GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Telekanallarda reklamı gedən reabilitasiya mərkəzinin xəstələrə işgəncə vərən beş əməkdaşı həbs olundu

Telekanallarda reklamı gedən reabilitasiya mərkəzinin xəstələrə işgəncə vərən beş əməkdaşı həbs olundu

Tarix: 8-07-2022, 14:57 Bölmə :Cəmiyyət Baxış: 371


Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən “New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub.

 Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzdə fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

İddia olunub ki, işgəncə nəticəsində mərkəzdə müalicə olunan bir nəfər - Hüseyn Məmmədov həyatını itirib.

Hüseyn Məmmədovun valideyni və orada qalmış daha üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1 500 manatdan 6 600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Zərərçəkmiş qismində tanınmış Hüseyn Məmmədov müalicə gedişində vəfat edib. Digər pasiyentlər Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.

İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.

Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib. İttihama görə onlar qanunsuz sahibkarlıq yolu ilə 81 min manat gəlir əldə ediblər. İttiham olunan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttiham olunan şəxslər isə heç biri özünü təqsirli bilməyərək cinayət işinin materiallarında yazılanlarla razılaşmırlar.

Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri Anar Məmişov, Samir İsayev və digərləri vəsatət qaldıraraq cinayət işinin yenidən istintaqa qaytarılmasını və müvəkkillərinin ev dustaqlığına buraxılmasını istəyiblər. Bundan başqa, vəkil Anar Məmişov iş üzrə prokurorluğun rəyinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkillərin vəsatətləri təmin olunmayıb.

Xatırladaq ki, bir müddət əvvələ kimi “New Life” Reabilitasiya Mərkəzinin yüksək tələblərə cavab verən mərkəz olması ilə bağlı telekanallarda reklamlar verilib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev və Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

    İlham Əliyev və Mehriban Əliyeva 1 saylı Kliniki ...

    11-11-2020, 14:15

  • 
  • Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verildi

    Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya ...

    1-03-2019, 12:09

  • 
  • Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: - Sanki xəstələrə yüksək doza vurmuşdular

    Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: ...

    28-09-2018, 20:16

  • 
  • Narkoloji Mərkəzdə törədilən yanğınla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb

    Narkoloji Mərkəzdə törədilən yanğınla bağlı ...

    13-08-2018, 19:26

  • 
  • Yanan narkoloji mərkəzin direktoru həbs edildi

    Yanan narkoloji mərkəzin direktoru həbs edildi ...

    4-05-2018, 13:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (493)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu