GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Londondakı səfirliyimizə edilən hücüm... - Mesaj hardan gəlir?

Londondakı səfirliyimizə edilən hücüm... - Mesaj hardan gəlir?

Tarix: 5-08-2022, 16:46 Bölmə :Cəmiyyət Baxış: 326


Londonda səfirliyimizə hücum sadəcə bir vandal aktı deyil, bu bir xəbərdarlıqdır...

Politoloq: “Bu işin arxasından fars şovinistləri və İran erməniləri çıxsa, mən heç təəccüblənmərəm”.

“Səfirliyin təhlükəsizliyindən məsuliyyətli olan London polisinin də davranışları çoxlu suallar doğurur. Ola bilsinki, tezliklə hücum edənlər də sərbəst buraxılsınlar. Amma Azərbaycan höküməti bu işin arxasını buraxmamalıdır”.

Bu sözləri politoloq Qabil Hüseynli Londondakı səfirliyimizə edilən hücumu PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verildiyi kimi, avqustun 4-də The Mahdi Servants Union (Mehdi xidmətçilərinin ittifaqı) adlanan radikal dini qrupun üzvləri Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib. Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

Azərbaycan XİN-in rəsmi məlumatında deyilir ki, yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Britaniya polisinin verdiyi məlumata görə isə səfirliyimizə hücum edən qrupdan 8 nəfər həbs edilib.

Bu gün isə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Twitter səhifəsində də yazıb ki, Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər.

Qeyd edək ki, səfirliyimizə hücum edən “Mehdi xidmətçilərinin İttifaqı” antisünni baxışlara malikdir və əslən Küveytdən olan Şeyx Yasir əl-Həbibi tərəfindən yaradılıb. Həbibi öz dini fəaliyyətini Küveytdə, “Dava” partiyasının üzvü kimi başlayıb, daha sonra “Xoddam əl-Mehdi” (Mehdi xidmətçilərinin İttifaqı) adlı dini təşkilat yaradıb. Əl-Həbibi İslam peyğəmbərinin əshabələri olan Əbubəkr və Ömərə qarşı kəskin tənqidi görüşlər irəli sürür. Şeyxin bu tənqidi fikirləri Küveydə sünni məshəbinə etiqad edənlərdə kəskin hiddət doğurub və onun həbsinə səbəb olub.

2004-cü ildə illik əfvetmə kampaniyasında Küveyt əmiri tərəfindən əfv edilərək azadlığa buraxılan əl-Həbibini bir neçə gündən sonra yenidən həbs etmək istəyiblər, ancaq o, qiyabi olaraq 10 illik həbsə məhkum edilməzdən az öncə Küveytdən qaçıb, bir neçə ay İraqda və İranda gizlənib, daha sonra Birləşmiş Krallığa yerləşib və hazırda da orada yaşayır.

Əl-Həbibinin təlimi İranda da yasaqlanıb və buna görə o, Böyük Britaniyaya sığınıb. 10 mart 2018-ci ildə dəyənək və xəncərlərlə silahlanan bu qrup İranın Londondakı səfirliyinə hücum edib. Hücum edənlər səfirliyin birinci mərtəbəsini ələ keçirərək İran bayrağını The Mahdi Servants Union təşkilatının bayrağı ilə əvəz ediblər.

https://baku.ws/uploads/posts/2022-08/1659676639_xm88g9ow07rrqnm5.jpg

Bəzi iddilara görə Əl-Həbibi Küveytdən idarə olunur. Lakin onun İran tərfindən idarə olunması ilə bağlı iddialar daha güclüdür. Çünki Küveytdən qaçdıqdan sonra Əl-Həbibi İranın Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olub. Şirazi ailəsi ilə qohum olan əl-Həbibi Müctəba əl-Şirazinin kürəkənidir. Bəzi məlumatlara görə isə əl-Həbibiyə Britaniya kəşfiyyatı da hamilik edir.

Əl-Həbinin İranda böyük dini klan olaraq bilinən Şirazi klanına bağlı olması, hətta Şirazilərlə qohum olması səfirliyimizə qarşı hücumun məhz bu klandan verilməsi şübhələrini gücləndirir. Qeyd edək ki, Londondakı səfirliyimizə hücum edən qrup hücumun səbəbnlərini güya Azərbaycanda “şilərin zülmə məruz qalmaları” ilə əlaqələndiriblər. Bu da hücumun arxasında məhz Şirazi klanın dayanması ehtimalını gücləndidir.

Bəs İranda və Avropada fəaliyyət göstərən erməni diasporları bu hücumu sifariş verə bilərlərmi? Qeyd edək ki, bu hadisə Azərbaycan Qarabağda separatçılara qarşı anti-terror əməliyyatı həyata keçirilməsindən sonra baş verməsi də diqqətdən yayınmamalıdır. Bəs bu təsadüfdürmü?

Dünən gecə sosial şəbəkələrin erməni seqmetlərində bu hücum genuş şəkildə təbliğ olunurdu. Ona görə də Londondakı Azərbaycan səfirliyinə “Mehdinin xidmətçiləri ittifaqı” adlanan radikal şiə qrupun hücumunnu arxasında ermənilərin olmasını istisna etmək olmaz. Çünki İranda çox güclü olan erməni diasporu belə bir hücumu Şirazi klanına sifariş verə bilərdi. Hücumun məhz “Qisas” əməliyyatından bir gün sonraya təsadüf etməsi də bu ehtimalı gücləndirir. Çünki hər kəsə bəllidir ki, İranda radikal fars şovinistləri ermənilərlə eyni cəbhədən çıxış edir və Azərbaycana qarşı İrandan gələn təhdidin arxasında da məhz fars-erməni ittifaqı dayanır.

Aydındır ki, Londonda səfirliyimizə hücum sadəcə bir vandal aktı deyil, bu bir xəbərdarlıqdır. Mesaj hardan gəlir və nədən ibarətdir?

PİA.az-ın əməkdaşı bu sualla politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “Hamıya məlumdur ki, ölkənin içində İrana bağlı olan 5-ci kolon var. Onların bir qismi aldadılaraq, yaxud da sadəcə olaraq dini xuravatın təsiri altında olaraq fars şovinistlərindən gələn tapşırıqları yerinə yetirirlər”.

Ölkə daxilindəki dini radikal qruplaşmaların tam neytrallaşmalı olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, onlara qarşı lazım olan bütün tədbirlər sona qədər həyata keçirilməlidir. Qabil Hüseynli qeyd edib ki, Azərbaycanda hər kəs azad şəkildə öz inandığı dinə sitayiş edir və siyasi iddilarla çıxış edən, həmçinin digər dinlərin hüquqlarının məhdudlaşdırılmasına çağıran radikallara bu ölkədə yer yoxdur:

“Londondakı səfirliyimizin hücum edənlərin şiə qruplaşması olduğunu ilk baxışda təxmin etmək mümkün idi. Çünki geyimləri və özlərini radikal aparmaları bunu sübuta yetirirdi. Sədəcə olaraq adamı dəhşətə gətirən odur ki, siyasət insanların Tanrıya olan inanclarının önündə gedir və Allah bu qrupların öz siyasi məqsədlərinə çatması üçün vasitəyə və alətə çevrilir.

Mən hesab edirəm ki, Londondakı səfirliyimizin arxasında məhz Qumdakı bəzi ayətullahlar dayanır. Təbii ki, bu iddialar araşdırlmalı və öz təsdiqini tapmalıdıır. Ancaq hücumu təşlik edən Yasir əl-Həbibinin ayətullah Şiraziyə bağlı olması bu ehtimalalrı gücləndirir. Ola bilər ki, İran rəsmilərinin bu hücumun planlaşdırılmasından xəbəri olmasın. Ancaq bu işin arxasından fars şovinistləri və İran erməniləri çıxsa, mən heç təəccüblənmərəm.

İranda şiə təxribatçılığı artıq biabırçı formaya gətirilib və bu birbaşa dövlət siyasətinə çevrilib. Rusiya kimi beynəlxalq qanunlara əməl etməyən bir ölkə ilə iş birliyi içinəd olan bir ölkənin özünü islam dövləti olaraq adlandırması belə biabırçılıq kimi görünür. çünki islam dini həmişə haqqın tərəfində olmağı, zülm edənin yanında deyil, ədalətin yanında olmağı tələb edir. Ona görə də demək olar ki, bu ölkədə müsəlmançılıqdan, şiəlikdən heç bir əsər-əlamət qalmayıb.

İslam dini bütün dünyanı ədalətə çağırır və bu ədalətin siyasətə qurban verənlər zülmün təmsilçilərinə çevrilirlər. Hazırda İranın qulluq etdiyi ideya, məslək təxribatçı, terrorçu ideyadır.

Qabil Hüseynli: “Mənə elə gəlir ki, verilən mesaj da elə bundan ibarətdir və bu mesaj ermənilərin müxtəlif yollarla xaricdəki səfitliklərimizə qarşı aksiyalar həyata keçirmə ehtimalını ortaya qoyur. Bu aksiyalarda terror da yer ala bilər”.

Bir daha qeyd edirəm ki, dünən baş verən hadisə ilə bağlı bütün faktorlar hələ ki, ortaya çıxmadığından bu hücumun arxasında kimlərin olması ilə bağlı fikir söyləmək çox çətindir. Hücumun arxasında erməni zinin olmasını da istisna etmək olmaz və məncə Azərbaycan höküməti öz araşdırmalarını məhz bu istiqamatə yönəltməlidir.

Digər tətəfdən səfirliyin təhlükəsizliyindən məsuliyyətli olan London polisinin də davranışları çoxlu suallar doğurur. Ola bilsinki, tezliklə hücum edənlər də sərbəst buraxılsınlar. Amma Azərbaycan höküməti bu işin arxasını buraxmamalı, hücumun arxasında kimlərin olduğunu ortaya çıxarmaq üçün bütün imkanlarını səfərbər etməli və hücum edənlərin də layiqli şəkildə cəzalanmalarını təmin etməlidir.

Xarici ölkələrdəki səfiliklərimizin təhlükəsizliyi isə gücləndirilməlidir. Çünki erməni terrorçularından hər şey gözləmək olar. Mənə elə gəlir ki, verilən mesaj da elə bundan ibarətdir və bu mesaj ermənilərin müxtəlif yollarla xaricdəki səfitliklərimizə qarşı aksiyalar həyata keçirmə ehtimalını ortaya qoyur. Bu aksiyalarda terror da yer ala bilər.

Azərbaycan güclü dövlətdir və onun güclü də hüquq-mühafizə orqanları var. Hamıya məlumdur ki, ölkənin içində İranın və Rusiyanın 5-ci kalonları var. İrana çalışan 5-ci kolonun bir qismi qismi aldadılaraq, yaxud da sadəcə olaraq dini xuravatın təsiri altında olaraq fars şovinistlərinin tapşırıqlarını yerinə yetirirlər. Ölkə daxilində olan belə qüvvələrin qarşısı alınmalıdır. Onlar ciddi cəzalandırılmalıdır.

Onu da qeyd edim ki, heç bu hadisə olmasa da, ölkə daxilindəki dini radikal qruplaşmalar tam neytrallaşmalıdır. Onlara qarşı lazım olan bütün tədbirlər sona qədər həyata keçirilməlidir. Çünki onlar yalnız gücdən nəyisə anlayırlar. Onlar güc olmayanda həyasızlaşırlar. Düşünürəm ki, belə də olacaq.

Azərbaycanda hər kəs azad şəkildə öz inandığı dinə sitayiş edir və siyasi iddilarla çıxış edən, həmçinin digər dinlərin hüquqlarının məhdudlaşdırılmasına çağıran radikallara bu ölkədə yer yoxdur”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran səfirliyinə hücum: Bayraq endirildi

    İran səfirliyinə hücum: Bayraq endirildi ...

    10-03-2018, 11:53

  • 
  • Yasir əl-Həbib tərəfdarları Azərbaycan səfirliyinə niyə hücum edib? - Radikalların bəyanatı

    Yasir əl-Həbib tərəfdarları Azərbaycan ...

    5-08-2022, 10:27

  • 
  • İsrailin Türkiyədəki səfirliyinə hücum olub

    İsrailin Türkiyədəki səfirliyinə hücum olub ...

    22-09-2016, 13:02

  • 
  • İlham Əliyev: "Londondakı qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu bir daha təsdiq edir"

    İlham Əliyev: "Londondakı qanlı hadisə ...

    4-06-2017, 17:28

  • 
  • lham Əliyev: "Londondakı qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu bir daha təsdiq edir"

    lham Əliyev: "Londondakı qanlı hadisə ...

    4-06-2017, 20:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu