GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qarabağda sülhməramlıların təxminən 40 faizi qalıb...” - NƏ BAŞ VERİR?

“Qarabağda sülhməramlıların təxminən 40 faizi qalıb...” - NƏ BAŞ VERİR?

Tarix: 21-06-2022, 17:24 Bölmə :Cəmiyyət / Müsahibə Baxış: 930


Rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsi bağlamaqdan, münasibətlərin qaydaya salınmasından, regionda ticarət əlaqələrinin qurulması üçün əsasların yaradılmasından yayınmaqda davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin də son çıxışı zamanı Ermənistana açıq xəbərdarlıq etməsi, status məsələsinin heç vaxt müzakirə edilməyəcəyini bildirməsi, Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri gündəmə gətirməsi İrəvana açıq mesaj sayıla bilər. Bakı İrəvandan danışıqları ləngitməməyi tələb edir.

Ermənistan tərəfi isə status-kvonun indiki kimi qalması üçün əlindən gələni edir. Gundemxeber.az xəbər verir ki, “AzPolitika.info” bununla bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri, analitik Mehman Əliyevin fikirlərini öyrənib. Onuna müsahibəni təqdim edirik:

- Mehman bəy, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqdan yayınır. Qarabağla bağlı məlum iddiaların davam etdirilməsi sülhün əldə olunmasına əsas maneədir. Bu baxımdan siz indi mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Qarabağ müharibəsi oldu, biz qalib gəldik. Amma məsələ tam bitməyib. Son mərhələ sülh sazişidir. Ermənistan rəsmən qəbul etməlidir ki, məsələ həll edilib, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Bu baxmdan proses tamamlanmalıdır. Mən hesab edirəm ki, hələlik proses normal gedir.

- Amma Azərbaycan Prezidenti İlham Əliyevin IX Bakı Qlobal Forumunda çıxışı və İrəvana xəbərdarlıq etməsi göstərir ki, Ermənistan tərəfi açıq-aşkar prosesi pozur...

- Mən deməzdim ki, onlar prosesi pozurlar. Fikrimcə, bu imkanları yoxdur. Xatırlayırsınızsa, müharibə bitəndən sonra İrəvanda bəzi qüvvələr bəyan edirdi ki, biz müharibəni davam etdirəcəyik. Yəni revanş məsələləsi onlarda əvvəldən var. Elə Qarabağda qalan ermənilərin statusu mövzusu da əvvəldən ermənilər tərəfindən səsləndirilib. İrəvan çalışır ki, status məsələsini önə çıxarsın və beləcə prosesi pozsun. Amma bu mövqe demək olar ki, heç kəs tərəfindən qəbul edilmir. Beynəlxalq oyunçular - ABŞ, Avropa Birliyi və Rusiya belə bir müzakirə aparmaq niyyətində deyil. Əslində bu məsələ ilə Minsk Qrupu məşğul olurdu. Amma Ukrayna savaşından sonra Minsk Qrupu fəaliyyət göstərə bilməz. Çünki artıq həmsədrlər qarşı tərəfdirlər və burada vasitəçi rolunu çətin oynaya bilərlər.

Əslində belə istəkləri də yoxdur. Ona görə də, “yumşaq güc” amilinə söykənərək Ermənistana təsir edirlər ki, kommunikasiyalar açılsın, sərhədlər məyyənləşdirilsin. Bunlar əsas və vacib məsələlərdir, sülh sazişi də bunan sonra olacaq. O ki qaldı status məsələsinə, ehtimal edirəm ki, Qarabağda yaşayan ermənilərə hansısa formada təhlükəsizlik qarantiyası veriləcək. Amma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Başqa variant da yoxdur. Niyə? Çünki bunun üçün şərait də yoxdur. Əgər beynəlxalq vasitəçilər tərəfindən belə istək olsaydı, onlar məsələni ortaya qoyar, birgə məsləhətləşmələr edərdirlər. Həm fərdi, həm də birgə formada. Odur ki, status məsələsi gündəmdə yoxdur.

- Dediklərinizdən belə məlum olur ki, tərəflərin mövqeləri bir-birindən fəqlənir. Ermənistan ilk olaraq status məsələsinin həllinə çalışır, beynəlxalq oyuncular və rəsmi Bakı isə fəqli mövqedədirlər...

- Bəli, erməni tərəfi deyir ki, ilk olaraq status müəyyən edilsin, bunun ardınca kommunikasiyaların açılması və sərhədlərin müəyyən olunmasına gedilsin. Beynəlxalq vasitəçilər isə deyir ki, kommunikasiyalar açılsın, sərhədlər müəyyənləşsin və status məsələsinə də baxıla bilər. Yəni status məsələsi beynəlxalq gündəm deyil, bizim üçün də öndə deyil. Biz bu məsələni müzakirə etmək niyyətində deyilik. Bütövlükdə baxdıqda bizim mövqeyimiz beynəlxalq vasitəçilərin mövqeyinə yaxındır və üst-üstə düşür. Bu səbəbdən də, son vaxtlar Ermənistana təzyiqlər olurdu ki, kommunikasiyaların açılması və sərhədlərin müəyyən edilməsi istiqamətində işlərə başlanılsın. Mən, deyərdim ki, artıq bu işlərə başlanılıb da. Məsələn, komissiyalar yaradılıb, görüşlər keçirilib və bu proses davam edəcək. Eyni zamanda dəhlizin açılması üçün də hazırlıqlar gedir. Əslində bizim tərəfimizdən iki istiqamətdə iş aparılır. Birinci iş Laçın dəhlizinə alternativ yolun çəkilməsidir. Bu yol haradasa payızda hazır olacaq. Zəngəzur dəhlizi istiqamətində isə hər iki tərəf işlər görür. Daha doğrusu, biz işləri yekunlaşdırırıq. İndi Ermənistan buna başlamalıdır. Bu da qaçılmazdır və Ermənistan bunu edəcək. Sərhədlərin müəyyənləşdirilməsi üçün isə komissiyalar qurulub və bu da bir vacib istiqamətdir. Amma bütün bunlara rəğmən ermənilər çalışacaq ki, maksimum işləri uzatsınlar, ləngitsinlər.

- Niyə?

- Onların fikrincə, bəlkə nəsə dəyişə, dünyada gedən proseslər, beynəlxalq konyuktura fərqli ola bilər. Bu da sadəcə ümiddir. Məsələn, ermənilər Ukrayna müharibəsindən dərhal istifadə edərək Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa çalışdılar. Burada təkcə Ermənistanın özü deyil, Rusiyada yaşayan ermənilər, o cümlədən Simonyan kimilər canfəşanlıq etdilər. Amma bu da işləmədi. Kremli dedi ki, Ukrayna məsələlərinin Azərbaycan-Rusiya münasibətlərinə aidiyyəti yoxdur. Necə ki, Qazaxıstanla bağlı belə oldu. Prezident Tokayev Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etdi və açıq bildirdi ki, biz Abxaziyanı, Osetiyanı, Kosovanı tanımırıq, Donetsk və Luqanski separatçılarını da tanımayacağıq. Dedİ ki, biz ərazi bütövlüyünü müdafiə edirik. Qazaxıstan bunu Rusiyanın mərkəzində bəyan etdi. Hesab edirəm ki, belə münasibət Kremli tərəfindən qəbul olunur.

- Hazırda Ukrayna mövzusunda Avropa Birliyi ilə Rusiya arasında çox gərgin münasibətlər mövcuddur. Bu halda tərəflərin Azərbaycan-Ermənistan əlaqələrinin bərpasında mövqeləri nə dərəcə uyğunluq təşkil edə bilər?

- İş ondadır ki, bu müharibə bir tərəfdən də Ukraynanı sürətli formada Avropaya qovuşdurur. İndi Ukraynanın Avropa Birliyinə namizədlik məsələsi qoyulur. Heç Ukrayna buna hazır deyil və faktiki fors-mojor vəziyyətdir. İndi Ukraynanın hərbi strukturu NATO standartlarına uyğunlaşdırılır, silahlar, idarəetmə, taktika yenisi ilə əvəz olunur. Faktiki NATO Ukraynadadır və iş sürətlə gedir. Diqqət edəndə görürük ki, Rusiya Ukraynanın Avropaya doğru irəliləməsinə təkan verdi. Son 3 ayda gedən proses normalda 30 il ərzində gedə bilərdi. Bu baxımdan bizim müşahidə etdiyimiz proseslə paralel olaraq pərdə arxasında böyük oyunlar gedir. Biz nəticəyə baxanda istiqamətin Qərbin xeyrinə olduğunu görürük. Sözsüz ki, Rusiyanın da xeyrinə nələrsə olacaq. Çünki post-müharibə dövründə Rusiyada böyük dəyişikliklər baş verəcək və Qərb bu prosesdə aktiv iştirak edəcək.

Qarabağ məsələsinə gəldikdə, burada da maraqlar üst-üstə düşür. Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri var. İş də aparılır. Elə ABŞ-la da münasibətləri var. ABŞ rəsmilərinin Bakıya sonuncu səfərləri, yüksək səviyyədə danışıqların aparılması göstərir ki, Azərbaycanın aktivliyi və güclənməsində maraqlıdırlar. Üstəlik, bu gün Azərbaycan regionda daha vacib rol oynayır. Bizdən sonra Gürcüstan var. Ermənistanın isə ümumiyyətlə harada olduğu bilinmir.

- Laçın dəhlizinə çəkilən alternativ yolun istifadəyə verilməsi öncəsi İrəvandan fərqli fikirlər eşidirik. Bəzi siyasətçilər bu yoldan istifadə etməyəcəklərini, Laçının nəzarətimizə keçməsinə imkan verməyəcəklərini qeyd edirlər. Sizin gözləntiniz necədir?

- Sözsüz ki, Laçın tam olaraq Azərbaycanın nəzarətinə keçəcək. Bunun qarşısını almaq üçün onların nə siyasi, nə iqtisadi, nə də hərbi resursları yoxdur. Beynəlxalq vasitəçilərin marağındadır ki, bu proses bitsin. Odur ki, ermənilər mitiq keçirə, bir-birini qıra da bilərlər. Amma bu prosesə təsir edə bilməzlər. Çünki onların belə imkan və resursları yoxdur.

- Yeni müharibə və ya anti-terror əməliyyatları üçün zəmin və şərait yaranıbmı?

- Mən hesab edirəm ki, müharibə ehtimalı yoxdur. Ermənistan buna hazır deyil, belə imkanları da yoxdur. Nikol Paşinyan Moskvada KTMT-nin iclasında gileyləndi ki, bizə dəstək vermədiniz. Amma bu mövqe soyuq qarşılandı. İndi də ona dəstək vermək fikrində deyillər. Azərbaycanla təkbaşına müharibədə məğlub olacaqlar. İlham Əliyev də Bakı Forumunda çıxışı zamanı buna toxundu.

- Deməli, Bakının anti-terror əməliyyatları keçirmək üçün imkanları yarana bilər?

- Forumda edilən çağırışlar Ermənistana cavabdır ki, revanş haqqında düşünməyin, biz hər şeyə hazırıq və gücümüz var ki, addımlarınızın qarşısını alaq. Əliyevin bir maraqlı çıxışı da var ki, əgər siz status məsələsini davamlı qaldırsanız, biz də Zəngəzurun Azərbaycana qaytarılması məsələsini qaldıracağıq. Bu da kontur addımdır ki, məsələni bitirin. Əks halda, biz də Zəngəzur məsələsini qaldıracağıq. Əslində bu beynəlxalq hüquq baxımından da mümkündür. Zəngəzir SSRİ zamanı bizdən alınıb Ermənistana verilib. Həm də Zəngəzurda azərbaycanlılar yaşayıb və oradan qovulub. Burada da əslində Naxçıvanla Azərbaycanın digər ərazilərinin birləşməsinə işarə olunur. Məsələ belə qoyulub.

- Bu nə dərəcədə realdır?

- Düşünmürəm ki, Ermənistan siyasi elitasının başı boşdur və nəsə edəcək, bizim üçün əsaslar yaradacaq. Amma bu bizim tərəfimizdən diplomatik addım və xəbərdarlıqdır. Əslində müharibədən sonra da bu ifadə olunurdu, açıq danışılırdı. Sonradan bu mövzu bir müddət səngidi və indi yenidən aktuallaşır. Məncə, bu da mesajdır ki, özünüzə diqqət edin. Son xəbərlərə görə, ermənilər bütün platformalarda fəallaşıb, xüsusilə status mövzusunda iş aparmağa cəhdlər edirlər. Biz də mesaj veririk ki, bunun qarşısını qətiyyətlə alacağıq. Digər tərəfdən də, siz status məsələsini qaldırsanız, biz də Zəngəzur mövzusunu gündəmə gətirəcəyik. Bu da faktiki pat durumu yarada bilər. Aydındır ki, belə qarşılıqlı iddialar Ermənistana yaxşı heç nə vəd etmir..

Yeri gəlmişkən, sonuncu dəfə buna oxşar proses Fərrux dağı ilə bağlı olub. Bunun arxasında müəyyən məsələlər dururdu. Erməni tərəfi öhdəliyə əməl etmək istəmirdi və nəticədə belə durum yarandı. Biz diqqət edəndə görürdük ki, müharibədən sonra ermənilər Qarabağda yolları bağlamaq, nəsə etmək haqqında düşünürdü. Amma indi bir ilə yaxındır ki, sakitlikdir. Məndə olan məlumata görə, Fərruxla bağlı ermənilər özlərini yaxşı aparmasaydı, anti-terror əməliyyatı keçiriləcəkdi.

- Amma Ermənistandan hər gün bizə güllə atılır. Sonuncu dəfə Kəlbəcərdə belə fakt qeydə alındı...

- Mən Qarabağı nəzərdə tutaraq danışıram. Onlar pozur, biz də vururuq. Yəni Qarabağda atışma yoxdur və bizə bu haqda məlumat gəlməyib. Düşünürəm ki, Qarabağdakı ermənilərin böyük hissəsi vəzyyətdən məlumatlıdır. Və onlar düşünürlər ki, gələcək yaşayışlarını necə qursunlar. Bu istiqamətdə iş gedir. Bir də baxıb görürlər ki, işğaldan azad edilən ərazilərdə böyük işlər gedir, infrastruktur qurulur və s. Qarabağdakı ermənilərin də çoxu qaçıb gedib, deyərdim ki, gənclər qalmayıb. Qarabağda çox az sayda erməni qalıb və onlar da gələcək yaşayış haqqında düşünürlər. Həm də görürlər ki, işğaldan azad edilən ərazilərdə hansı işlər görülür - evlər, yollar, binalar tikilir. Özləri də daxmalarda qalırlar. Orada ümumiyyətlə ermənilərin perspektivi yoxdur. İqtisadiyyat yoxdur, əvəzində dotasiya verirlər ki, gəl qal burada. Camaat da qaçıb gedir. Qalan da daha çox yaşlı ermənilərdir. Onlar da ya Azərbaycan vətəndaşı kimi yaşamalıdır, ya da oradan getməlidirlər. Başqa seçim yoxdur.

- Rus sülhməramlıların fəaliyyətini necə qiyətləndirirsiniz?

- Ağdamda Rusiya və Türkiyənin birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir, onlar hər şeyi izləyir, informasiya toplayırlar. Digər tərəfdən, sülhməramlıların sayı xeyli azalıb, təxminən 40 faizi qalıb. Həm də sülhməramlıların təchizatı buradan gedir. Yəni onlar bizə bağlıdır, nəinki ermənilərə. İndi proses nəzarət altındadır, narahat olmağa əsas yoxdur.


Gundemxeber az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının 5 maddəlik tələbi: İrəvan nə istəyir? - GƏLİŞMƏ

    Bakının 5 maddəlik tələbi: İrəvan nə istəyir? - ...

    15-03-2022, 18:55

  • 
  • Gizli YOL XƏRİTƏSİ dövriyyəyə gətirilir - NƏ BAŞ VERİR?

    Gizli YOL XƏRİTƏSİ dövriyyəyə gətirilir - NƏ BAŞ ...

    16-07-2021, 12:46

  • 
  • İlham Əliyevin şərtləri: Bakının mesajları təkcə Ermənistana deyil... - TƏHLİL

    İlham Əliyevin şərtləri: Bakının mesajları təkcə ...

    29-06-2021, 11:22

  • 
  • ABŞ hökuməti Mehman Əliyevə qarşı bütün ittihamları götürməyə çağırdı

    ABŞ hökuməti Mehman Əliyevə qarşı bütün ...

    14-09-2017, 12:10

  • 
  • Riskli “sülh oyunları”na davam edən Ermənistana axırıncı xəbərdarlıq... - NƏ BAŞ VERİR?

    Riskli “sülh oyunları”na davam edən Ermənistana ...

    8-12-2021, 10:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu