GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram ...

Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram ...

Tarix: 23-06-2022, 19:17 Bölmə :Cəmiyyət Baxış: 348


Bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında Zərifə Əliyeva adına Göz Klinikasında vətəndaşların incidilməsi, onlardan müayinə və digər prosedurlar üçün pul tələb olunması, eyni zamanda öz ailə üzvünü müayinə və əməliyyat üçün sözügedən xəstəxanaya aparan əməkdaşımızın da bütün bunlara şəxsən şahid olmasından danışmışdıq.

Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

Bundan əlavə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yazdığımız məlumatlar və məlumatları təsdiq edən səs yazılarını da göndərmişdik.

Gundemxeber.az bildirir ki, 20.06.2022-ci il tarixində sözügedən müəssisənin rəhbəri Səbinə Məcidova "DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov adına teleqram ünvanlayıb, apardığımız yaxınımızı yenidən müayinəyə dəvət edib.

Doğrusu, "toydan sonra nağara səsi" biraz qaranlıq qaldığı üçün, Zərifə Əliyeva adına Göz Klinikasının Baş həkimi Səbinə xanımla görüşüb, iki həftə sonra xəstəmizi yenidən müayinəyə dəvət etməkdə əsas məqsədinin nə olduğunu aydınlaşdırmaq istədik.

Müəssisəyə çatdıq, özümüzü təqdim edib, baş həkimlə görüşmək istədiyimizi bildirdik.
Telefonla danışdıqdan sonra cavab verdilər ki, "Baş həkim yoxdur. Xəstə hardadır, gətirin, aparaq həkimin yanına".

Dedik, - "Xəstəni gətirməmişik. Səbinə xanımın özü ilə görüşmək istəyirik. Yoxdursa, biz gedək".

- "Yox, gözləyin" deyib, təkrar Səbinə xanıma zəng etdilər və özü ilə görüşmək istədiyimizi xəbər verdilər. Dəstəyi asdıqdan sonra, 10-15 dəqiqə gözləməyimizi xahiş etdilər.

Elə bu əsnada, yaxınlıqda dayanıb bizi dinləyən bir vətəndaş yaxınlaşıb, soruşdu: - "Baş həkim gəlir?"

Biz: -"Bəli".

Vətəndaş: - "Təki siz deyən olsun, qardaşoğlu. Neftçaladan gəlmişəm. Sənədimə bir dənə möhürün vurulması üçün bir saatdan çoxdur baş həkimi gözləyirəm, deyirlər burda yoxdur."

Anladıq ki, sözügedən müəssisədə dəyişən bir şey yoxdur. "Fəaliyyət" öz əvvəlki axarıyla davam edir.

Əlqərəz...

Gözlədik...
Nəhayət, baş həkim Səbinə xanım öz iş otağına təşrif buyurdu.
Bizi qəbul etdi, görüşüb olanlardan sonra teleqram vurma məqsədini soruşduq.

Deyir, "Məqsəd - əməliyyat etmək. Gətirin xəstəni necə lazımdır müayinələrdən keçirək, əməliyyat edək. Tam təmənnasız.
Siz məndən yazmısınız, şəklimi də yazıya qoymusunuz. Amma, mən yenə də deyirəm, gətirin əməliyyat edək".
Təsəvvür edirsiniz?
Böyük bir tibb müəssisəsinin - Akademik Zərifə Əliyeva adına Göz Klinikasının rəhbəri onun rəhbərlik etdiyi müəssisədə şahidi olduğu özbaşınalıqlardan yazan jurnalistə deyir, - "Siz məndən yazmısınız, amma mən yenə də sizi qəbul edirəm, deyirəm gətirin xəstənizi təmənnasız əməliyyat edək ".

Deyəsən, Səbinə xanım vəzifəsini yanlış anlayıb, elə bilir vəzifəyə təyin etməklə, tibb müəssisəsini də ona bağışlayıblar. Yoxsa, görməli olduğu işi - özünün "ürəyiaçıqlığı" kimi bizə "sırımazdı".

Uzun sözün qısası, elə bu mövzuda danışdığımız yerdə, - "Nəysə, mən sizə deyirəm, gətirin xəstəni, təmənnasız əməliyyat edək " deyib, yerindən qalxan baş həkim Səbinə Məcidova xüsusi bir əda ilə otaqdan çıxdı ki, bu da onun öz mədəniyyəti ilə də sahib olduğu rəhbər vəzifəyə nə dərəcədə layiq olduğunun bariz nümunəsidir.
Müəssisə rəhbərinin media nümayəndələrinə, vətəndaşlara qarşı hörmətsizliyidir.

Öz şəxsi emosiyalarını və davranışlarını idarə edə bilməyən bir rəhbərin böyük bir tibb müəssisəsini necə idarə etməsi müəmmalı sual doğurur. Təbii ki, əgər buna "idarə etmək" demək olarsa...

Çünki, gördüyümüz, eşitdiyimiz, şahid olduğumuz qədərilə orada xəstələrdən pul tələb olunursa və baş həkim də özünün dediyinə görə bundan xəbərsizdirsə, bu O deməkdir ki, artıq həmin müəssisədə idarəetmə ümumiyyətlə yoxdur.

P.S: Qeyd edək ki, rəsmi müraciət və faktları göndərdiyimiz qurumlar qanunun müəyyən etdiyi müddət ərzində münasibət bildirmədikləri təqdirdə, həmin faktlar ictimaiyyətə təqdim ediləcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirvanda bu müəssisədə də korrupsiya halları tüğyan edir...

    Şirvanda bu müəssisədə də korrupsiya halları ...

    8-06-2022, 18:36

  • 
  • Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

    Bu tibb müəssisəsində korrupsiya tüğyan edir ...

    13-06-2022, 16:46

  • 
  • Korrupsiya İdarəsi baş həkimləri saxladı: TƏBİB rəhbərliyində nə baş verir? - Baş Prokurorluqdan açıqlama- Yeniləndi

    Korrupsiya İdarəsi baş həkimləri saxladı: TƏBİB ...

    22-04-2021, 10:43

  • 
  • Yeni TƏBİB-dən köhnə üsullar - "Səhiyyə bazarında reaktiv biznesi"

    Yeni TƏBİB-dən köhnə üsullar - "Səhiyyə ...

    3-11-2021, 10:33

  • 
  • “Yeni klinika”nın direktoru həbs edildi

    “Yeni klinika”nın direktoru həbs edildi ...

    22-04-2021, 11:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu