Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi (VÖEN – 1200296601) ləğv olunduğunu elan edib.
Ləğv elanında kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Aruz Mirzəyev küçəsində yerləşən ünvana bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil. Bu qurum Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. 2021-ci ildən İşlər İdarəsinə sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?