GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sosial şəbəkələrdə təhdid videosu yayan şəxs saxlanılıb

Sosial şəbəkələrdə təhdid videosu yayan şəxs saxlanılıb

Tarix: 6-07-2022, 12:28 Bölmə :Cəmiyyət Baxış: 448


İyulun 5-i sosial şəbəkələrdə Bakı metrosunda balta ilə gəzərək “qadın kimi davrananların” başını kəsməklə hədələyən şəxsin videosu yayılıb. Həmin şəxs videoda sellofana bükülmüş aləti nümayiş etdirir. Video sosial şəbəkələrdə müzakirəyə səbəb olub, fəallar bunun LGBTQI+lara qarşı təhdid olduğunu bildirirlər.

LGBTQI+ fəalı Lili Nəzərov hüquq mühafizə orqanlarının operativ davranmalı olduqlarını və həmin şəxsin həbs edilməli olduğunu deyir:

Lili Nəzərov

Lili Nəzərov

“Çünki bu insan hər hansı bir qrupu hədəfləyir və onları ölümlə təhdid edir. Təhlükəsizlik orqanları tərəfindən verilən hər hansı yüngül cəza və ya pul cəriməsi bu problemləri həll etməyəcək. Əgər həmin şəxs həbs cəzası alarsa, eyni anda psixoterapevt təyin edilməlidir ki, cəzası bitdikdən sonra daha da aqressivləşib hər hansı bir akt törətməsin”.Fəalın sözlərinə görə, dövlət LGBTQI+ları qorumaq üçün qanun qəbul etməlidir, çünki insanlar onlara qarşı nifrət nitqlərini rahatlıqla ifadə edirlər. Lili Nəzərovun fikrincə, buna səbəb qanundakı boşluqdur.

“Amma hadisələrə real zamanda baxdıqda hazırda polislər öz işini görməli, LGBTQI+ların etdiyi şikayətləri araşdırmalı, onların təhlükəsizliyini qorumalı və həmin aktlara səbəbkar şəxsləri cəzalandırmalı, həbs etməlidir. Polis hərəkətizliyindən və özbaşınalığından dolayı, indi onun kimi potensial qatillər özlərini rahat şəkildə ifadə edə bilirlər”, deyə Nəzərov qeyd edib.

LGBTQI+ fəalı Cavid Nəbiyevin fikrincə, bu cür halların yaranmasının səbəbi cəzasızlıq mühitidir:

Cavid Nəbiyev

Cavid Nəbiyev

Fəal bildirib ki, dövlət Əvəz Hafizli işini nümunə götürməlidir, bu cür işlərdə dövlətin ədalət sistemi prinsipial mövqe göstərməlidir və digərlərinə nümunə olacaq cəza verməlidir.

“Eyni ritorikadan istifadə edən və sonu nifrət cinayəti ilə nəticələnən nifrət çağırışına qarşı heç bir hüquqi prosedur başlatmayan sistem, kuirləri hədəfə alan fəhlə sinifindən olan birini rahatlıqla hüquqi məsuliyyətə cəld edərək, üzr videosu çəkib buraxaraq cəzalandıracaq." Nəbiyev əlavə edir ki, rəsmilər problemin həllində səmimidirlərsə, nifrət nitqi ilə icmanı hədəfləyən deputatlar, blogerlər cəzalandırmalıdırlar.

Elçin Sadıqov

Elçin Sadıqov

Hüquqşünas Elçin Sadıqov məsələni şərh edərkən Amerikanın Səsinə bildirib ki, ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur:

“Burada artıq cinayətin törədilməsinə alətlərin əldə edilməsi cinayətə hazırlıq kimi qiymətləndirilə bilər və qəsdlə adam öldürməyə hazırlıq kimi müəyyən edilə bilər. Bununla bağlı hüquq mühafizə orqanları cinayət təqibi başlanmalıdır və həmin adam həbs olunmalıdır”.

Səməd Rəhimli

Səməd Rəhimli

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən qətl hallarında insanın mənsubiyyətinə görə nifrət amili nəzərə alınmır:

“Çox təəssüf ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində adam öldürmənin ağırlaşdırıcı halı və yaxud da sağlamlığa zərər vurmanın növlərinin ağırlaşdırıcı hal kimi nifrət motivi ayrıca nəzərdə tutulmayıb. Buna görə də, nifrət motivindən cinayəti törədilməsi Azərbaycanda ağırlaşdırıcı hal kimi tövsif edilə bilmir”.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb və cinayət işi başladılıb:

"Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb. Qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılıb. İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib. Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir"./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ər arvadı ilə yad kişinin yataq videosunu sosial şəbəkələrdə yaydı (VİDEO)

    Ər arvadı ilə yad kişinin yataq videosunu sosial ...

    10-09-2015, 18:14

  • 
  • İrandan Ermənistana silahdaşıma videosu hiddət doğurdu - VİDEO

    İrandan Ermənistana silahdaşıma videosu hiddət ...

    30-09-2020, 14:46

  • 
  • Ölən tələbələrin meyitlərinin VİDEOSU yayıldı

    Ölən tələbələrin meyitlərinin VİDEOSU yayıldı ...

    9-03-2017, 20:53

  • 
  • “Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan həkim həbs olundu - RƏSMİ - YENİLƏNİB

    “Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan ...

    24-02-2020, 17:13

  • 
  • Elariz Məmmədoğlunun videosu yayıldı - 18+

    Elariz Məmmədoğlunun videosu yayıldı - 18+ ...

    27-10-2017, 20:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu