Gundemxeber.az » Ölkə » Cəmiyyət » Göygöldə altı nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI: İstirahətdən qayıdırlarmış – YENİLƏNİB + FOTO
Ötən gecə Göygöl rayonunda altı nəfərin həlak olduğu ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan DAF markalı TIR-la toqquşub. Nəticədə minik avtomobilində olan altı nəfərin hamısı vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.
O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), üç yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.
10:25
Daxili İşlər Nazirliyi (DİN) Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-dən bildirilib ki, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi DAF markalı yük avtomobili toqquşub.
Gundemxeber.Az
9-07-2018, 08:34
26-05-2016, 22:45
19-11-2013, 04:33
27-03-2017, 01:30
9-12-2016, 14:24
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?