“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) həbs olunub.
GundemXeber.Az xəbər verir ki, sosial şəbəkələrdə Osman Rzayevin fəaliyyəti ilə bağlı həbs olunduğu iddia edilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmət rəisi Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Osman Rzayevin tutulmasının onun fəaliyyəti ilə bağlı olduğu iddiaları həqiqəti əks etdirmir:
“Osman Rzayev törətdiyi konkret əmələ görə tutulub. Belə ki, o bu il iyunun 15-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, iyunun 16-da Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, iyunun 18-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələbinə görə tutulub.
Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?