GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Səhiyyə Nazirliyi “AZAL”-a qazanc yeri açır - Görünəni budur...

Səhiyyə Nazirliyi “AZAL”-a qazanc yeri açır - Görünəni budur...

Tarix: 19-06-2022, 16:17 Bölmə :Cəmiyyət Baxış: 304

“Yüksək hərarət, baş ağrısı, şişlik və zəiflik bu xəstəliyin ilkin əlamətləridir. Artıq dünyada sürətlə yayılan meymunçiçəyinə qonşu ölkələrdə də rast gəlinməyə başlanılıb. Belə olan halda isə təhlükənin qaçılmaz olduğu ortaya çıxır”.

Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova "Xəzər Xəbər"ə bildirib ki, ümumiyyətlə, koronavirusdakı kimi əgər xəstəlik kütləvi hal alarsa, xaricdən gələn hər bir şəxsin karantinə alınması məsələsi də gündəmə gələ bilər.
Onun sözlərinə görə, ümumiyyətlə, yaxşı olar ki, hər bir şəxs öz sağlamlığını düşünərək fərdi qorunma metodlarından istifadə etsin.
Ekspert əlavə edib ki, belə olan halda qonşu ölkələrlə quru sərhədlərin açılmasından söhbət belə gedə bilməz.
Qeyd edək ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus “Dünyada COVID-19-a yoluxma sayı kəskin azalıb. Pandemiya geridə qalmaq üzrədir”, - deyib.
Azərbaycanda COVID-a yoluxma sayında kəskin azalma müşahidə olunur. Azərbaycanda gündəlik yoluxma sayı minimuma enib. Milyonlara insan peyvənd olunub, yüz minlərləsi isə koronavirusdan sağalıb. Bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 748 min 483-dür. Ötən gün Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Onu da vurğulayaq ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb. Ölkədə pandemiya ilə bağlı qadağalar ləğv edilsə də, bəzi məhdudiyətlər qalır. Məsələn, hələ də iri ticarət mərkəzlərində COVID-19-a qarşı 3-cü doza peyvəndi təsdiqləyən sənəd tələb edilir. Bəzi məkanlarda da bu pasportun tələbi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Eləcə də penitensiar müəssisələrə hələ də PCR testlə giriş qaydası qüvvədədir. Bu isə onunla əlaqələndirilir ki, sözügedən tələb infeksiyanın yayılma riskinin azaldılması məqsədilə ləğv edilməyib.
Qeyd edək ki, Penitensiar müəssisələrdə PCR test tələbi Nazirlər Kabinetinin yox, Ədliyyə Nazirliyinin daxili qaydada tətbiq etdiyi məhdudiyyətdir. Aprelin 15-dən etibarən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testin neqativ nəticəsini təqdim etmək tələbi ləğv olunub. COVID-19-la bağlı hazırda qüvvədə olan qadağaya uyğun olaraq sahə həkimləri ərazi üzrə evlərdə ailələrə xidmət göstərə bilmirlər. Beləliklə, bu gün pandemiya ilə bağlı ökəmizdə hələ də məhdudiyyətlər var.
Amma təbii ki, ən böyük qadağa hələ də quru sərhədlərin bağlı olmasıdır ki, aylardır ciddi müzakirə v etirazlar yaradıb.
COVID-19 əsas gətirilərək quru sərhədləri açılmır. Son günlər isə meymunçiçəyi ilə bağlı məlumatlar yayılsa da, ölkəmizdə hələ ki, müşahidə edilməyib. Qonşu ölkələrdən isə Gürcüstanda bir neçə gün öncə ilk dəfə meymunçiçəyinə yoluxma təsdiqlənib. Türkiyə və Rusiyada bununla bağlı təsdiqlənmiş fakt yoxdur. Belə olan təqdirdə nazirliyin ekspertinin meymunçiçəyi ilə bağlı qadağaya köklənmuş xəbərdarlığı təəccüb doğurur.

Hələ də COVID-19-un təsirindən xilas olmayan vətəndaşlara növbəti gərginliyi yaşatmağa nə ehtiyac var?

Zatən xəstəlik Azərbaycanda qeydə alınarsa, qərar veriləcək və hökumət yəqin ki, bu məsələdə yubanmayacaq. Belə olan halda indidən əhalini növbəti qadağalara “hazırlamaq” siyasətinin arxasında nə dayanır? Bəlkə nazirliyin ekspertinin bütöv bir açıqlaması “Quru sərhədin açılmasından söhbət belə gedə bilməz” vurğusudur? Quru sərhədlərin qapalı qalmasının “AZAL”-ın cibini doldurduğu bir zamanda Səhiyyə Nazirliyinin buna öz dəstəyini belə açıqlamalarla verməsi də gözlənilən idi.../Cebhe.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxanların sayının 5 milyona çatacağını deyir

    Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa ...

    21-05-2020, 16:35

  • 
  • ÜST: Dünyada yoluxma sayında rekord qeydə alındı

    ÜST: Dünyada yoluxma sayında rekord qeydə alındı ...

    14-09-2020, 11:30

  • 
  • ÜST-ün Baş direktoru "Twitter" hesabından Azərbaycan Prezidentinə təşəkkür edib

    ÜST-ün Baş direktoru "Twitter" ...

    7-04-2021, 12:47

  • 
  • ÜST koronavirusu pandemiya elan etdi

    ÜST koronavirusu pandemiya elan etdi ...

    12-03-2020, 10:15

  • 
  • Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü

    Dünyada koronavirusa yoluxanların sayı 180 milyon ...

    29-06-2021, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu