GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq nazirdən MTN polkovnikinə CAVAB - "Bağımda axtarış aparanda vicdan əzabı çəkdiyini deyirdi..."

Sabiq nazirdən MTN polkovnikinə CAVAB - "Bağımda axtarış aparanda vicdan əzabı çəkdiyini deyirdi..."

Tarix: 19-06-2022, 11:40 Bölmə :Cəmiyyət Baxış: 234

Gundemxeber.az xəbər verir ki, hazırda “MTN İşi” çərçivəsində məhkəmə qarşısına çıxarılan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovun Gununsesi.info-ya müsahibəsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Belə ki, günahsız olduğunu vurğulayan Sahib Ələkbərov MTN-də vicdanla, qanunla çalışdığını bəyan edərək, buna nümunə kimi sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin həsb edilərkən, mənzilində apardığı axtarışı göstərib: “Nicat Quliyevdən soruş gör, onun evində axtarış aparmışam. Bunu necə vicdanla, qanuni eləmişəm”.

Xatırladaq ki, sabiq nazir Nicat Quliyev də MTN tərəfindən açıq-aşkar şərlənərək, 3 il həbsə məhkum olunub.

Nicat Quliyevə “sırınan” eyni silahlarla şərlənən baş redaktorumuz Pərviz Həşimli ondan Sahib Ələkbərovun dediklərini soruşub.

Hazırda Türkiyədə yaşayan sabiq nazirin MTN polkovnikinin dediklərinə münasibəti belə olub:

“Bilirsiiniz, Pərviz, bizim şərlənməyimizi aidiyyatı adamlar çox yaxşı bilir, hər kəsə hər şey yaxşı məlumdur. Açığı mən bu olub-bitənləri xatırlamaq istəyində deyiləm. Mənim üçün keçmiş keçmişdə qaldı. Lakin, bildirdiyiniz kimi, Sizdən soruşmaq istənilibsə mən də bu xahişi diqqətsiz qoymağı doğru saymıram. Dərc edib etməmək isə Sizin tərcihiniz olsun.

Sabiq nazirdən MTN polkovnikinə CAVAB

Sahib Ələkbərovla əlaqədar deyə bilərəm ki, o məndə vicdanlı adam təəsuratı yarada bilmişdi. Bu müşahidəmi təsdiq etmək üçün onun mənimlə etdiyi bir söhbətdən bəhs etmək zərurəti vardır. Qeyd edim ki, bu söhbətin mütəşəbbisi və onunla tanış olmağım üçün şəraiti də MTN-in istintaq idarəsində elə Sahib Ələkbərovun özü yaratmışdı. İkimizin söhbəti zamanı bağ evimdə “axtarışa” rəhbərlik etdiyini mən ondan öyrəndim və söhbət zamanı o, xususi olaraq vicdanlı adam olduğunu vurğulamışdı. Bu keyfiyyətinin təsdiqi olaraq da mənə qarşı olanlarla heç cür razılaşmadığını, vicdan əzabı çəkdiyini, lakin əmrə tabe şəxs olduğu üçün məcburiyyət qarşısında qalaraq “axtarışda” iştirak etdiyini bildirmişdi. Bir də “axtarış protokolunu” şübhə altına alacak bir sıra məqamları protokola daxil etdiyini də bölüşdü mənimlə. Bilirsiniz, vicdan əzabı çəkmək və bunu açıq etiraf etmək hər adamın “dişinə görə” deyil. Bu baxımdan, düşünürəm ki, onun vicdanlı adam olduğunu söyləmək mümkündür.

Eyni zamanda Sahib Ələkbərov savad və təhsil sahibi olduğu təsirini də bağışlayırdı. Bağ evimə gecəyarısı quldurcasına basqın ediləndə Sahib Ələkbərov, özünün də Sizə bildirdiyi kimi, faktiki olaraq mütəşəkkil dəstənin tərkibində evdə “axtarış” aparıldığını sənədləşdirmək vəzifəsini icra edib. O, olmayan silahların protokolunu tərtib etməklə böhtanın və şərin bir parçası olduğunu, saxtakarlığın, qayırma işin iştirakçısı olduğunu, hesab edirəm ki, özü çox yaxşı bilir, dərk edir.

Bir də ki, mənə iman sahibi olduğunu da söyləmişdi. Odur ki, dillərdə dolaşan kəlamı da, o, şübhəsiz, yaxşı bilir: doğrunu söyləməkdən qaçan dilsiz şeytandır.

Nə demək olar… Vicdanlı və mərd adam olduğunu insanların, geniş ictimaiyyətin də bilməsini arzu edirsə bu onun öz əlindədir”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Quliyev “zon”a köçürülür - SABİQ MTN GENERALI BARƏDƏ HÖKM QANUNİ QÜVVƏYƏ MİNDİ

    Elçin Quliyev “zon”a köçürülür - SABİQ MTN ...

    25-04-2018, 15:56

  • 
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53

  • 
  • MTN polkovnikinin həbs müddəti uzadıldı

    MTN polkovnikinin həbs müddəti uzadıldı ...

    10-02-2016, 18:45

  • 
  • Nicat Quliyevin istintaq müddəti uzadıla bilər

    Nicat Quliyevin istintaq müddəti uzadıla bilər ...

    25-11-2013, 13:11

  • 
  • ​Həbsdə olan MTN polkovnikinin məhkəməsi TƏXIRƏ DÜŞDÜ

    ​Həbsdə olan MTN polkovnikinin məhkəməsi TƏXIRƏ ...

    15-02-2018, 23:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu