GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Yasir əl-Həbib tərəfdarları Azərbaycan səfirliyinə niyə hücum edib? - Radikalların bəyanatı

Yasir əl-Həbib tərəfdarları Azərbaycan səfirliyinə niyə hücum edib? - Radikalların bəyanatı

Tarix: 5-08-2022, 10:27 Bölmə :Dünya Baxış: 144

2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək, səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar


Xəbər verildiyi kimi, avqustun 4-də radikal dini qrupun üzvləri Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib. Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Azərbaycan XİN-in rəsmi məlumatında deyilir ki, yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

İlkin məlumata görə, səfirliyə hücum edən qrup Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları olub.

Artıq əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir.

Qeyd edək ki, Küveyt əsilli radikal görüşlü din xadimi Yasir əl-Həbib (tam adı Yasir Yəhya Abdullah əl-Həbib – K.R.) qalmaqallı şəxs kimi məşhurdur. 1979-cu ildə Küveytdə anadan olan əl-Həbibin ilk ali təhsili Küveyt Universitetində siyasət elmləri olub. Bu dövrdə siyasi fəaliyyətlə məşğul olub, eyni zamanda “Mehdinin Xidmətçiləri” təşkilatını yaradıb. Ancaq ifrat görüşlərinə görə, xüsusən də Peyğəmbər (s) səhabələri, raşidi xəlifələrini təhqir etdiyi üçün həbs olunub. Azad edildikdən sonra dini təhsil alıb, İranın Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olub. Şirazi ailəsi ilə qohum olan əl-Həbib Müctəba əl-Şirazinin kürəkənidir.

2008-ci ildən böyük Britaniyaya köçən əl-Həbib burda keçmiş kilsə binasını alaraq məscidə çevirib və radikal çıxışlarını burda edib. Eyni zamanda “Fədək” adlı telekanal açan əl-Həbib buradakı çıxışlarında Peyğəmbər (s) səhabələrini, həmçinin mötədil görüşlü şiə üləmasını təhqir etməsi ilə “məşhurlaşıb”. Əl-Həbib və tərəfdarlarının Məhəmməd Peyğəmbərin (s) həyat yoldaşı Aişə bint Əbu Bəkrin ölümü günündə bayram etməsi sünni və şiə dünyasında ciddi narazılıq doğurub. İran dini lideri bunu pisləyib.

Yasir əl-Həbib isə buna cavab olaraq İran hakimiyyətini, o cümlədən Ayətullah Seyid Əli Xameneyini təhqir edərək onun əhli-sünnə müqəddəslərini təhqir edilməsini qadağan edən fətvasına görə “zalim” adlandırıb.

Öz növbəsində İranda fəaliyyət göstərən nüfuzlu üləma Yasir əl-Həbibi Böyük Britaniya kəşfiyyatına xidmət edən, “ingilis şiəsi” adlandıraraq fitnə yaymaqda günahlandırır. Əl-Həbibə görə, vəhdət tərəfdarı olan şiələr “bətri”, yəni xəyanət edənlərdir.

Qeyd edək ki, 4 avqustda baş verən Yasir əl-Həbib tərəfdarlarının hücum etdiyi ilk səfirlik deyil. 2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar.

Həmin vaxt hücumun səbəbi kimi, Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin İranda həbs edilməsi göstərilib. Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılırdı. Maraqlıdır ki, şiəlik içərisində ifrat görüşləri ilə seçilən Ayətullah Şirazi tərəfdarları hazırda əsasən İraq və Böyük Britaniyada çoxluq təşkil edirlər. Britaniyada keçmiş müstəmləkələrdən, xüsusən də İraq, Pakistan, Hindistan, Küveyt, Bəhreyn kimi ölkələrdən şiə ailələri məskən salıb. Onların arasında İranın hazırkı dini hakimiyyəti ilə müxalif olan şiə qrupları, o cümlədən Ayətullah Şirazi tərəfdarları var.

Qeyd edək ki, şiə elmi-dini camiəsində xeyli məşhur olan “Şirazilər” İraqda və İranda (Qumda) yaşayıb fəaliyyət göstəriblər. Ailənin əsas siması Ayətullah Şirazi ötən əsrin 70-ci illərində İraqda Səddam Hüseynin təzyiqlərindən qaçaraq bir müddət Livanda yaşayıb, daha sonra Suriyaya köçüb və prezident Hafiz Əsədlə dostluq əlaqələri qurub. Məhz onun sayəsində Suriyada ilk şiə mədrəsəsi yaranıb. Ancaq “Şirazilər” İran İslam inqilabını dəstəkləməyiblər və vilayəti-fəqih nəzəriyyəsinə (fəqihin ali hakimiyyəti, yaxud dini iqtidar nəzəriyyəsi – K.R.) müxalif olublar. Bu müxaliflik ilk vaxtlarda daha çox nəzəri fikir ayrılığı şəklində olub, siyasi qarşıdurma olmayıb. Fikir ayrılığı sonradan daha da dərinləşib və düşmənçiliyə çevrilib. Hazırda Şirazi ailəsinin İranda ofisləri olsa da, əsasən İraqda, Küveyt, Bəhreyn və digər ərəb ölkələrində daha geniş yayılıb və şəbəkə formalaşdıra biliblər.

Qeyd edək ki, Küveyt hakimiyyəti İnterpoldan Yasir əl-Həbibin həbsini tələb etsə də, bu tələb cavabsız qalıb. Bu da bir çox dairələrdə əl-Həbibin qorunduğu ilə bağlı iddialara səbəb olub. Həmçinin onun İranın Londondakı səfirliyinə hücum təşkil etməsi və səfirliyin ələ keçirilməsi Britaniya hakimiyyətinə qarşı Həbibin məqsədli olaraq qorunması ittihamlarına səbəb olub.

Qeyd edək ki, 4 avqust hücumu ilə bağlı əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycan hakimiyyətinin ölkədə Hüseyni ayinlərə qarşı mübarizəyə etiraz əlaməti olarq “Xuddam əl-Mehdi” (Mehdinin Xidmətçiləri) – K.R.) təşkilatının bir qrup üzvü Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdinin (əleyhissalam) bayrağını qaldırıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan mövzusuna heç zaman müraciət etməmiş bu qrupun qəflətən Azərbaycanda dini vəziyyətlə bağlı aksiya keçirməsi sual doğurur. Belə görünür ki, yaranmış vəziyyətdə qrup diqqət cəlb etmək və dini təəssübkeş imici formalaşdırmağa çalışır.//musavat.com//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran səfirliyinə hücum: Bayraq endirildi

    İran səfirliyinə hücum: Bayraq endirildi ...

    10-03-2018, 11:53

  • 
  • İranın Afinadakı səfirliyinə hücum edilib

    İranın Afinadakı səfirliyinə hücum edilib ...

    18-09-2018, 13:52

  • 
  • İsrailin Türkiyədəki səfirliyinə hücum olub

    İsrailin Türkiyədəki səfirliyinə hücum olub ...

    22-09-2016, 13:02

  • 
  • Türkiyədə ABŞ səfirliyi atəşə tutuldu

    Türkiyədə ABŞ səfirliyi atəşə tutuldu ...

    20-08-2018, 13:21

  • 
  • ABŞ səfirliyinə atəş açanların ilkin ifadəsi

    ABŞ səfirliyinə atəş açanların ilkin ifadəsi ...

    22-08-2018, 00:44


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (275)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu