GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yeni TƏBİB-dən köhnə üsullar - "Səhiyyə bazarında reaktiv biznesi"

Yeni TƏBİB-dən köhnə üsullar - "Səhiyyə bazarında reaktiv biznesi"

Tarix: 3-11-2021, 10:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 344

Günümüzün ən"dəbdə olan", yəni demək olar hər kəsin üzləşdiyi problemlərdən, daha doğrusu problem ocaqlarından biri də B.A. Eyvaz adına Hematologiya və Transfuziologiya (Qanköçürmə) İnstitutunun baş həkimindən tutmuş, tibb bacılarına qədər bütün çalışanlarının hamısının özbaşınalıqları, kimsələri saymamalarıdır.

GUNDEMXEBER.AZ DogruXeber.az-a istinadla bildirir ki,sözügedən bu tibb müəssisəsinin vətəndaşlara yaşatdığı problemlərdən biri Tibbi sığorta vərəqəsi və aidiyyəti üzrə poliklinikaların göndərişlərini qəbul etməməsidir. Hələ bir vətəndaşların üstünə də qışqırırlar ki, "Biz reaktivləri Cibimizin pulu ilə alırıq".

Əgər belədirsə, o zaman dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər hara xərclənir görəsən?

Yeri gəlmişkən, bir neçə gün əvvəl redaksiyamıza müraciət edən Əsgərova Gültəkin Talıb qızının da sözügedən tibb müəssisəsində yaşadığı eyni problem barəsində məlumat dərc etmişdik.

Xatırlayırsınızsa Gültəkin xanım da bildirirdi ki, "orta məktəbdə müəllimə işləyirəm. Əmək haqqından hər ay sosial sığorta üçün pul tutulur. Övladımı qan analizi verməsi üçün əlimdə Tibbi sığorta, üstə gəl ərazi üzrə poliklinikadan göndəriş vərəqəsi olduğu halda B.A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun baş həkimi, həmçinin digər həkimləri mənimlə aqressiv rəftar edir, Ümumiyyətlə qəbul etmirlər."

Yeri gəlmişkən, Gültəkin xanımın redaksiyamıza müraciətindən sonra yaranmış suallarımızın cavablandırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidməti ilə telefon əlaqəsi saxladıq. Mətbuat katibi Elnarə xanım israrla rəsmi sorğu göndərməyimizi istədi.

Mətbuat sahəsində çalışan Elnarə xanıma biz təkrar-təkrar Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunun müvafiq maddəsini xatırlatmağa çalışsaq da xanım israrından dönmədi.

Maddə 8: Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
IIl bənd - İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Görünür, Elnarə xanım "KİV" haqqında qanunları o qədər də yaxşı bilmir. Yəni əvvəl belə düşündük.

TƏBİB-nin mətbuat katibi Elnarə xanımdan şifahi məlumat almağın mümkün olmadığını görüncə, "əlacsız" qalıb, oktyabr ayının 26-da sözügedən qurumun elektron ünvanına rəsmi sorğu göndərdik.

Sorğunu göndərdiyimizdən artıq bir həftə keçdikdən sonra cavablandırılmasından anladıq ki, qurumun mətbuat katibi Elnarə xanım "KİV" haqqında qanunlardan nəyinki biraz, ümumiyyətlə xəbərsizdir.

Maddə 8:
lV bənd - Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Bundan əlavə yerli sosial medialarda belə bir məlumat yayıldı ki, Günay xanım adlı bir vətəndaş ərazi üzrə poliklinika həkiminin göndərişi ilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya mərkəzində hepatit B və C virusunun yoxlanılması üçün qan analizi verib. B virusunun cavabı pozitiv çıxıb. Xanım cavaba şübhə etdiyi üçün başqa özəl klinikalardan birində yenidən qan analizi verib və cavab fərqli, yəni neqativ olub.

Bu da bir vətəndaşa eyni zamanda bir ailəyə tibb müəssisəsinin yaşatdığı sözlə ifadə edilməsi mümkünsüz olan həyəcan və stress...

Nə etmək olar?!....

Yuxarıda oktyabr ayının 26-da TƏBİB-nin elektron ünvanına rəsmi sorğu göndərdiyimizi qəyd etmişdik.

Elektron sorğumuza 1 həftə sonra, noyabr ayının 2-də nəhayət cavab verildi.

"Milli Hematologiya və Transfuziologiya Mərkəzi məlumatı

Əvvəlcə onu bildirək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi 5 günlük iş qrafiki ilə fəaliyyət göstərir və vətəndaş Gültəkin Əsgərova müraciət etdiyi gün Mərkəzdə iş günü olmayıb. Həmin gün növbədə olan həkim Elvira Quliyeva stasionar şəkildə müalicə edilən xəstələrin yoxlanışı üçün baxışda olub. Xəstə baxışı zamanı həkimə məlumat verilib ki, ambulator qaydada müayinə olunmaq üçün vətəndaş gəlib. Həkim Elvira Quliyeva vətəndaşı qəbul etmək üçün Poliklinika şöbəsinə yaxınlaşıb. Vətəndaş qəbul edilib və göndəriş sənədləri yoxlanılıb. Bu zaman müəyyən olunub ki, ona “adenovirus mənşəli pnevmoniya” diaqnozu qoyulub. Gültəkin Əsgərovaya bildirilib ki, bu kimi xəstəliklərin müalicəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzində deyil, ixtisaslaşmış tibb müəssisələrində aparılır. Mərkəzdə qan və qanın sistem xəstəlikləri araşdırılır, diaqnozu qoyulur və müalicəsi həyata keçirilir. Bundan sonra vətəndaş həkimə etiraz edib. Lakin ona etirazının əsassız olduğu, onun diaqnozuna uyğun Mərkəzdə müalicə aparılmadığı bir daha diqqətə çatdırılıb."

Vətəndaş Gültəkin Əsgərova isə bildirir ki, "mən səhər saatlarında Hematologiya və Transfuziologiya mərkəzinə getmişəm. Mərkəz tam fəaliyyət göstərirdi. Məni Elvira xanım özü qəbul edib. Tibbi sığorta vərəqəsini alıb baxdıqdan sonra üstümə tullayıb, "qələt edib bura göndəriblər. Mən reaktivləri cibimin pulu ilə alıram. Baxmıram buna" deyə, mənə səsini yüksəltdi. Hansı ki, həmin günü orada qəbul növbəmi gözlədiyim müddətdə pul aldıqları vətəndaşları necə qəbul etdiklərinin də şahidi oldum."

Bəli, Gültəkin xanım həftənin şənbə günü səhər saatlarında sözügedən tibb müəssisəsində olub. Bilirik ki, dövlət müəssisələri şənbə günləri "yarım iş günü" olaraq fəaliyyət göstərir.
Digər tərəfdən, əgər iş günü deyildisə o zaman niyə başqaları (pul aldıqları vətəndaşlar) həmin gün qəbul edilirdi?

Bütün bunlar Gültəkin xanımın iddiasının təsdiqidir ki, məhz Tibbi sığorta ilə olduğu üçün ona bu cür münasibət göstərilib.

TƏBİB-nin cavabından isə sözügedən tibb müəssisəsini müdafiə etdiyi açıq-aşkar görünür.
Əlbəttə ki, kimsə "öz ayranına turş deməz". Amma, mətbuata qarşı müdafiə etsə də, heçolmasa özü "tənbehləsə", yəni hər hansı bir tədbir görsə idi dərd yarı...

Onu da etmədisə, demək ki, özləri vətəndaşların və mətbuatın şübhələrini təsdiqləmiş olur.

Şübhənin nədən ibarət olduğunu isə yəqin ki, siz də bilirsiniz.

Bütün bunlara məhz TƏBİB-nin özü şərait yaradır.

Bilə-bilə reaksiya verməməyin yeganə adı budur.

Yeri gəlmişkən onu da qeyd edək ki, qarşıdakı günlərdə "DogruXeber.az" İnformasiya agentliyində Tibb müəssisələrində İcbari Tibbi sığorta ilə müəssisələrə müayinə və müalicə üçün gedən pasientlərə müəssisənin həkimləri tərəfindən hansı səviyyədə xidmət göstərildiyi barəsində ətraflı araşdırma məlumatlar dərc ediləcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gələn ildən hər kəsin ailə həkimi olacaq

    Gələn ildən hər kəsin ailə həkimi olacaq ...

    28-12-2020, 12:58

  • 
  • “F Təbib” Tibb Mərkəzindən yazımıza etiraz gəldi

    “F Təbib” Tibb Mərkəzindən yazımıza etiraz gəldi ...

    29-11-2013, 17:34

  • 
  • İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN

    İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN ...

    23-12-2019, 19:11

  • 
  • İrana müalicəyə gedənlərin sayı səhiyyəmizin əsl göstəricisidir

    İrana müalicəyə gedənlərin sayı səhiyyəmizin əsl ...

    12-10-2017, 10:04

  • 
  • Azərbaycanda bir neçə tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edildi – RƏSMİ

    Azərbaycanda bir neçə tibb müəssisəsinin rəhbəri ...

    1-05-2020, 23:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu