GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası

Tarix: 5-08-2022, 11:30 Bölmə :Cəmiyyət Baxış: 1 152


Nabrandakı təhsil işçilərinin istirahət mərkəzindən qazilərə qarşı ayrı-seçkilik


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( AHİK ) və eyni zamanda  təhsil işçiləri həmkarlar komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin həmkarlarının istirahətlərini yüksək səviyyədə təmin etməsini danmaq, ən azı, insafsızlıq olar. Özəlliklə, əlil və şəhid ailələrinə diqqət və qayğı,  onların pulsuz yollayışlarla təchiz edilməsi belə fikirləşməyə əsasdır. Di gəl, yollayış verilməsinin hələ istirahət yerində normal dincəlməyə əsas vermədiyini də vurğulayaq. Vətəndaş yollayışla kurortlara üz tutanda istirahət mərkəzinin rəhbərliyinin elə özbaşınalıqları ilə üzləşir ki, əli üzündə qalır. 

Nabrandakı “Təhsil” istirahət mərkəzi dənizdən ortalıq iki kilometr aralıqda meşə massivinin içində salınıb. Bilgiyə görə, birdəfəyə 260 nəfər turisti qəbul etmək gücündədir. Burada bir neçə kottec və üçqatlı otel dincəlməyə gələnlərin ixtiyarına verilib. Oyun meydançaları, açıq-qapalı basseyn, tibb məntəqəsi də öz yerində. Hələ yeni üçqatlı otel kompleksinin tikintisi də davam edir. Hər gün iki dəfə avtobus istirahətçiləri (iki saatlıq) çimərliyə aparıb – gətirir . Yemək evlərinin yalnız biri istirahətə gələnlərə ayrıldığından yemək vaxtı ikinövbəlidir. Amma bu da yemək zamanı darısqallıqdan xilas etmir. Fikrimizcə, digər istirahət mərkəzlərində olduğu kimi, burada da biznes marağına xidmət edən yeməkxanaların gündə üç dəfə bir saatlıq yollayışla və digər yolla gələn turistlərə ayrılması ilə problemi çözmək olar. Amma deyəsən, turistlərin istirahəti biznes marağından aşağıda tutulur. Hələ üstəlik mərkəzə girişə yeni qaydalar , daha düzü, qadağalar qoyulub. 

İki gün öncə -3 avqustda saat 10 radələrində “Təhsil” istirahət mərkəzinin dəmir qəfəslikli  qapısına yollayışla gələnləri  gözətçi köşkünün kiçik pəncərəsindən qarşılayan şəxs içəri girməyə qadağa qoyub ki, növbə ilə buraxılmalıdırlar. Hətta Qarabağ qazisi ailəsinə də güzəşt tanımayan buyruq qulları, heç olmazsa, qapının çölündə oturmağa yer də fikirləşmir. Amma növbədənkənar xidmət hüququ olan əlil(lər) ailəsindən sonra gələnləri xüsusi tapşırıqla içəri buraxıblar. Onu da vurğulayaq ki, mərkəzin giriş qapısından qeydiyyat otağına kimi ortalıq əlli metrlik məsafə var və mərkəz böyük -on hektara yaxın ərazidə yerləşir. Belədə insanları qapının ağzında dəmir barmaqlıqlar arxasında saxlamağın nə anlamı var? Bilmək olmur, bura istirahət mərkəzidir, yoxsa islah koloniyası? 

Qeydiyyat otağına uzun növbədən  , halbuki növbədə görünən də yoxdu, girmək şərəfinə nail olan Qarabağ əlili ailəsinə yalnız birinci qatda iki havasız otağın olduğunu bildiriblər. Bu necə ola bilər? On günlük yollayışla səhər tezdən mərkəzdə olan vətəndaşa bütün nömrələrin tutulması yalanı necə sırına bilər? Belə çıxır, yerlər öncədən xüsusi tapşırıqla bron edilib? 

Özbaşınalıq və ayrı-seçkilik ilə bağlı millət vəkili, AHİK -in sədrinə köməkçisinin araçılığı ilə müraciət edən qazi- müəllim ailəsi hələ də “Təhsil xidməti”ndən gileylidir. Elə digərləri kimi. ..


Məğrur Bədəlsoy


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nabrandakı istirahət mərkəzi bağlandı

    Nabrandakı istirahət mərkəzi bağlandı ...

    24-07-2013, 16:59

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA

    Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - ...

    17-09-2020, 15:54

  • 
  • Zaqatalada dahabir istirahət mərkəzi yandı

    Zaqatalada dahabir istirahət mərkəzi yandı ...

    1-04-2019, 13:09

  • 
  • Möhbalıyevin "menyu"sundan...

    Möhbalıyevin "menyu"sundan... ...

    12-05-2022, 12:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu