GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Maşınla dənizə girib, istirahətə gələnlərə təhlükə yaratmaq “trend” olub? - Yol polisi HƏRƏKƏTƏ KEÇDİ

Maşınla dənizə girib, istirahətə gələnlərə təhlükə yaratmaq “trend” olub? - Yol polisi HƏRƏKƏTƏ KEÇDİ

Tarix: 17-06-2022, 16:19 Bölmə :Cəmiyyət Baxış: 143

Yay mövsümü gəldisə, əhali gününün böyük hissəsini çimərliklərdə keçirir. Məsələnin digər tərəfi isə dənizə istirahət üçün gələnlərlə yanaşı, avtoxuliqanlıq etmək, ictimai asayişi pozmaq niyyəti ilə gələnlərin də olmasıdır.

Hətta zaman-zaman maşını dənizin içinə sürənlərə də rast gəlirik. Yəqin avtomobilyuma məntəqələri qiymətləri qaldırıb... Yoxsa bir neçə dəqiqəlik göstəriş xətrinə niyə avtomobilini duzlu suya salıb özünə ziyan vurasan? Bu, məsələnin başqa tərəfidir. Qayıdaq mövzumuza...

Çimərlik mövsümü hələ yeni başlayıb, lakin artıq əhali bu məsələ ilə bağlı sosial şəbəkələrdə kifayət qədər şikayət paylaşır. Əslində bu məsələyə yetəri qədər ictimai qınaq da var, lakin problem öz həllini tapmır ki, tapmır. 

Hətta bu kimi davranışlara yol verən, çimərlik yaxınlığında avtomobili sürətlə idarə edərək əhaliyə, xüsusilə də uşaqlara və yaşlılara təhlükə yaradan şəxslər barəsində kifayət qədər cəza tədbirləri də həyata keçirilib. 

Məsələ barədə Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, bununla bağlı müxtəlif zamanlarda dəfələrlə sürücülərə müraciət edilib:

“Çimərlik nəqliyyat vasitələri ilə şou göstərmək yeri deyil. İyunun 15-dən rəsmi olaraq çimərlik mövsümü açılıb. Artıq iki gün keçməsinə baxmayaraq əhali bu problemdən kifayət qədər bizə narazılıq edir. Ətrafda azyaşlı uşaqlar, istirahətə gələn ailələr, gənc və yeniyetmələr var. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri onların həyatı üçün ciddi təhlükə yarada bilər. Sözügedən davranışlara yol verən şəxslərin hərəkətləri çimərlikdə istirahət edənlər tərəfindən xoş qarşılanmayıb”.

A.Əsgərli çimərlikdə spirtli içki qəbul edilməsi ilə bağlı məsələyə də münasibət bildirib.

“Çimərlik ətrafında və ya daxilində iaşə obyektlərində alkoqollu içkilər satılır ki, bunu hamımız bilirik. Amma bu, o demək deyil ki, spirtli içki qəbul etdikdən sonra dənizə girmək lazımdır. Bu cür riskli addımlar atmaq yolverilməzdir.

Çünki spirtli içki qəbul etdikdən sonra dənizə girmək, ən təhlükəlisi isə sükan arxasına keçmək qəti qadağandır. Bu əvvəlcə həmin şəxslərin, daha sonra isə ətrafdakı insanların təhlükəsizliyi baxımından hər kəsi ciddi şəkildə narahat edir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə dəniz kənarında və ya çimərlik ərazisində avtomobil ilə qanunsuz hərəkətlərə yol verən, ictimai asayişi pozan 100-ə yaxın şəxs barəsində qanun çərçivəsində protokol tərtib edilib. Bir neçə şəxs barəsində isə işin hallarına görə toplanmış materiallar aidiyyəti üzrə məhkəmələrə göndərilib. Alkoqollu içkinin təsiri altında sükan arxasına keçən 10-larla şəxs isə müvafiq qaydada məsuliyyətə cəlb edilib”.

Polis mayoru sonda qeyd olunan halların baş verməməsi üçün, xüsusilə yay mövsümü boyunca polis əməkdaşlarının dənizkənarı yollarda vəziyyəti ciddi nəzarətə götürməklə gücləndirilmiş iş rejimində xidmət aparacaqlarını da qeyd edib.

Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhlükəli çimərliklərin - Adları

    Təhlükəli çimərliklərin - Adları ...

    11-07-2017, 14:48

  • 
  • Bu çimərlik yalnız qadınlar üçündür

    Bu çimərlik yalnız qadınlar üçündür ...

    6-07-2013, 01:01

  • 
  • 2 yaşa qədər uşaqları dənizə salmayın - PEDİATRDAN XƏBƏRDARLIQ

    2 yaşa qədər uşaqları dənizə salmayın - ...

    4-07-2017, 11:06

  • 
  • Darvazanı aç, Xəzərə keç - dənizin hasar problemi həll edilmir

    Darvazanı aç, Xəzərə keç - dənizin hasar problemi ...

    21-05-2019, 11:40

  • 
  • Avtoxuliqanlıq edən Elçin Əhmədova 20 gün həbs verildi - FOTO

    Avtoxuliqanlıq edən Elçin Əhmədova 20 gün həbs ...

    17-10-2018, 14:39


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (155)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu