İyulun 27-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.
Sənədə əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.
Quruma elm sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi həvalə edilib.
Nazirliyin tabeliyində Elm və Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.
Bundan başqa, Milli Elmlər Akademiyasının (AMEA), onun Naxçıvan və Gəncə bölmələrinin institutları, habelə AMEA-nın təsərrüfat hesablı müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilir.
Eyni zamanda, AMEA-nın tərkibində fəaliyyət göstərən Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyi, Hüseyn Cavidin ev-muzeyi də Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.
Beləliklə, bugünkü fərman faktiki olaraq sovet dövründən qalmış AMEA sisteminə son qoyur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?