GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hüquq müdafiəçiləri Baydeni iki jurnalistin öldürülməsini Yaxın Şərqə səfəri zamanı diqqət mərkəzində saxlamağa çağırır

Hüquq müdafiəçiləri Baydeni iki jurnalistin öldürülməsini Yaxın Şərqə səfəri zamanı diqqət mərkəzində saxlamağa çağırır

Tarix: 16-07-2022, 11:08 Bölmə :Cəmiyyət Baxış: 231

Prezident Baydenin ABŞ lideri kimi Yaxın Şərqə ilk səfəri zamanı neft qiymətləri, İranın nüvə proqramı və regional sabitliyin möhkəmləndirilməsi məsələləri diqqət mərkəzindədir. Lakin insan haqları qrupları bildirir ki, Vaşinqton Post qəzetinin yazarı Camal Xaşuqcinin və fələstinli amerikalı jurnalist Şirin Abu Aklenin qətlləri də prioritet məsələlər sırasında olmalıdır.

Prezident Co Bayden Səudiyyə Ərəbistanına Amerika prezidenti tərəfindən edilən ilk birbaşa uçuşdan əvvəl Yaxın Şərqə İsrail və Fələstin liderləri ilə görüşləri əhatə edən dörd günlük səfərə başlayaraq çərşənbə günü Tel-Əvivə gəlib.

İsrailin və regionun təhlükəsizliyi məsələləri əsas diqqət mərkəzində olub və bəzi təhlilçilər prezident Baydenin Yaxın Şərqə səfərinin İsrail və Səudiyyə Ərəbistanı krallığı arasında yaxınlaşmaya səbəb ola biləcəyinə ümid edirlər.

Lakin Baydenin Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın da iştirak etdiyi görüşə qatılmaq planı tənqidlərə səbəb olub. Bəziləri bunu insan haqlarına dəyər verənlərin üzünə sillə adlandırıb.

“Prezident Baydenin etdiyindən insan hüquqlarının dəyərsiz olduğu və bir sıra digər təsirlər və nəticələr üçün sövdələşmənin mümkün olduğunu güman etmək olur. Bu, bir çox cəhətdən Rusiyanın Ukraynaya təcavüzündən sonra prezident Baydenin dünyaya təklif etdiyi yanaşmanı pozur, ”Amnesty International təşkilatının nümayəndəsi Aqnes Kallamard bildirib.

Səudiyyə Ərəbistanına səfər Baydenin insan hüquqlarını ABŞ-ın xarici siyasətinin mərkəzinə qoymaq və Səudiyyə Ərəbistanının vəliəhdini Washington Post qəzetinin yazarı Camal Xaşuqcının 2018-ci ildə qətli ilə bağlı beynəlxalq səhnədə “təcrid” etmək vədindən geri çəkilmə kimi qiymətləndirilir.

“Düşünürəm ki, bu, Səudiyyə Ərəbistanı, Səudiyyə Ərəbistanının insan haqları fəalları, vətəndaş cəmiyyəti liderləri üçün olduqca məyusedicidir. Mən bunun strateji və xüsusilə siyasi baxımdan müdrik qərar olduğunu düşünmürəm. Bunun ABŞ üçün yaxşı olduğunu düşünmürəm,” Ərəb Dünyası üçün Demokratiya qrupunun nümayəndəsi Con Herş deyib.

Həm ABŞ, həm də BMT müstəqil olaraq Xaşuqcinin qətlinin arxasında Səudiyyə şahzadəsinin olduğuna dair dəlil tapıb. Səudiyyə Ərəbistanı şahzadəsi iddiaları təkzib edir.

Digər problem isə mayın 11-də İsrailin İordan çayının Qərb sahilində keçirdiyi reyd zamanı fələstinli amerikalı jurnalist Şirin Əbu Axlenin qətli ilə bağlıdır. Onun ailəsi Baydenlə Qüdsdə görüşməyi tələb edib.

Dövlət Departamenti onun ölümünə İsrail tərəfindən açılan atəşin səbəb olduğunu bildirib, lakin atəşin bilərəkdən açılıb-açılmadığını söyləyə bilməyib.

“Həm Tramp administrasiyası, xüsusilə də Bayden administrasiyası beynəlxalq araşdırma aparılması üçün səudiyyəlilərə təzyiqləri davam etdirir. Şirin Əbu Akleh ilə bağlı bunu etmək üçün belə görünür daha az səy göstərilir,” Rays Universitetində Yaxın Şərq üzrə təhlilçi Kristian Ulrihsen bildirib.

Baydenin İsrailə səfərindən öncə Ağ Ev jurnalistin ailəsinin prezidentlə “birbaşa əlaqə qurmaq” üçün ABŞ-a dəvət olunduğunu bildirib.

Ekspertlər deyirlər ki, Baydenin prezident kimi Yaxın Şərqə ilk səfəri çox güman ki, çətin olacaq, çünki insan hüquqları qrupları hər görüşü izləyir və hər sözü dinləyir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Xaşuqcinin qətlində günahkarların cəzalandırılmasına çalışacaq

    ABŞ Xaşuqcinin qətlində günahkarların ...

    14-01-2019, 10:52

  • 
  • Tramp: Jurnalistin öldürüldüyü sübuta yetirilsə, Səudiyyə Ərəbistanını “ağır cəza” gözləyir

    Tramp: Jurnalistin öldürüldüyü sübuta yetirilsə, ...

    13-10-2018, 20:28

  • 
  • Mayk Pompeo: Tramp gələn ay İranla nüvə razılığını ləğv edəcək

    Mayk Pompeo: Tramp gələn ay İranla nüvə ...

    30-04-2018, 13:39

  • 
  • Benyamin Netanyahu ABŞ-a xəbərdarlıq edib

    Benyamin Netanyahu ABŞ-a xəbərdarlıq edib ...

    19-11-2017, 22:02

  • 
  • Səudiyyə Ərəbistanı vəliəhdinin region ölkələrinə səfəri başlayır

    Səudiyyə Ərəbistanı vəliəhdinin region ölkələrinə ...

    23-11-2018, 11:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu