ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyü sübuta yetirilsə, Səudiyyə Ərəbistanına qarşı “ağır cəza” tətbiq ediləcək.
Tramp şənbə günü CBS televiziya kanalının “60 Minutes” verilişinə müsahibəsidə deyib ki, “biz bunun dərinliyinə qədər gedəcəyik və ağır cəza olacaq.”
Prezident hal-hazırda qətlin arxasında Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın dayanıb-dayanmadığını heç kimin bilmədiyini, lakin bunu çox güman ki, müəyyən ediləcəyini deyib. Tramp əlavə edib ki, “bu sübuta yetirilsə, ABŞ çox məyus və qəzəbli olacaq.”
Səudiyyə Ərəbistanı ilə biznes əlaqələrinin mövcud olduğunu dəfələrlə qürurla bildirmiş Tramp, müsahibə zamanı həm də bildirib ki, ABŞ silahlarının Səudiyyə Ərəbistanına satışının dayandırılması müzakirə mövzusu deyil. ABŞ prezidenti bunu, ölkədəki iş yerlərinə zərbə vurmamaq istəməsilə əsaslandırıb.
ABŞ prezidentinin CBS televiziya kanalına verdiyi müsahibə bazar günü yayımlanacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?