"Bildiyiniz kimi, ötən il cənab Prezidentin sərəncamı ilə İcra başçımız Rövşən Bağırov Ağsu rayonuna icra başçısı təyin olundu. O vaxtdan onun səlahiyyətlərini birinci müavin Cəlil Baxşıyev həyata keçirir…
Amma necə?
Bir ildir ki, Lerik camaatı boğaza yığılıb". Bu barədə redaksiyamıza göndərilən müraciətdə deyilir.
Narazı Lerik sakinlərinin bildiridyinə görə, Cəlil Baxşıyev rayonda «at oynadır». Daxil olan müraciətdə deyilir:
"Özünə və ətrafına müxtəlif ticarət obyektləri yaratması, rüşvət və korrupsiya əməlləri bəs etmirmiş kimi, narkotik istifadəçisi olan oğlu da atasının vəzifəsinə yaraşmayan hərəkətləri ilə sakinlərdə ikrah hissi yaradır. Narkotik istifadəsinə görə dəfələrlə polis tərəfindən saxlanılıb.
Hər dəfə də Cəlil Baxşıyevin dövlər qurumlarındakı əlaqələri, pulu hesabına azad olunur. Keçən ilin avqust ayında isə həyat yoldaşı onun bu əməllərinə dözməyərək ondan ayrıldı".
Qeyd edək ki, vətəndaş müraciətində daha ağır ittihamlar da yer alıb. Bütün bunlarla bağlı müəyyən araşdırmalar aparırıq.
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq./Dia.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?