GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda korrupsiyanın kökünü kəsməyin Sinqapur modeli - mümkünmü?

Azərbaycanda korrupsiyanın kökünü kəsməyin Sinqapur modeli - mümkünmü?

Tarix: 23-07-2022, 10:44 Bölmə :Cəmiyyət Baxış: 265

Maliyyəçi-professordan ilginc təklif: idarəetməni tam rəqəmsallaşdırmaq...


Azərbaycanda səs-küylü məmur həbsləri davam edir. Son olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub. Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər. Həbslərdən sonra Komitənin sədri Səfər Mehdiyev vəzifəsindən azad olunub.

Gömrük sistemi Azərbaycanda korrupsiyanın inkişafı baxımından həmişə pis mənada seçilən sahədir. Bu baxımdan, oradakı həbslərin motivinin korrupsiya cinayətləri olmasını heç kim təəccüblə qarşılamır. Lakin maraqlıdır ki, son illərdə ən müxtəlif dövlət orqanlarında həyata keçirilən gurultulu həbslərin də motivi korrupsiyadır. Adi rayon icra hakimiyyəti başçısından tutmuş, Mədəniyyət, Xarici İşlər, Müdafiə və digər nazirliklərin yüksək vəzifəli məmurlarına qədər, həbs olunan hər kəsin azı on milyonlarla manatlıq mənimsəmə, korrupsiya cinayəti üzə çıxır. Artıq 4 ildən çoxdur ki, Azərbaycan belə həbslərlə vaxtaşırı silkələnir, ictimaiyyət geniş müzakirələr açır, cəmiyyətdə dövlət aparatında korrupsiyanın azalacağına dair gözləntilər formalaşır. Lakin üstündən bir neçə ay keçmiş başqa vəzifəlilər həbs edilir, aydın olur ki, dövlət qurumlarında korrupsiyanın səviyyəsində hər hansı azalma baş verməyib, məmurlarda hansısa qorxu hissi yaranmayıb.

Bir çox mütəxəssislər bu vəziyyətdən çıxış yolu kimi, Azərbaycanda Sinqapur təcrübəsinin tətbiqini təklif edirlər: orada korrupsiyaya yol verən dövlət məmurlarına ən ağır cəza sistemi tətbiq olunmaqla, korrupsiyanın səviyyəsi minimuma endirilib. Ölkədə minlərlə məmur həbsə atılıb, ömürlük dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilib. Bu, Sinqapur iqtisadiyyatında böyük sıçrayışa səbəb olmaqla ölkənin keçdiyi yolun dünyada korrupsiyaya qarşı ən uğurlu mübarizə təcrübəsi kimi qəbul edilməsinə gətirib çıxarıb.

Azərbaycanda bu təcrübənin tətbiqi mümkündürmü? Hansı yollarla dövlət sektorundakı yüksək korrupsiyanı aradan qaldırmaq, məmurları dövlət vəsaitlərini mənimsəmək istəyindən çəkindirmək olar?

 

Saleh Məmmədov təhsildə dəyişiklikdən yazdı – Nədən başlamalı?

Saleh Məmmədov

Sualları cavablandıran maliyyəçi-alim, sabiq maliyyə naziri Saleh Məmmədovun dediyinə görə, Azərbaycanda korrupsiyanın yüksək təşəkkül tapmasının tarixi kökü var: “Azərbaycan uzun müddət iki istismar altında olub: ərəb-fars işğalı, ardınca da rus-kommunist işğalı. Bu rejimlərin hər ikisi korrupsiyanı, rüşvətxorluğu stimullaşdıran, ona şərait yaradan rejimlər olub. Deyə bilərsiniz ki, biz kommunist rejimindən uzaqlaşalı 30 ildir. Doğrudur, biz o rejimdən qurtulmuşuq, lakin beyinlər, psixologiyalar hələ də o rejimin təsiri altındadır. Ona görə də məmurlar, vəzifə sahibləri dövlət vəsaitinə oğurluq, mənimsəmə mənbəyi kimi baxırlar. Dövlət mənafeyini deyil, öz şəxsi mənafelərini düşünürlər. Buna görə də aparılan mübarizə effekt vermir, həbslər azadlıqda qalan məmurları korrupsiyaya yol verməkdən çəkindirmir”.

S.Məmmədovun sözlərinə görə, sovet dövründə korrupsiyanın qarşısını almaq üçün ciddi mexanizmlər tətbiq olunsa da, rejimin mahiyyəti insanları korrupsiyalaşmağa məcbur edirdi: “Dünyada hesab olunur ki, korrupsiya probleminin kökündə dayanan əsas amillərdən biri qanunverici bazada korrupsiyaya qarşı mexanizmlərin dəqiq, yozula bilməyən olmamasıdır. Yəni qanunverici baza elədir ki, onu istədiyin yönə əyə bilirsən. Bu da imkan verir ki, məmurlar korrupsiya əməllərini reallaşdıra bilsinlər. Digər mühüm bir səbəb təhsilsizlik səviyyəsinin yüksək olmasıdır. Söhbət universitet bitirməkdən deyil, real olaraq təhsilli olmaqdan gedir. Buna görə də təhsil, elm və intellektual səviyyənin aşağı olduğu bütün ölkələrdə korrupsiya səviyyəsi yüksək olur. Mən belə bir korelyasiya əlaqəsi müşahidə etmişəm: korrupsiya indeksi və intellektual inkişaf indeksi. İkinci çoxaldıqca, korrupsiyanın səviyyəsi aşağı düşür, korrupsiya ilə mübarizə indeksi artır. İntellektual səviyyə indeksi nə qədər azdırsa, korrupsiya indeksi bir o qədər yüksəkdir”.

Azərbaycana gəlincə, professor bildirir ki, ölkəmizdə intellektual səviyyə yüksək deyil: “Nə qədər acı da olsa, sovet dağılandan sonra da bizdə təhsil, intellektual səviyyə xeyli aşağı düşüb. Normal intellektual səviyyə 90 indeks hesab olunur. Ondan yüksək olan Yaponiyada intellektual inkişaf indeksi 106,5, Tayvanda 106,47, Sinqapurda 105,89-dur. Yəni ilk altılıqda hamısı buddist ölkələrdir. Ondan sonra gələnlər də xristian ölkələrdir. Bu ölkələrin hamısı həm də korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrdir. Müsəlman ölkələrində isə əsasən intellektual səviyyə indeksi aşağı, korrupsiya indeksi isə yüksəkdir. Bu ölkələrdə qanunvericilik düzgün qurulmayıb, korrupsiya yüksək inkişaf edib. Sovet rejiminin mənfi xüsusiyyətlərindən biri də bu idi ki, məmur sayı həddindən artıq çox idi. İndi də Azərbaycanda məmur sayı lazım olandan xeyli çoxdur. Məmur çoxluğu isə korrupsiyaya yol açan amillərdən biridir. Çox məmur çox baryer deməkdir. Baryer çoxluğu onlardan yan keçmək istəyini çoxaldır, bu da korrupsiya səviyyəsini artırır. Bütün bunların qarşısını almaq üçün ilk növbədə qanunverici baza dəyişməli, müddəalarda yozum imkanı qoyulmamalı, hər bir proses tam dəqiq ifadə edilməlidir.

Digər mühüm bir məsələ təhsil səviyyəsinin yüksəldilməsidir. Çox ciddi şəkildə təhsildə keyfiyyətin təmin olunmasına ehtiyac var. Biz səhiyyədə, təhsildə, elmdə sovet dövründəkindən xeyli geri getmişik. Azərbaycanda elm xərcləri 1985-ci illə müqayisədə mütləq ifadədə 2 dəfə azalıb. Aşağı təhsil, elm səviyyəsi korrupsiyanı çiçəkləndirən amildir. Ağıllı, təhsilli müəllimlərin, elm adamlarının korrupsiyaya yol verdiyini çox nadirən, məcbur qalaraq görmək olar. Amma cahil, nadan adam harada olsa özünü büruzə verir.

Açıq etiraf etmək lazımdır ki, Azərbaycanın vəziyyəti korrupsiyanın inkişafı baxımından çox pisdir. Hətta ətraf ölkələrdən də qat-qat pis yerdəyik. Bu vəziyyəti necə aradan qaldırmaq olar? Desəm ki, Sinqapurdakı kimi korrupsiyaya görə ölüm hökmü tətbiq edək, bu, çıxış yolu olmayacaq. Çünki beyinlərdə, şüurda korrupsiya çox dərinə kök edib, özü də kütləvi olaraq. Əbülfəz Elçibəy hökumətinin üzvləri korrupsiyadan uzaq idilər, təmiz işləyirdilər, lakin bu hökumət cəmi 1 il davam gətirə bildi. İndi də heç bir həbs insanları korrupsiyadan çəkindirmir. Digər tərəfdən, o vaxtla indiki dövr bir deyil: Sinqapurda korrupsiyanı aradan qaldırmaq üçün diktatura qurulmuşdu. Hətta dövlət rəhbərinin ən yaxın dostuna belə güzəşt edilmədi: edam olunacağını bildiyi üçün özünü asdı. İndi onu olduğu kimi Azərbaycanda tətbiq etmək bəlkə də mümkün olmaz".

Maliyyəçi alim hesab edir ki, Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün yeganə yol təhsil, elm səviyyəsini yüksəltmək, bir də rəqəmsallaşmadan, süni intellektdən istifadəni genişləndirməkdir: “Rəqəmsallaşdırma üçün təhsilin, elmin səviyyəsinin yüksəldilməsi qaçılmaz şərtdir. Dövlət idarəetmə aparatında bütün pillələrdə qərarverməni rəqəmsallaşdırmaq lazımdır. Dövlət başçısı uzun müddətdir idarəetmədə rəqəmsallaşdırma səviyyəsini artırmağa çalışır. Lakin hələlik əldə olunan nailiyyətlər cüzidir. Süni intellekt vasitəsilə idarəetmə sistemi bilirsiniz nədir: bütün idarəemtənin insandan alınıb süni intellektin əlinə verilməsidir. Bu sistemdə hər bir qərar, hər bir qayda, qanun süni intellekt vasitəsilə toplanır, yığılır və idarə olunur.

Bu sistemin nə verəcəyini təxmin etmək üçün vergi orqanlarında baş verən dəyişikliklərə baxmaq lazımdır. Vaxtilə vergi orqanları korrupsiyanın ən yüksək təşəkkül tapdığı sahələrdən biri idi. Bu sahədə süni intellektin cüzi tətbiqi nəticəsində korrupsiyalaşma səviyyəsi minimuma enib, hətta mən deyərdim ki, Azərbaycanın ən təmiz dövlət orqanına çevrilib. Heç kim tətbiq olunan sistemə etiraz edə bilmir, çünki insan amili böyük ölçüdə prosesdən kənarda saxlanır, onu süni intellekt  tənzimləyir.

Mənim hesablamalarıma görə, süni intellektlə idarəetmə tətbiq olunarsa, Azərbaycanı korrupsiya səviyyəsinə görə Sinqapurdan da irəli çıxartmaq mümkündür. Çünki bu sistem yalnız qanun tanıyır, heç kimin mövqeyinə uyğunlaşmır. Bu sistem ölkənin sıçrayışlı inkişafını təmin edəcək. Baxın, korrupsiya ən çox harada baş verir: bank sistemi, hüquq-mühafizə orqanları, iqtisadi idarəetmə orqanları. Bu sahələrdə idarəetmədə insan təmasını sıfırlamaqla məmurların da korrupsiyaya meylini öldürmək mümkündür.

Məsələn, bütün maliyyə, alqı-satqı əməliyyatları rəqəmsal həllər vasitəsilə onlayn həyata keçirilərsə, nağd əməliyyat  mümkünsüz olar. Bu zaman 5 min manat maaş alan məmurun 5  milyon manatlıq əmlak əldə etməsi dərhal sistemə qeydiyyata düşəcək. Bu isə onun bütün ölkəyə məlum olmasına gətirib çıxaracaq. Yəni heç bir məmur nağd rüşvət ala bilməyəcək, elektron əməliyyatlar isə tam uçota alınacaq. Belədə hansı məmur cəsarət edib korrupsiyaya yol verə bilər? Təbii ki, heç kim buna risk etməyəcək. Rəqəmsal idarəetmə həm də iqtisadiyyatın sürətli inkişafını təmin edəcək. Lakin rəqəmsallaşma ağır, müəyyən vaxt və təxminən 10 milyard dollar investisiya qoyuluşu tələb edən prosesdir. Lakin bu yatırım tezliklə özünü artıqlaması ilə doğruldacaq: ölkə iqtisadiyyatına azı 100 milyard dollarlıq investisiya imkanı formalaşacaq".


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük Komitəsinin bütün yüksək vəzifəliləri naxçıvanlılardır - SİYAHI

    Gömrük Komitəsinin bütün yüksək vəzifəliləri ...

    13-02-2021, 17:46

  • 
  • Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi – Eksklüziv

    Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə ...

    7-12-2018, 13:38

  • 
  • Yüksək vəzifəli daha bir məmur həbs edildi - Vəzifəsindən azad olunanlar var

    Yüksək vəzifəli daha bir məmur həbs edildi - ...

    29-10-2015, 16:55

  • 
  • Gömrükdə səs-küylü həbslər - Səfər Mehdiyev hardadır?

    Gömrükdə səs-küylü həbslər - Səfər Mehdiyev ...

    18-05-2021, 14:22

  • 
  • Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb

    Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən ...

    12-09-2018, 16:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu