanovun Nazirliyin imtina edə bilməyəcəyi fövqəladə xüsusiyyətləri var?

Hokm.az-a daxil olan məlumata görə, “Code Academy” təsisçisi və direktoru Ülvi Aslanovun universitet diplomu yoxdur. Halbuki onun rəhbəri olduğu təhsil şirkəti hər il yüzlərlə məzun hazırladığını iddia edir. Hər ay Təhsil Nazirliyindən yüzminlərlə qrant alır və nazirliyin xarici təhsil üzrə ekspertidir. İddialara görə, Aslanovun bu məharəti hələ gənc yaşlarından formalaşmağa başlayıb və birinci kursda oxuyan zaman (Sonradan təhsilini başa vura bilməyib) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində şöbə müdiri vəzifəsinə qədər yüksəlməyi bacarıb.

“Özündən aşağı səviyyədə oxuyan sinif və ya qrup yoldaşlarına qiymət ver, çünki bir gün onlar sənən rəhbərlik edəcəklər” fikrini Azərbaycanda əyani olaraq təsdiq edən, bu kəlamın qüdrətini artıran, təsdiq edən şəxslərdən biri də Ülvi Aslanovdur. Bu məqamda qeyd edək ki, dünyada ali təhsili olmayıb, uğur qazanan insanlar az olmayıb. Elə uzağa getməyək, biri elə Feysbukun yaradıcısı Mark Zuckerberq. Amma Ülvi Aslanovdan fərqli olaraq Mark Zuckerberq Amerikanın Təhsil Nazirliyindən dəstək alıb, ayaqda qalmırdı. Bizim Mark “Zuckerberqimiz” isə hansısa Əmrullayevin “daydaylığı” ilə özünə mövqe qazanmağı bacarıb. Özü də başqalarının haqqına girmək və inzibati resurslar hesabına…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…/Hokm.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident daha bir generalı işdən çıxardı - Müdafiə Nazirliyində kadr dəyişikliyi

    Prezident daha bir generalı işdən çıxardı - ...

    17-08-2015, 21:57

  • 
  • Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı

    Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı ...

    23-10-2013, 16:42

  • 
  • Özünü doğrultmayan kadrlar... - Səfər Mehdiyevin adı birinci yerdədir...

    Özünü doğrultmayan kadrlar... - Səfər Mehdiyevin ...

    24-08-2018, 14:37

  • 
  • Prezident bu nazirləri işdən çıxaracaq - Deputat anons verdi

    Prezident bu nazirləri işdən çıxaracaq - Deputat ...

    19-02-2017, 23:54

  • 
  • Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis təyin olundu

    Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis ...

    30-01-2014, 16:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu