GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qisas” əməliyyatı - regionun təhlükəsizliyini təhdid edənlərə cavab

“Qisas” əməliyyatı - regionun təhlükəsizliyini təhdid edənlərə cavab

Tarix: 4-08-2022, 16:16 Bölmə :Cəmiyyət Baxış: 309


İstənilən dövlətin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud cinayətkarları zərərsizləşdirməsi müstəsna hüququdur. Bu, beynəlxalq hüquqda və konvensiyalarda təsbit edilib. Çünki belə olmasa həmin cinayətkarlar həm regional, həm də qlobal miqyasda təhlükə mənbəyinə çevrilə bilər.

Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusu bölmələrinə qarşı törətdiyi terror-təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan Ordusunun həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürülüb.

Sual olunur: Azərbaycan ərazisində erməni silahlı dəstələri niyə qalıb? Çünki 2020-ci il noyabrın 10-də imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Başqa sözlə, atəşkəsin imzalandığı gecə Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olduqları zaman ona paralel olaraq erməni silahlıları Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu baş vermədi. Deməli, üçtərəfli razılaşmanın şərtini Rusiya və Ermənistan tərəfi pozur. Nəzərə almaq lazımdır ki, Rusiya vasitəçi və təminatçı ölkə kimi bu müddəanın həyata keçməsinə məsuliyyət daşıyır.

Rusiya hərbçilərinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində ermənilərin qanunsuz silahlı dəstələrinin qalması və ya onların yenidən formalaşdırılması da noyabrın 10-da imzalanan kapituliyasiya aktının ruhuna və müddəalarına ziddir. Belə çıxır ki, həmin qanunsuz dəstələrin qalmasında, yaranmasında Rusiya maraqlıdır, yaxud onu “sülhməramlı” adı altında rusiyalı hərbçilər formalaşdırır, silahlandırır.

Məsələn, Rusiya sülhməramlı qüvvələrə lazım olmayacaq silah və hərbi-texniki avadanlığı müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə niyə daşıyırdı? Ötən illərin təcrübəsi həmin silahların ermənilərin qanunsuz silahlı dəstələrinə ötürüldüyünü deməyə əsas verir. Razılaşmada ermənilərin “özünümüdafiə” adlı hər hansı “dəstəsi”nin olmasına və ya yaranmasına dair bir işarə belə yoxdur. Onda bu qanunsuz dəstələr Azərbaycan ərazisində niyə var? Onları kim himayə edir?

Sülhməramlıların mandatına uyğun olaraq fəaliyyət göstərməməsi səbəbindən ermənilərin qanunsuz silahlı dəstələri yaranır, Ermənistan hərbçiləri Azərbaycan ərazisində qalırlar. Biri qanunsuz hərbi birləşmə, o biri isə işğalçı olduğu üçün Azərbaycan Ordusunun onların hər ikisinə qarşı hərbi əməliyyatlar keçirmək hüququ var. Bu baxımdan, onlar Azərbaycan torpaqlarında qaldıqları müddətdə “Qisas” əməliyyatına oxşar tədbirlərin keçiriləcəyi istisna edilmir.

Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev məlum sənədin 4-cü bəndinin icra edilməməsi ilə bağlı etirazını maraqlı tərəflərə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Bundan sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan öz aləmində bu maddədən doğan tələbin icrasını təhrif edərək bildirmişdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılacaq, Qarabağa hərbi xidmət üçün erməni çağrışçı göndərilməyəcək, ancaq “özünümüdafiə qüvvəsi qalacaq”, “bu birləşməyə çağırışlar keçiriləcək, habelə müqavilə əsasında könüllülər cəlb olunacaq”. Bu, Ermənistan hakimiyyətinin dünyanın gözünə kül üfürmək cəhdindən başqa bir nəsnə deyil. Qriqoryanın dediyindən belə çıxır ki, Azərbaycan ərazisində ermənilər silahlı qüvvə saxlayacaq. Bu dəfə ona “Qarabağdakı ermənilərin yaratdığı özünümüdafiə qüvvəsi” və “könüllülərdən ibarət dəstə” adını verirlər. Bu sayaq adlanma bütün hallarda Azərbaycan ərazisində qanunsuz silahlı birləşmə saxlamaq cəhdi, yaxud rəsmi İrəvanın imzaladığı kapitulyasiya aktının şərtlərinə əməl etməməsidir.

Başqa bir məsələni diqqətə çatdırmaq istərdik. Avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir nəfərin sağ ayağı amputasiya olunub. Ötən il noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs olmaqla Azərbaycanın 39 vətəndaşı həyatını itirib, 117 hərbi qulluqçu, 67 mülki şəxs olmaqla 184 vətəndaşı isə yaralanıb. Həmin minaları Ermənistan silahlı qüvvələrinin və ya havadarlarının vaxtı ilə basdırdığı ehtimalı daha çoxdur. Bəhs etdiyimiz qanunsuz silahlı dəstələrin və ya Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini yenidən minalamadıqlarına kim zəmanət verə bilər? Bu gün Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək üçün hay-küy salanlar rəsmi İrəvandan minalarla bağlı xəritənin rəsmi Bakıya verilməsini tələb etmirlər.

Azərbaycan dünyanın enerji ilə təmin olunmasında mühüm rol oynayır. Habelə ərazilərini işğalçılardan təmizləməklə bu kimi layihələrin reallaşmasına da şərait yaradıb. Azərbaycan bununla regional və qlobal təhlükəsizliyə töhfə verib. Ancaq onun ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyət göstərməsi, habelə onlara himayədarlıq, minalanmış ərazilərin xəritələrinin verilməməsi Cənub Qafqazda sülh və əməkdaşlığa qarşı çıxmaq deməkdir. Odur ki Azərbaycanın ötən gün keçirdiyi hərbi tədbir ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi və sabitliyi təhdid edənlərə qarşı əməliyyatdır.


SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Rusiyanın cavabını belə verdi: Kəndin adı Furux deyil, Fərruxdur!

    Azərbaycan Rusiyanın cavabını belə verdi: Kəndin ...

    27-03-2022, 11:37

  • 
  • Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Qarabağda törətdiyi təxribatlara münasibət bildirib

    Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin ...

    1-04-2022, 09:32

  • 
  • Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - Yenilənib, Foto, Video

    Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn ...

    4-08-2022, 12:38

  • 
  • “Sülhməramlılar”ın Qarabağda qanunsuz “anti-terror” təlimləri - Əgər, silahlı erməni birləşmələrini çıxarsalar...

    “Sülhməramlılar”ın Qarabağda qanunsuz ...

    25-01-2021, 20:24

  • 
  • "Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub"

    "Azərbaycan Ordusunun Şuşa ətrafındakı ...

    15-07-2021, 11:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu