GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xankəndidə festival hazırlığı: Ermənilərin “dərs”ini elə onlara göz yuman sülhməramlılar verməli olacaqlar

Xankəndidə festival hazırlığı: Ermənilərin “dərs”ini elə onlara göz yuman sülhməramlılar verməli olacaqlar

Tarix: 22-06-2022, 11:15 Bölmə :Cəmiyyət Baxış: 126

Azərbaycanın Qarabağ bölgəsində - Rusiya sülhməramlılarının müvəqqəti xidmət apardıqları ərazilərdə yaşayan ermənilər növbəti dəfə özbaşınalığa cəhd edirlər.

Sosial şəbəkənin Ermənistan seqmentində yayılmış elanda Xankəndidə festival hazırlığından xəbər verilir. “Sunrise Festival” təşkilatçılarının Livan və Rusiyadan Qarabağa köçmüş ermənilər Şuşan Keşişyan və Lilit Akopyan olduqları bildirilir. Onlar iyunun 24-dən iyulun 3-nə qədər Xankəndidə sərgi, konsertlər, film nümayişləri və s. təşkil etmək fikrinə düşüblər. Üstəlik, burada erməni diasporunun nümayəndələrinin iştirak edəcəkləri də qeyd olunur.


Ermənilərin özbaşınalığını hələlik bir kənara qoyaq, keçək bunu doğuran səbəblərə...

İlk növbədə burada Rusiya sülhməramlılarının fəaliyyətindəki nöqsanları vurğulamaq lazımdır. Hər halda onlar hansı dövlətin ərazisində xidmət apardıqlarını yaxşı bilirlər. Onu da bilirlər ki, Azərbaycan ərazisində dövlətimizin icazəsi olmadan hər-hansı bir tədbirin keçirilməsi heç bir prinsipə sığmır. Belə olan halda isə sülhməramlıların bu cür laqeyd davranışı növbəti dəfə onların qeyri-peşəkarlığı və yarıtmaz fəaliyyəti ilə birbaşa əlaqələndirilə bilər.

Xidmətlərində analoji qaydada onlarla qalmaqalla yadda qalan Rusiya sülhməramlıları missiyaları kimi özlərinin də bu ərazilərdə müvəqqəti olduqlarını unutmamalıdırlar. Çünki vəzifəsi, əslində, sülhə töhfə vermək olan bu kontingent öz yarıtmaz fəaliyyəti ilə hələ də təxribatlarından əl çəkməyən ermənilərin dəyirmanına su tökür. Ermənilər isə bu vəziyyətdən hər zaman istifadə etməyə çalışırlar... Odur ki, buradan daha bir səbəbi ortaya çıxarmış oluruq.

Bu, ermənilərin arasında dinc həyatı deyil, təxribat və xaosu istəyən separatçı qüvvələrin destruktiv fəaliyyətidir. Ermənilər bu cür təxribatlara yol verməklə Azərbaycan tərəfinin sinir ucları ilə oynamağa cəhd edirlər.  Ümumiyyətlə, bu cür qüvvələrin fəaliyyəti birmənalı olaraq regionda süni gərginlik yaranmasına hesablanıb.

Regionun əsas hərbi-siyasi gücü olan Azərbaycan isə istənilən prosesləri diqqətlə izləyir və adekvat tədbirlər görür. Yaxın keçmişdə Laçın dəhlizindən geri qaytarılan erməni maşınları kimi nümunələri xatırlamaq kifayətdir.

44 günlük müharibədə döyüş meydanında tarixi Zəfər çalan Azərbaycan dövləti postmünaqişə dövründə sülh üçün səylərini əsirgəmir. Azərbaycan şərtləri diktə edən tərəf olsa da, dövlətimiz beynəlxalq hüququn prinsiplərinə daim hörmətlə yanaşır, müəyyən məsələlərdə humanizm mövqeyindən çıxış edir. Bu həm də Azərbaycanın qlobal arenadakı etibarlı tərəfdaş imicini möhkəmləndirir. Təbii ki, hər bir proses özünəməxsus çərçivələr daxilində icra olunur.

Bu o deməkdir ki, Qarabağda yaşayan ermənilərin birbaşa və ya kimlərinsə əli ilə təxribata əl atmaq cəhdləri, özbaşınalıq fikrinə düşmələri Bakının diqqətindən kənar qalmır. Azərbaycan istənilən məqamda ermənilərə daha bir qulaqburması verməyə qadirdir. Üstəlik, bu zaman öz yarıtmaz fəaliyyətləri ilə ermənilərə “yaşıl işıq” yandıran sülhməramlılar özləri erməni maşınlarını gəldikləri istiqamətdə geri göndərməli olacaqlar. Necə deyərlər, Bakı heç öz əlini bu işə bulamadan təxribatçıları növbəti dəfə cəzalandıra bilər.

Əgər ermənilər israrla harada olduqlarını, söz sahibinin kim olduğunu anlamaq istəmirlərsə, bunu izah etmək, növbəti dəfə xatırlatmaq Azərbaycan üçün olduqca sadə bir prosesdir.

Bir halda ki erməni diasporunun hansısa nümayəndələri İrəvandan avtobusa minib Qarabağa gəlmək, Qarabağdakı ermənilər də həmin “qonaqlar” üçün icazəsiz “festival” təşkil etmək fikrinə düşürlər, o zaman məsələyə adekvat cavabın veriləcəyini gözləmək olar. O zaman Xankəndidə günün doğuşunu izləmək istəyən diaspor ermənisi bu arzusunu yenə də reallaşdıra bilər. Ancaq dəhlizin girişində, əlinə teleskop alıb baxmaqla... Əgər separatçı və təxribatçı ünsürlər özbaşına olduqlarını düşünürlərsə, onlara öz yerlərini göstərəcək qüdrət hər zaman Azərbaycan dövlətində var. Həmin qüdrət Azərbaycan torpaqlarında heç kimin Bakının iradəsinə zidd davranmasına imkan verməyəcək!

Orxan Tağıyev



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ermənilər Xankəndidə bakılı nankora heykəl qoyur

    Ermənilər Xankəndidə bakılı nankora heykəl qoyur ...

    28-06-2018, 12:52

  • 
  • Xankəndidə aclıq başladı

    Xankəndidə aclıq başladı ...

    5-10-2020, 10:56

  • 
  •  “Paşinyan, Azərbaycan əsgəri Xankəndidə alış-veriş edir, xəbərin var?” - Erməni “müşavir”

     “Paşinyan, Azərbaycan əsgəri Xankəndidə ...

    4-12-2020, 13:21

  • 
  • Ermənilərə cangüdənlik edən sülhməramlılar... - Azərbaycanlıları Xankəndiyə niyə aparmır?

    Ermənilərə cangüdənlik edən sülhməramlılar... - ...

    30-03-2021, 14:22

  • 
  • “Rüstəm Muradovdan izahat almalıyıq” – Generalın son açıqlamasına SƏRT ETİRAZ

    “Rüstəm Muradovdan izahat almalıyıq” – Generalın ...

    9-02-2021, 08:42


Təqvim

«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

May 2023 (566)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu