Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə günü bir çox zəngin ölkənin təcriddən çıxmağa başladığı bir vaxt yoxsul ölkələrdə yeni koronavirus hallarının artmasından narahatlığını ifadə edib.
Qlobal səhiyyə orqanı son 24 saat ərzində koronavirusa 106 min yeni yoluxma halının qeydə alındığını deyib.
"Bu pandemiya ilə bizim yolumuz hələ çox uzundur. Aşağı və orta gəlirli ölkələrdə yoluxma halların artmasından çox narahatıq" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının rəhbəri Mayk Rayan isə "tezliklə faciəvi 5 milyon yoluxma mərhələsinə çatacağıq" deyib.
ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını virusun yayılması ilə bağlı səriştəsizlikdə və virusun keçən ilin sonlarında ortaya çıxdığı güman edilən Çinə üstünlük verməkdə ittiham edir.
Bu həftə Tramp Ümumdünya Səhiyyə Təşkilatından çıxacağı və maliyyəni ləğv edəcəyi ilə təhdid edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?