GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Jurnalist” məmurun əlindəki hansı gizli çəkilişdən ehtiyat edir? – Osman üçün çəmbər daralır…

“Jurnalist” məmurun əlindəki hansı gizli çəkilişdən ehtiyat edir? – Osman üçün çəmbər daralır…

Tarix: 26-11-2018, 14:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 459
“Jurnalist” məmurun əlindəki hansı gizli çəkilişdən ehtiyat edir? – Osman üçün çəmbər daralır…


Xəbər verdiyimiz kimi, noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Mətbuat Şurasının yaydığı məlumata görə, toplantıda bir sıra KİV-lərin fəaliyyətilə bağlı edilən şikayətlərə baxılıb və müvafiq qərarlar çıxarılıb.

İclasda müzakirəyə çıxarılan məsələlərdən biri də, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun təkrar olaraq “Demokratik.az” Xəbər Portalına qarşı şikayəti ilə bağlı olub. Şikayətçiyə məlumat verilib ki, “Demokratik.az” Xəbər Portalının adı MŞ İdarə Heyətinin qərarı ilə “qara siyahı”ya daxil edilib. Adları bu siyahıda olan KİV qurumlarından təkrar şikayətlər araşdırılmır.
Məlumat üçün bildirək ki, Osman Nərimanoğlu adlı vətəndaşın rəhbərlik etdiyi “demokratik.az” saytı son vaxtlar vətəndaşları təhdid və şantaj etməklə yanaşı, həm də onların şərəf və ləyaqətini alçaldan, ləkələyən məqalələr yaymaq üzrə ixtisaslaşıb. Hazırda bu saytla bağlı bir neçə məhkəmə çəkişməsi var. Şikayətlərdən birinə Göygöl rayon Məhkəməsində baxılır. Əməkdar jurnalist Əhməd İsayev barəsində yazılan təhqir dolu məqalə ilə bağlı Osman Rzayevi məhkəməyə verib. Hazırda həmin iş üzrə linqvistik ekspertiza təyin edilib. Ekspertizanın rəyindən sonra , məhkəmə Osman Nərimanoğlunun cavabdeh kimi fəaliyyətilə bağlı yekun qərarını açıqlayacaq.
Tanınmış jurnalist, “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli də, Osman Nərimanoğlunun əməlləri nəticəsində – şantaja, təhqirə məruz qaldığı və sağlamlığına ağır zərbə vurulduğu üçün, hüquq-mühafizə orqanları və məhkəməyə müraciət edib.
Osman Nərimanoğlunun əməllərindən zərərçəkən şəxslərdən biri də, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Artıq o, “jurnalistin” əməlləri ilə bağlı ikinci dəfədir ki, Mətbuat Şurasına şikayət edir. Bildirilir ki, İlqar Məhərrəmovun Osman Nərimanoğlu ilə bağlı etdiyi şikayətlərdə olduqca ciddi məqamlar var və yəqin ki, onların araşdırılması hüquq-mühafizə orqanları səviyyəsində mümkün olacaq.
Qeyd edək ki, Osman Nərimanoğlu MŞ-ının son qərarını son dərəcə aqresiv qarşılayıb. Adının “reket” siyahısına salınmasından ciddi nəticə çıxarıb, fəaliyyətində dönüş yaratmaq əvəzinə, o, MŞ rəhbərliyini saxtakarlıqda təqsirləndirib, hətta onlarla ultimatum dilində danışıb. Adı MŞ-nın “qara siyahısı”na salınan “demokratik.az” saytının sahibi Osman Nərimanoğlunun cavab reaksiyasında səsləndirdiyi və saytı vasitəsilə tirajladığı fikirlərə diqqət edək:
”… Göründüyü kimi, Mətbuat Şurası tənqidimizə qarşı dözümsüzlük edərək, nöqsanlarını aradan qaldırmaq əvəzinə, növbəti dəfə saxta qərara qol çəkməklə bizə qarşı kinini, qərəzini yenidən ifadəedib. MŞ tarixində ilkə və NONSENSə gedib – “Demokratik.Az” saytı MŞ tərəfindən eyni gündə və eyni şikayət üzrə iki qərarla cəzalandırılıb… “Əhsən”! MŞ bunu da etdi – bir şikayətə iki saxta qərar, özü də eyni günə…
İnanaq ki, Mətbuat Şurasının bu savadsızlığına tezliklə bir aydınlıq gətiriləcək. Ya “reket”çilik qərarı, ya da “ciddi xəbərdarlıq” qərarlarından birini özləri geri çəkəcək…”
Göründüyü kimi, Osman Nərimanoğlunun saytının “reket” siyahısına salınmasına başlıca səbəblərdən biri Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun onun barəsində bir neçə dəfə MŞ-ya şikayət ünvanlaması olub. Belə olan təqdirdə, ortaya maraqlı sual çıxır: Osman Nərimanoğlu bir idarə müdirinə nə edib ki, həmin adam “jurnalist” barəsində belə silsilə şikayətlər etməyə məcbur olur? Azinforum.az bu istiqamətdə araşdırma aparıb. Məlum olub ki, Osman Nərimanoğlunun məhz İlqar Məhərrəmovu hədəf seçib şantaj etməsinin arxasında ciddi mətləblər var. Osman Nərimanoğluna məxsus olan və adı hazırda MŞ-nın “qara siyahı”sına salınan sayt üzərində apardığımız araşdırma nəticəsində məlum oldu ki, idarə müdiri uzun müddət ərzində “demokratik.az”-ın hədəfində olub. Bizə Osman Nərimanoğlunun İlqar Məmmədova qarşı niyə belə qərəzli olmasının səbəbləri kiçik detallarına kimi məlumdur. Bu barədə daha ətraflı məlumat verəcəyik. Osman Nərimanoğlu bu yaxınlarda özü-özündən götürdüyü və “reket” elan olunduğu saytında yaydığı müsahibəsində İlqar Məhərrəmovla bağlı bəzi məqamlara toxunub:
“İndi məni qınayanlar var ki, o maşın alverçisini tanımırdınmı? (İdarə müdiri İlqar Məmmədovu nəzərdə tutur – Azinforum.az). Deyirəm, o müdir olmayanda da mənə salam verib, dostum olub. Övladlarıma kiçik toy eləmişəm, İlqarMəhərrəmovu toya çağırmışam. Qızının toyu olub, toya dəvət almışam. Adamın jurnalistlərlə problemi olub, həll etmişəm.
“Respublika” qəzetində adına yazılar yazıb dərc etdirmişəm. Tədbirləri -“melioratorlar günü” təbrik edib, süfrəsində, yanında əyləşmişəm.
Çoxsaylı xoşməramlı yazılar dərc etmişəm, müsahibələrini almışam. Nə biləydim ki, otağında yerləşdirdiyi gizli kamera ilə dostunun gəlişini, saatlarla görüşünü lentə alan bir adam indi məni “reket”çilikdə, özünə düşmənçilikdə suçlayacaq? Nə olub ki, yazı yazıb onun şəxsi maraqlarına toxunmuşam, xətrinə dəymişəm. Xaraktercə, dostlarıma və ictimaiyyətə həmişə açığam. Heç bir əməlimi gizlətməyə maraqlı deyiləm. Dostlarımın kim olmasından, var-dövlətindən asılı olmayaraq, kimsədən pul istəməyə üzüm olmayıb, hələ təhdidlə heç… Əgər, sözügedən məmurda mənim ona qarşı hədə-qorxu ilə pul tələbim, məni şantaj etməyə çalışdığı hansısa videogörüntülərdə “reket”çilik əməlim barədə hallar mövcuddursa, mütləq hüquq mühafizə orqanlarına müraciət etsin. Bunu özüm istəyirəm. Mən istənilən əməllərimə görə cavab verməyə, cəza çəkməyə hazıram. Yoxsa, mənim peşə fəaliyyətimə əngəl olaraq, şəxsimə qarşı belə şantaja keçməsinlər, bu
yolla mənə “SUS!” deməsinlər. Həm də aydın olsun ki, məni və ailəmi Göygöl İHB-nin başçısı Arif Seyidova düşmən təqdim edən bir müdir
otağında sabiq prokurorun və başqalarının əlehinə nələr danışıb, hansı məlumatların mənbəyi məhz o olub. Hansı danoslar ötürüb məmur, dostu Osman Nərimanoğluna… MŞ-nin bunları diqqətə almadan bu tipli məmuru mənə qarşı oynatdığını isə ehtimal etmirəm”.
Göründüyü kimi, Osman Nərimanoğlu idarə müdirinin əlində onunla bağlı hansısa kasetin olmasından bəhs edərək, şikayətçini qabaqlamaq istəyir. Hətta onu açıq-açığına güya kimlərləsə barədə kompromatlar ötürməkdə günahlandırır. Təbiidir ki, bu cür ənənəvi taktikası ilə o, İlqar Məmmədovu susdurmağa çalışır. Azinforum.az-ın əldə etdiyi məlumata görə, İlqar Məmmədovun əlində Osman Nərimanoğlunun jurnalist adı ilə bir məmura qarşı hədə gəldiyini sübut edə biləcək ciddi dəlillər mövcuddur. Hətta MŞ-nın sonuncu iclasına təqdim etdiyi şikayətdə həmin detallar barədə ətraflı bəhs olunacağı gözlənilirmiş. Sadəcə, MŞ-nın daxili nizamnaməsi “reket” KİV-lər barədə araşdırma aparmağa imkan vermədiyi üçün, həmin faktlar hələlik baxılmamış saxlanılıb.
Azinforum.az MŞ-nın son qərarı ilə bağlı O. Nərimanoğlunun səsləndirdiyi iddialara aydınlıq gətirmək üçün, qurumun icraçı direktoru Şəmsəddin Əliyevlə əlaqə saxlayıb. İcraçı direktor bildirib ki, MŞ-da bütün qərarlar kollegial formada qəbul edilir:
“ Ola bilər ki, qurumun qəbul etdiyi qərar kiminsə ürəyincə olmasın. Məhz buna görə də, bizim qərarlarımızın obyektivliyinə müxtəlif böhtanlarla kölgə salmaq istəyirlər. Sizin dediyiniz sayta iki dəfə ciddi xəbərdarlıq ediləndən sonra, o, fəaliyyətində dönüş yaratmayıb, köhnə əməllərini davam etdirib. Buna görə də, “demokratik.az”-ın adının “qara siyahı”ya salınması barədə qərar qəbul edilib”.
Şəmsəddin Əliyev həmçinin Osman Nərimanoğlu ilə bağlı olunan şikayətlərdəki bəzi deatalların araşdırılmasının onların səlahiyyətlərindən kənar olduğu üçün, həmin materialları hüquq- mühafizə orqanlarına göndərə biləcəklərini də istisna etmədi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MƏTBUAT ŞURASININ "QARA SİYAHI"SINDAN ÇIXIRLAR

    MƏTBUAT ŞURASININ "QARA SİYAHI"SINDAN ...

    2-12-2013, 18:24

  • 
  • ​Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

    ​Mətbuat Şurası "reket" KİV-lərlə bağlı ...

    18-11-2017, 18:46

  • 
  • MŞ-dan tanınmış jurnalisti təhqir edən sayta CİDDİ XƏBƏRDARLIQ

    MŞ-dan tanınmış jurnalisti təhqir edən sayta ...

    18-09-2018, 23:09

  • 
  • Milli Şura gizli siyahı ilə bağlı açıqlama yaydı

    Milli Şura gizli siyahı ilə bağlı açıqlama yaydı ...

    7-01-2014, 12:35

  • 
  • Demokratik Qüvvələr Birliyi indi nə istəyir?

    Demokratik Qüvvələr Birliyi indi nə istəyir? ...

    24-07-2013, 14:03


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu