Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Bağırova Fazilə Bilal qızına məxsus, ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli dördotaqlı evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.
Yanğınsöndürənlər yayılmasına imkan vermədən yanğını qısa müddətdə söndürüb və ev sahibinin həyat yoldaşı, yataqda olan birinci qrup əlil, 1964-cü il təvəllüdlü Bağırov Ədalət Nəhmət oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Yanğın zamanı evin bir otağında bir ədəd xalça qismən yanıb, ev yanğından mühafizə olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?