GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pandemiya yenidən qayıdır... ölkə sərt karantinə keçəcək... - AÇIQLAMA

Pandemiya yenidən qayıdır... ölkə sərt karantinə keçəcək... - AÇIQLAMA

Tarix: 6-07-2022, 15:16 Bölmə :Cəmiyyət Baxış: 538

2022-ci ildə dünyada ilk dəfə olaraq koronavirusa yoluxma hallarında artım qeydə alınıb. İyun ayında qlobal miqyasda koronavirus xəstələrinin sayı 17 milyon nəfər artıb ki, bu da may ayı ilə müqayisədə təxminən 15 faiz çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu tendensiya 2022-ci ilin yanvarından bəri ilk dəfə qeydə alınıb.

Yoluxma Avropada və Asiyada da artır. Eyni zamanda, ölüm nisbəti azalır. İyun ayında dünyada təxminən 41 min insan koronavirusun təsirindən dünyasını dəyişib ki, bu da may ayı ilə müqayisədə üç dəfə azdır.
Bizim qonşu Gürcüstanda da COVID-19-a yoluxanların sayı artıb və rəsmi Tbilisi yenidən müəyyən qapanmalara getmək niyyətindədir.
Bu arada, qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin şişməsi və yorğunluq hissi ilə başlayan meymunçiçəyi virusu da çoxalmağa başlayıb. Əsasən uşaqların xəstəliyi kimi tanınan bu virus artıq qardaş Türkiyəyə də çatıb. İddialara görə, meymunçiçəyi öldürücü təsirə malik deyil və 40 yaşından yuxarı insanları yoluxdurmur. Gundemxeber.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, professor Kamilə Əliyeva AYNA-ya açıqlamasında deyib ki, koronavirus pandemiyası bitməyib və payız aylarında yoluxma sayı artacaq: “Artıq üçüncü ilə keçir ki, dünya gözəgörünməz bir düşmənlə - COVID-19 bəlası ilə üz-üzə qalıb. 2021-ci ilin sonuna qədər dünyada milyonlarla, Azərbaycanda isə onminlərlə insan bu xəstəliyin qurbanı olub. Dünyasını dəyişənlərin arasında doğmalarımız da var və hər birimiz bu faciəni öz həyatımızda hiss etmişik. İlin əvvəlindən yoluxma sayı azalsa da, bu bəla bitməyib və payız aylarında daha yoluxmanın artmasına hazır olmalıyıq”.
“Çünki sentyabr ayından etibarən respirator xəstəliklər artır və immun sistemi zəifləməyə başlayır. Eyni zamanda dünya miqyasında yoluxma artır. Bütün bunları əsas götürərək söyləmək olar ki, COVID infeksiyası yenidən qapımızı döyəcək. Bu baxımdan hər birimiz hazırlıqlı olmaqlı, virusa dırnaqarası baxmaq vərdişindən imtina etməliyik”, - deyə deputat bildirib.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan hökumətinin həyata keçirdiyi mübarizə tədbirləri virusun daha çox yayılmasının qarşısını alıb: “Təsəvvür edin ki, koronavirusa qarşı vaksinasiya prosesi o qədər sürətlə aparıldı ki, qısa müddət ərzində əksər soydaşlarımız peyvənd olundu. Məhz bu vaksinasiya xəstəliyin fəsadlarını azaltmaqla yanaşı, nəticə etibarilə kütləvi immunitetin formalaşmasına gətirib çıxardı. Bu gün də vaksinasiya davam etdirilir. Şəxsi məsuliyyət hissini unutmasaq, hamılıqla peyvənd olunsaq, virusun amansız təsirlərindən qorunmuş olarıq. Yalnız bu yolla bu infeksiyanın ölkəmizdə ayaq açmasına mane ola bilərik”.
“Nəzərə almaq lazımdır ki, yaşlı və yanaşı xəstəlikləri olan insanlar xüsusi risk qrupuna daxildirlər və heç olmasa, onların sağlamlığı naminə tələb olunan qaydalara riayət etməliyik. Eyni zamanda şərait yaratmamalıyıq ki, virusun kütləvi yayılması ilə yenidən sərt qapanmalara gedilsin. Bu halda ölkə iqtisadiyyatı bundan təsirlənəcək ki, bu da hər birimizin həyatında özünü göstərəcək”, - deyə Əliyeva söyləyib.
Əlavə edib ki, son zamanlar yayılan meymunçiçəyi infeksiyası digər viruslardan da sığortalanmadığımızı deməyə əsas verir: “Düzdür, bu infeksiya koronavirus qədər təhlükəli deyil. Lakin heç kim zəmanət vermir ki, sabah daha amansız virus və ya COVID ştamları yayılmayacaq. Bu səbəbdən hazırlıqlı olmalı, payız fəsli öncəsi immun sistemimizin qayğısına qalmalıyıq”. Dia.az-ın məlumatına görə, tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı AYNA-ya deyib ki, karantin qaydaları yenidən sərtləşdirilə bilər: “Koronavirus çox ciddi və təhlükəli pandemiyadır. Baxmayaraq ki, son aylar virusa yoluxma sayı azalıb və karantin məhdudiyyətləri aradan qalxıb, amma bu, o demək deyil ki, COVID infeksiyası başa çatıb. Koronavirus başa çatmayıb və görünən odur ki, hələ uzun müddət davam edəcək”.
“Yoluxma sayının artım dinamikasına nəzər yetirsək, görərik ki, mövcud durum karantin məhdudiyyətləri tətbiq edilən dövrdəki vəziyyətə adekvatdır. Yəni, iyul ayında onsuz da bundan artıq yoluxma olmurdu. Bütün bunlar onu söyləməyə əsas verir ki, payız aylarında daha ciddi yoluxmalara hazır olmalıyıq”, - deyə müsahibimiz vurğulayıb.
Profesorun dediyinə görə, Azərbaycanda digər ölkələrlə müqayisədə koronavirusa qarşı kütləvi immunitet daha yüksəkdir: “Çünki bəzi dövlətlərdə peyvənd prosesi aşağı səviyyədə aparıldı. Bəziləri isə kifayət qədər böyükdür və bu səbəbdən vaksinasiya bütün ölkəni əhatə etmədi. Bu baxımdan onlarda kütləvi immunitet zəifdir. Azərbaycanda isə vaksinasiya prosesi sürətlə aparıldı və əhalinin əksər hissəsini əhatə etdi. Eyni zamanda həm vaksinasiya olunanlar, həm də olunmayanlar arasında virusa yoluxanların sayı az deyil. Bu da immuniteti artıran faktor rolunda çıxış edir”.
“Lakin bütün bunlara baxmayaraq, arxayınlaşmamalı, zəruri tədbirləri həyata keçirməliyik. Soydaşlarımızı hər altı aydan bir vaksinasiya olunmağa dəvət edirəm. Yalnız bu yolla virusun öldürücü və amansız təsirlərindən qorunmuş olarıq”, - deyə həkim diqqətə çatdırıb.
Meymunçiçəyinə gəldikdə, Qeybulla bununla əlaqədar pandemiya elan olunmadığını, bu infeksiyanın COVID-ə nisbətən yüngül əlamətlərlə ötüşdüyünü qeyd edib: “42 yaşdan yuxarı insanlar bu infeksiyaya yoluxmurlar. Yoluxsalar belə, bunu çox yüngül keçirirlər. Əsasən uşaqlar bu virusdan əziyyət çəkirlər. Ödürücü təsiri isə kifayət qədər azdır. Lakin arxayınlaşmaq da olmaz. Çünki hər bir orqanizm fərdidir və xəstəliklərə reaksiyası spesifikdir”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

    Çində koronavirusa yoluxanların və ölənlərin sayı ...

    7-03-2020, 10:33

  • 
  • ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü

    ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3 ...

    30-04-2020, 15:49

  • 
  • Bəşəriyyət koronavirusa təslim olur: 7 gündə 93 min adam ölüb

    Bəşəriyyət koronavirusa təslim olur: 7 gündə 93 ...

    5-05-2021, 10:51

  • 
  • Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

    Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ...

    3-04-2020, 11:55

  • 
  • Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü

    Dünyada koronavirusa yoluxanların sayı 180 milyon ...

    29-06-2021, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu